Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Köşə
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Yerli
  • Son 3 gündə azyaşlıların erkən nikaha cəlb olunması ilə bağlı iki ayrı hadisə ictimailəşib
  • Yerli

Son 3 gündə azyaşlıların erkən nikaha cəlb olunması ilə bağlı iki ayrı hadisə ictimailəşib

Qıy Vaar! Sentyabr 14, 2025

Azərbaycanda azyaşlıların erkən nikaha cəlb olunması halları üzə çıxıb

Son günlər Azərbaycanda azyaşlıların erkən nikaha məcbur edilməsi ilə bağlı iki hadisə qeydə alınıb.

Sabirabad rayonunun Əsədli kəndində 14 yaşlı qızın 20 yaşlı oğlanla nişanlanması barədə məlumat yayılıb. Polis idarəsinə çağırılan tərəflər arasında mübahisə yaranıb. Hadisə ilə bağlı qızın atası Hikmət Fərzəliyev və Elvin Məmmədli inzibati qaydada 8 sutka müddətinə həbs ediliblər. Fərzəliyev sonradan qızını nişanlamaq niyyəti olmadığını, məclislərin birində sərxoş halda “Həri” dediyini bildirib. Qızın anası isə ümumiyyətlə nişan mərasiminin keçirilmədiyini iddia edib.

Digər oxşar hadisə isə Quba rayonunda qeydə alınıb. Burada 15 yaşlı qızın 1990-cı il təvəllüdlü bir şəxsə ərə verilməsi cəhdinin qarşısı alınıb. Quba Rayon Polis Şöbəsi tərəfindən faktla bağlı cinayət işi açılıb və qanunsuz nikahın təşkilində iştirak edən şəxslərin məsuliyyətə cəlb olunacağı bildirilib.

Paylaş

Continue Reading

Previous: Naxçıvanda 14 yaşlı oğlana təcavüz edən hərbçilərə yüngül cəza verən hakim kimdir?
Next: Rusiyada “Pussy Riot” üzvlərinə 13 ilədək qiyabi həbs hökmü oxundu

Related Stories

Bakıda daha bir trans qadın küçədə hücuma məruz qaldı
  • Yerli

Bakıda daha bir trans qadın küçədə hücuma məruz qaldı

Oktyabr 1, 2025
Azərbaycanlı veqan feminist aktivist Xanım Babazadə 1 aydan çoxdur ki, İstanbulda saxlanılır
  • Yerli

Azərbaycanlı veqan feminist aktivist Xanım Babazadə 1 aydan çoxdur ki, İstanbulda saxlanılır

Sentyabr 30, 2025
Tahir Kərimli yenə LGBTQ+lərə nifrət qusdu
  • Yerli

Tahir Kərimli yenə LGBTQ+lərə nifrət qusdu

Sentyabr 29, 2025

Son Postlar

  • TikTok-da təhlükəli “Szon Patrol” trendi: uşaqlar hədəfə çevrilir
  • Bakıda daha bir trans qadın küçədə hücuma məruz qaldı
  • Azərbaycanlı veqan feminist aktivist Xanım Babazadə 1 aydan çoxdur ki, İstanbulda saxlanılır
  • Rusiyada qadın 5 il əvvəl paylaşdığı lezbiyan şəkilə görə cərimələnib
  • Slovakiyada konstitusiya dəyişikliyi: Yalnız iki cins tanınacaq

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.