
Həmcinsini öp!
Azərbaycanda sisgender-heteroseksual cütlüklər üçün adi sayılan davranışlar kuir cütlüklər üçün riskdir. Küçədə əl-ələ tutmaq, öpüşmək, eyni evdə yaşamaq çox vaxt təhlükə yaradır.
LGBTQ+ cütlüklərin evliliyi və ya hüquqi tanınması yoxdur. Bu isə birgə yaşayışın müdafiəsiz qalması, mülkiyyət və tibbi qərarlarda söz haqqının olmaması, sosial təminat və təhlükəsizlikdən məhrumiyyət deməkdir.
Biz provokasiya deyilik. Kiminlə yaşayacağımıza və kiminlə ailə quracağımıza qərar verərkən hər bir vətəndaşın sahib olmalı olduğu hüquq və rəftarın bizə də şamil edilməsini istəyirik. Sevənlər daha ləyaqətli həyata layiqdirlər.
Şəhərimizin küçələrində qorxmadan əl-ələ tutmaq, sevişmək istəyirik. Sevgililər gününüz mübarək.
Sevgilərlə,
Qıy Vaar! kollektivi
