Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Bloqlar
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Xarici
  • “Trans hüquqları insan hüquqlarıdır”: Londonda minlərlə insan Ali Məhkəmənin qərarına etiraz etdi
  • Xarici

“Trans hüquqları insan hüquqlarıdır”: Londonda minlərlə insan Ali Məhkəmənin qərarına etiraz etdi

Qıy Vaar! Aprel 19, 2025

Sky News-a istinadən

Londonda minlərlə trans hüquqları fəalı küçələrə çıxaraq Böyük Britaniya Ali Məhkəməsinin mübahisəli qərarına etiraz edib. Qərarda 2010-cu il Bərabərlik Aktındakı “qadın” və “cins” anlayışlarının yalnız “bioloji qadın” və “bioloji cins” kimi başa düşülməsi göstərilib. Gender tanınma şəhadətnaməsi (Gender Recognition Certificate), bir transın rəsmi sənədlərdə (pasport, şəxsiyyət vəsiqəsi, doğum şəhadətnaməsi və s.) özünü istədiyi genderdə təqdim edə bilməsi üçün verilən rəsmi kağızdır.

Amma son Ali Məhkəmə qərarına görə gender tanınma şəhadətnaməsi olan trans qadınlar artıq hüquqi baxımdan “qadın” sayılmır və müəyyən yerlərə girişləri məhdudlaşdırıla bilər.

Etiraz aksiyası Vestminsterdəki Parlament Meydanında baş tutun, çüxtəlif fəal qruplar, həmkarlar ittifaqları və icma təşkilatları iştirak edib. Ərazidə Millicent Fawcett və Jan Christian Smuts-un heykəlləri üzərinə şüarlar yazılıb.

Metropolitan Polisi heykəllərin zədələnməsi ilə bağlı cinayət təhqiqatına başladığını açıqlayıb. Polis rəsmisi Stuart Bell bu vandalizmi “qəbuledilməz” adlandıraraq, ictimaiyyətin etiraz hüququna hörmətlə yanaşdıqlarını, lakin cinayətə qarşı tədbir görüləcəyini bildirib.

Eyni gündə Şotlandiyanın Edinburq şəhərində də “Resisting Transphobia” qrupu yürüş təşkil edib.

TransActual təşkilatının strateji direktoru Keyne Walker Sky News-a bildirib:

“İnsanlar həm qəzəblidir, həm də narahatdır. Amma biz burdayıq, çünki gedəcək yerimiz yoxdur. Biz əvvəllər də bu kimi durumlarla qarşılaşmışıq və mübarizəmizi davam etdirəcəyik.”

Ali Məhkəmənin qərarı ölkə üzrə ciddi müzakirələrə səbəb olub. Bəzi siyasətçilər və feminist qruplar qərarı dəstəkləsə də, fəallar bunun trans şəxslərin hüquqlarını ciddi şəkildə məhdudlaşdıracağını bildirir.

Məşhur irlandiyalı aktrisa Nicola Coughlan qərardan sonra “Not A Phase” adlı trans hüquqları təşkilatına 100 min funt sterlinqdən çox ianə topladığını açıqlayıb.

Paylaş

Continue Reading

Previous: İngiltərədə Ali Məhkəmə trans qadınları “qadın” kimi tanımayacaq?
Next: Trans qaçqınlar Alisanın ölümündən sonra Haaqada etiraz aksiyası keçirdi

Related Stories

Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik
  • Xarici

Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik

Sentyabr 8, 2025
Qazaxıstanda LGBTİ məzmunlarının yayımı qadağan oluna bilər
  • Xarici

Qazaxıstanda LGBTİ məzmunlarının yayımı qadağan oluna bilər

Sentyabr 6, 2025
İndoneziyada LGBTQ+ məzmununun mediada qadağan olunması müzakirə edilir
  • Xarici

İndoneziyada LGBTQ+ məzmununun mediada qadağan olunması müzakirə edilir

Sentyabr 2, 2025

Son Postlar

  • Məhkəmə Naxçıvanda 14 yaşlı oğlana təcavüz edən hərbçiyə “homoseksuallıq psixi xəstəliyindən əziyyət çəkir” əsası ilə yüngül cəza verib
  • Aktyor Kamran Ağabalayev: “Xaricdə geylər fond yaradır, bizdəkilər fahişəlik edib pul qazanır”
  • Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik
  • Azərbaycanlı trans fəal Kişinyov aeroportunda saxlanılaraq transfob rəftara məruz qalıb
  • Azərbaycandan olan iki film Londonda Kuir Film Festivalında nümayiş olunacaq

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.