Tiflis küçələrindən şüarlar: Əvəz Hafizlini xatırlayırıq

Tiflis küçələrindən şüarlar: Əvəz Hafizlini xatırlayırıq

Tbilisi küçələrində bir qrup aktivist tərəfindən Əvəz Hafizlinin xatirəsinə həsr olunmuş posterlər asılıb.

Bu təşəbbüs Əvəz xatirəsini yad etmək, başına gələnləri unutmamaq və icmamız üçün nə qədər önəmli olduğunu bir daha xatırlatmaq məqsədi daşıyır. Bu, eyni zamanda, harada olmağımızdan asılı olmayaraq bir-birimizə dayaq olduğumuzu və həmrəyliyimizin davam etdiyini göstərən bir jestdir.

Əvəz Hafizlinin xatirəsi yalnız Azərbaycanda deyil, regionun müxtəlif şəhərlərində də yoldaşlarımız tərəfindən anılır. İcma olaraq, Əvəzi və onun mübarizəsini unutmayacağıq.

Paylaş