Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Xarici
  • Qazaxıstanda Feminist aktivistlər həbs edildi
  • Xarici

Qazaxıstanda Feminist aktivistlər həbs edildi

Qıy Vaar! Mart 6, 2025

Qazaxıstanda “Feminita” təşəbbüs qrupunun üzvləri Zhanar Sekerbayeva və Aktorgyn Akkenzhebalasy, dinc etiraz aksiyası keçirdikləri üçün 10 günlük inzibati həbsə məhkum edilib. Onlar keçirdikləri aksiyada öz partnyorunu qəddarcasına qətlə yetirən keçmiş nazir Kuandyk Bishimbayevin ömürlük həbs cəzası almasını tələb edirdilər.

Feministlər və LGBTQ+ icması Qazaxıstanda sistematik təzyiqlərə məruz qalır. Hakimiyyət fəalları həbs etməklə, cərimələməklə, polis zorakılığına məruz qoymaqla və reydlər təşkil etməklə onları susdurmağa çalışır. Xüsusilə 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində təzyiqlər daha da artır. Hakimiyyət 8 mart aksiyasını əngəlləmək üçün daha çox fəalı hədəfə alması gözlənilir. 

Son günlərdə feministlərə qarşı basğılar daha da sərtləşib. Feminita təşkilatının tədbirinə polis hücum edib, fəal Gülzada Serjan isə sadəcə qeydiyyatsız bir qrupa rəhbərlik etdiyinə görə cərimələnib.

Həbsdə olan aktivist Zhanar Sekerbayeva  həbsxanadan mesaj göndərərək icmayı artan təzyiqlərə boyun əyməməyə çağırıb. O öz çağırış məktubunda belə qeyd edib:

“Ruhdan düşməyin və mənim kimi tutunun! Azadlıqsevər feministlərin, lezbiyanların, fəalların ruhunu heç kim qıra bilməz. Sizin sevginiz, cəsarətiniz və həmrəyliyiniz məni gücləndirir.”

Paylaş

Continue Reading

Previous: Gürcüstanın “Alt Info” ekstremist qruplaşması yeni siyasi partiyanı qeydiyyatdan keçirəcək
Next: Jurnalist Aytac Tapdıq məhkəməyə feminist kitabla gəlib

Related Stories

Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”
  • Xarici

Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”

İyun 25, 2025
Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər
  • Xarici

Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər

İyun 24, 2025
İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub
  • Xarici

İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub

İyun 23, 2025

Son Postlar

  • Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”
  • Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı
  • Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər
  • İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub
  • Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.