
Transgender Avropa və Mərkəzi Asiya təşkilatının (TGEU) Trans Qətllərinin Monitorinqi 2025 sənədinin məlumatlarına görə, dünya üzrə trans və gender müxtəlif insanlara qarşı nifrət qətlləri təkrarən artıb. Hesabata əsasən, keçən ildə (1 oktyabr 2024 – 30 sentyabr 2025) 281 trans qətlə yetirilib.
Layihə 2009-cu ildən bəri trans qətli hallarını sənədləşdirir və bu vaxta qədər ümumilikdə 5 322 belə qətl qeydə alınıb.
Hesabatda vurğulanır ki, peşə mənsubiyyəti məlum olan trans qurbanların 34%-i seks işçisidir, bu da hədəf alınan ən böyük qrupdur. Qətllərin 14%-ni isə trans aktivistlər təşkil edirlər ki, bu da əvvəlki illərlə müqayisədə artım deməkdir (2024-də 9%, 2023-də 6% idi).
Statistikalarda diqqət çəkən başqa bir hal isə trans feminin insanlara qarşı şiddətin dominantlığıdır. Hesabatda bildirilib ki, 90%-ə yaxın qurban yaşadığı feminisiddir (yəni trans qadınlar və ya transfeminin olduğu üçün zərər çəkənlər).
Regional bölgü baxımından Latın Amerikası və Karib dənizi regionu ümumi qətllərin 68%-ni təşkil edir. Xüsusilə Braziliya bu regionda ardıcıl 18-ci ildir ki, ən çox trans qətlinin qeydə alındığı ölkədir.
Qeyd olunur ki, Asiyada da qətlə yetirilən transların da sayı artıb. 2025-ci il üçün Asiyada 51 belə hadisə müəyyən edilib və bu bölgə üçün indiyədək bildirilmiş ən yüksək göstəricidir.
Hesabat metodologiyasına diqqət çəkən TGEU bildirir ki, qətllərin bir çoxu tam qeydiyyata alınmır və ya yanlış təqdim olunur. Misgenderinq (genderin səhv göstərilməsi), ictimai stiqma və medianın maraqsızlığı kimi amillərdən real rəqəmlər daha yüksəkdir, amma statistikası tutula bilmir.
