
Dünən 4 noyabr tarixində Bakının Bəşir Səfəroğlu küçəsində, indiki “Efkar Meyhane” adlı məkanın yaxınlığında bir gey amansızca qətlə yetirilib. Hadisənin həmin şəxsin cinsi orientasiyası səbəbindən əmisi tərəfindən, saat təqribən 10-11 arasında törədildiyi bildirilir.
Mənbələrdən alınan məlumata görə, Rüzgar adlı şəxs çoxsaylı bıçaq zərbələri ilə hücuma məruz qalıb. Hadisə yerində olan şahidlərin bildirdiyinə görə, ətrafdakı insanların müdaxiləsi olmayıb və polis orqanları da cinayətkarın zəngindən sonra gəliblər.
Həkimlərin də qurbanın vəziyyətinə kifayət qədər diqqət yetirmədiyi bildirilir.
Biz dövlət qurumlarını məsələ ilə bağlı dərhal açıqlama verməyə çağırır və ictimaiyyətin dəstəyini xahiş edirik.
