

Qıy Vaar! 4 il öncə bu gün – 22 sentyabrda ilk dəfə podkast yayımı edərək fəaliyyətə başlayıb.
Bizim ilk gündən bəri məqsədimiz LGBTQ+ icmasının öz sözünü deyə biləcəyi bir platforma yaratmaq olub. Yazdığımız, çəkdiyimiz hər bir mövzu isə kuir məzmun yaradıcılarının dəstəyilə ərsəyə gəlib.
Biz, bu günü, ən çılpaq şəkildə LGBTQ+ kimliklərinin marginallaşdırıldığı, elə Qıy Vaar! platforması da daxil olmaqla proqressiv bütün səslərin “günahkar” elan edildiyi mühitdə deyil, əksi bir vəziyyətdə qeyd etmək istərdik. Lakin dövrün çətin şərtlərini heç bir halda ümidsizliyə qapılmaq üçün əsas olaraq görmür, bu çətin şərtləri fəaliyyətimiz üçün yeni mərhələ hesab edirik!
Bu zaman periodunda səni də maraqlandıran onlarla ictimai hadisəyə nəzarət yaratmaqdan, LGBTQ+ məzmun yaradıcıları ilə şəbəkələşməkdən qürur duyuruq.
Bəyan edirik ki, bir sonrakı ildə də kuir-feminist gündəmin ardı ilə getməyə davam edəcəyik!