Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Yerli
  • Seks Terapiyasına Gedərkən Nəyə Diqqət Etməliyik
  • Yerli

Seks Terapiyasına Gedərkən Nəyə Diqqət Etməliyik

Qıy Vaar! May 5, 2025
Süni intellektlə hazırlanmışdır.

Gəlin dürüst olaq ki, bir çox insan terapiya haqqında düşünəndə ağlına ilk rahat bir divanda oturarkən, əlində salfet, hisslərindən travmalarından danışmaq gəlir. Amma işin əsli budur ki, o otaq bizə ayırılan 45-50 dəqiqədə həm də həzzlərimizdən, seksual istəklərimizdən, yəni seksdən də danışmaq üçündür. Seks də danışılan mövzuların bir parçası olmalıdır. Seksuallıq, kim olduğumuzun önəmli bir hissəsidir və seanslarda bundan bəhs etməmək, şəkər tozu olmadan keks bişirmək kimidir. Dadsız! Kuirlər üçün isə seks haqqında danışmaq məxsusiylə vacib ola bilər. Çünki seks haqqında danışmaq tabudur, cəmiyyət bu mövzunu ayıb və utancverici sayır. Məsələn, bir qadın mastürbasiya haqqında danışanda, çox zaman mühakimə olunur və ya susdurulur. Eləcə də anal seksin “əsl” seks olmadığını və ya utancverici olduğunu deyirlər. Məhs buna görə də seks haqqında danışmalıyıq və bu tabuların sadəcə konservativ cəmiyyətlə bağlı fikirlər olduğunu öyrənməliyik. 

 Gəlin bu səssizliyimizi terapiya otaqlarında da iniltilərimizlə pozaq!

  1. Kimlik ve Seksuallıq 

Seksual orientasiyamız və gender kimliyimiz sadəcə kiminlə birlikdə olduğumuz və ya necə göründüyümüzlə bağlı deyil. Eyni zamanda dünyanı necə təcrübə etdiyimiz və başqalarının da bizi necə gördüyü ilə əlaqəlidir. Terapiya bir bütün olaraq bu kimliyimizi ələ almaq üçündür.

Məsələn, bir psixoterapevtlə cinsi istəklərinizi, həzzlərinizi açıqca bölüşüb danışdığınızda həm özünüzü səsli bir şəkildə dinləmiş, həm də özünüzü daha yaxından kəşf edə bilərsiniz. Beləliklə, ruh sağlamlığınıza dəstək verməklə birlikdə bütün varlığınıza da dəstək vermiş olarsınız.

2. Tabuları Qırmaq 

Seks, bir çox insan üçün onsuz utanc və gərginlik verən, üstü örtülü danışılan bir mövzu halına gəlib. Heteronormativ olmayan seksuallığı damğalamağa çalışan bir ölkədə və hətta dünyada yaşayırıq və bu, kuirlərin cinsi təcrübələrini açıq şəkildə müzakirə etmələrini çətinləşdirir. Cəmiyyət bəzən bu hiss edilənlərin, arzulananların “normal” olmadığını deyir. Daha balaca yaşlarda bunların keçici olacağını deyir. Bir çox hallarda valideynlər bizləri həkimə, mollalara, bəzən isə konservativ psixoloqlara götürürlər. Daha şiddətlisi isə ruhi xəstəxanalara götürəbilirlər.  Elə buradaca dayan və nəfəs al, çünki hər birimiz əslində bilirik ki, bu hisslər keçici deyil, bu mollalar boşdur və sağlam olmayan sən yox, elə onların özləridir. 

Konservativ psixoloqların yerinə, yetərli məlumatı olan bir psixoloq sənə diaqnoz qoymaz. Sənin istəklərin üzərinə terapiyaya başlayar və o sağlam mühitdə sən seksin tabu olmadığını, rahat danışabiləcəyini, konfidensiyallığının qorunacağını bilərsən. Bütün bunlar isə səni doğrudan öz qayğılarından, həzzlərindən, arzularından danışmağa özü öz axarında götürcək. Təməldə isə seks yaşadığımız həyatın bir parçasıdır və hər kəs bunu utanc, yanlış, və ayıb olmadığını bilərək danışa bilməyi haqq edir. 

3. Cinsi Sağlamlıq Problemlərini Ələ Almaq 

Reallıq budur ki, cinsi sağlamlıq mövzuları hər kəs üçün eyni deyil. Qadınların vaginismus mövzularını belə insanlar bəzən danışılmamalı olan mövzu kateqoriyalarına qoyurlar. Vaginismus qadının öz istəyi ilə cinsi əlaqəyə girmək istəməsinə baxmayaraq, penisin, barmağın və ya hər hansı bir obyektin vaginal girişinə davamlı olaraq çətinlik göstərməsidir. Bu zamansa, istəmədən çanaq əzələləri yığılır və qadınlar ağrı hissini gözləyirlər və ya da potensiyal ağrını yaşayırlar.    Qadınlara özlərini tanıma, klitorisinə toxunma azadlığı verməyən, həzzlərini öyrənmə azadlığı belə verməyən cəmiyyətdə isə bəzən sadəcə qulaqdandolma vaginismus diaqnozu ilə əlaqələndirib mövzunu bağlamağa çalışırlar. Heç soruşulmur da ki, bəlkə qadın ümumiyyətlə penetral seksi sevmir. Bəlkə daha başqa fantaziyaları, istəkləri, və ya cinsi oriyentasiyası var. Doğru məlumatlar əldə etmək və şəxsə uyğun sağlamlıq xidmətlərini əldə etmək üçün də sekslə bağlı terapiya otaqlarında danışılmalıdır. Əlavə olaraq isə cinsi sağlamlıqda mümkün olan İİV və ya başqa cinsi yolla yoluxan xəstəlikləri anlamaq və məlumatlanmaq üçün də psixoloqla danışmaq vacibdir. Çünki bəzən bu tərz vəziyyətlərlə bağlı həkim getməkdə də çətinlik çəkəbilir kuirlər. Halbuki, istədiyimiz mövzudan yarğılanmadan həkim kontrolundan keçmək hər birimizin təməl haqlarından biridir. 

Seks haqqında danışmaqdan çəkinməyən bir terapist, cinsi sağlamlığımız haqqında məlumatlılığımızın olmağına da köməkdir. Hansı mənbələrdən necə istifadə edəcəyimizi anlamaqda, qayğılarımızdan və cinsi təcrübələrimizdən və ya sağlamlıq xidmətlərindən necə faydalanmalıyıq mövzusu da bu qayğıları azaltmağa kömək edən vasitələrdən olur. 

4. Daxili Homo/Transfobiya

Əfsuslar olsun ki, kuirlər böyüyərkən kimlikləri haqqında neqativ məlumatlar eşidir və məruz qalırlar. Zamanla bu məlumatlar daxili homofobiya və ya transfobiyaya yol aça bilir. Məsələn, kuir bir şəxs, romantik münasibət yaşamaq istədiyi halda, daim özünü tənqid edir və “Mən normal deyiləm, bu istəklər səhvdir” deyə düşünür. Bu, onun özünü sevməsinə və sağlam münasibətlər qurmasına mane olur. Bir başqa nümunə isə bəzən insanların öz istəkləri ilə dini məkanlara və ya “müalicəvi terapiyalara” müraciət edir, çünki bu hisslərinin yanlış və düzəldilə bilən olduğuna inandırılıb. Bəzənsə, trans şəxs, münasibət qurduğunda öz cinsəlliyini və bədənini partnerinə açmaqdan çəkinir, çünki “kim məni belə sevər ki?” düşüncəsini daşıya bilir. Yəni ki, insan bu zərərli fikirləri özününkiləşdirir. Bu da dolayı və ya birbaşa özünə inamı, münasibətləri, və hətta sağlam bir formada seksdən zövq almağın qarşısını ala bilər. 

Seks haqqında açıqca danışan terapevtlər, bu zərərli düşüncələrdən uzaqlaşmağınıza, reallığı görməyinizə kömək ola bilər. Cinsi istək zamanı yaranan utanc, günahkarlıq hissi, və ya narahatlıqlarını kəşf etmək üçün dəstəkləyici bir atmosfer yarada bilər və bütün bunları pozitiv, qəbullanıcı bir baxış bucağı ilə yenidən çərçivələndirməyə kömək ola bilər. 

5. Həzz və Xoşbəxtliyi kəşf etmək

Seks sadəcə mexaniki deyil, eyni zamanda xoşbəxtlik və həzz üçün də vacibdir. Seks pozitiv olmaq, LGBTQ+lərin arzu və istəklərini, sərhədlərini heç bir qərəz olmadan kəşf etmək üçündür. Terapiya çox zaman sadəcə problemləri həll etmək üçün yox, eyni zamanda özünə inamı artdırmaq, cinsi istəklərimizi gücləndirən bir ünsürdür.

Kuirlər istəklərini müzakirə etməyi, sağlam cinsi münasibəti necə qurmalı olduqlarını, bədənləri üzərindəki kontrolun sadəcə özlərində olduğunu daha yaxşı anlaya bilər və beləliklə, cinsi təcrübələrini daha əmin və həzz dolu yaşaya bilərlər. Bütün bunları tək başına həll etməksə bəzən çətin ola bilir. Bunun üçün də terapiya sessiyaları daha güvənilir olmalıdır. 

6. Münasibətlər və Komunikasiya

Bir çox kuir münasibətlərdə yol almaq, partnyorlarına açılmaq və münasibət dinamikalarıyla başa çıxmaq üçün öz yaşadıqları çətinlikləri də özləriylə birgə gətirirlər. Sərhədləri cızmaq, duyğularını sağlam ifadə edə bilmək, monoqam, poliqam, və ya digər münasibət yollarını danışa bilmək üçün də terapiya bir alternativdir. 

Seks normalkən insanları obyektləşdirmək isə deyil!

Seks yaşamımızın bir parçası olmaqla birlikdə, cəmiyyət, məxsusiylə qadınları və kuirləri seks obyektlərinə çevirir. Bu da seks baxımından zərərverici olmağa başlayır. İnsanları sadəcə davranışlarına, cazibədarlığına görə və ya seçimlərinə görə seks obyektinə çevirmək onların kimliklərini obyektləşdirmək və digər istək və arzularını gözardı etməkdən başqa bir şey deyil. Məsələn, lezbiyanları fetişizə etmək buna bir misal ola bilər. Lezbiyanların fetişizə edilməsi, onların seksuallığının şəxsi və emosional yönlərindən uzaqlaşdırılaraq yalnız heteroseksual kişilərin arzularına xidmət edən bir obyekt halına gətirilməsi ilə baş verir. Bu, onların kimliklərinin və duyğularının yox sayılması deməkdir. Pornoqrafiyada lezbiyan seksuallığı çox zaman heteroseksual kişilərin fantaziyalarını tətmin etmək üçün göstərilir. Eləcə də “öpüşməyinizi izləyə bilərəmmi?” və ya “bizimlə üçlü edərsinizmi?” kimi suallar verirlər. Bu cür yanaşmalar onların münasibətinə hörmətsizlikdir və onları sadəcə erotik bir səhnənin hissəsi kimi görməkdir.

Lezbiyanların fetişizə edilməsi, onların cinsəlliyinin şəxsi və emosional yönlərindən uzaqlaşdırılaraq yalnız heteroseksual kişilərin arzularına xidmət edən bir obyekt halına gətirilməsi ilə baş verir. Bu, onların kimliklərinin və duyğularının yox sayılması deməkdir.

Son olaraq isə, Seks Siyasidir!

Seksuallıq sadəcə şəxsi bir təcrübə deyil, eyni zamanda cəmiyyətin konstruksiyalarının, güc münasibətlərinin və normalarının üzərində şəkillənir. Buna misal olaraq isə cəmiyyətin seks anlayışının sadəcə reproduktiv məqsədli baxılması, transların bədənləri və kimlikləri ilə bağlı sağlamlıq xidmətlərində ayrıseçkiliyə məruz qalmasıdır. 

Kuirlərin özlərini kəşf etmələri və buna uyğun yaşamaqları bir tərəfdən də azadlıq mübarizəsidir. Bu da siyasi bir duruş sərgiləmək deməkdir. Cəmiyyət cinsi müsibətləri dırnaqarası ədəb, namus, mentalitet üzərində qurarkən, özünə marginal görünən şəxsləri də özgələşdirir. LGBTQ+ olmaq bu hegamonik patriarxiyanın, konstruksiyanın qarşısında duraraq mübarizə apardıqları üçün artıq cins və gender kimi sözlər siyasi mnası ilə yenidən formalaşır. 

Seksin siyasi olduğu reallığı, gender kimliyi, bərabərlik, və ədalət mübarizəsinin bir parçası olduğunu göstərir. Kimin nə formada, necə seks edəcəyinə cəmiyyətin və ya dövlətin bir müdaxiləsi olmamalıdır. Seks azaddır və bunu necə yaşamaq, insanların öz iniltilərinə bağlıdır.

Müəllif: Ayla

Paylaş

Continue Reading

Previous: Berlindəki 1 may yürüyüşündə Azərbaycanda həbs edilən  fəallar üçün səs çıxarıldı
Next: Jurnalist Ülviyyə Əli və Aktivist Əhməd Məmmədli saxlanılıb

Related Stories

Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı
  • Yerli

Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı

İyun 25, 2025
Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?
  • Yerli

Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?

İyun 20, 2025
Fransada ilk LGBTQ+ yaşlılar evi bu payız Lionda açılır
  • Yerli

Fransada ilk LGBTQ+ yaşlılar evi bu payız Lionda açılır

İyun 18, 2025

Son Postlar

  • Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”
  • Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı
  • Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər
  • İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub
  • Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.