

Qazaxıstanda “Feminita” təşəbbüs qrupunun üzvləri Zhanar Sekerbayeva və Aktorgyn Akkenzhebalasy, dinc etiraz aksiyası keçirdikləri üçün 10 günlük inzibati həbsə məhkum edilib. Onlar keçirdikləri aksiyada öz partnyorunu qəddarcasına qətlə yetirən keçmiş nazir Kuandyk Bishimbayevin ömürlük həbs cəzası almasını tələb edirdilər.
Feministlər və LGBTQ+ icması Qazaxıstanda sistematik təzyiqlərə məruz qalır. Hakimiyyət fəalları həbs etməklə, cərimələməklə, polis zorakılığına məruz qoymaqla və reydlər təşkil etməklə onları susdurmağa çalışır. Xüsusilə 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində təzyiqlər daha da artır. Hakimiyyət 8 mart aksiyasını əngəlləmək üçün daha çox fəalı hədəfə alması gözlənilir.
Son günlərdə feministlərə qarşı basğılar daha da sərtləşib. Feminita təşkilatının tədbirinə polis hücum edib, fəal Gülzada Serjan isə sadəcə qeydiyyatsız bir qrupa rəhbərlik etdiyinə görə cərimələnib.
Həbsdə olan aktivist Zhanar Sekerbayeva həbsxanadan mesaj göndərərək icmayı artan təzyiqlərə boyun əyməməyə çağırıb. O öz çağırış məktubunda belə qeyd edib:
“Ruhdan düşməyin və mənim kimi tutunun! Azadlıqsevər feministlərin, lezbiyanların, fəalların ruhunu heç kim qıra bilməz. Sizin sevginiz, cəsarətiniz və həmrəyliyiniz məni gücləndirir.”
Bəzən satirik, bəzən üsyankardır. 2021-ci ildən bəri LGBTQ-feminist gündəminin ardı ilə gedir.