

TikTok sosial şəbəkəsində Nuray Babayev (Cücə) adlı istifadəçi queer olduğu üçün qonşuları tərəfindən üzləşdiyi zorakılıqla bağlı video paylaşıb. Zərərçəkmişin iddiasına görə, o davamlı şəkildə qonşuları tərəfindən fiziki və psixoloji zorakılığa məruz qalır, təhdid edilir.
Onun sözlərinə görə, səs-küyə görə irad bildirəndə, “Sahibə” adlı qonşusu uşağı ilə birlikdə evinə gələrək onu təhqir edib və provokasiya etməyə çalışıb. Videoda zərərçəkmiş başına gələn zorakılığı sübut edən görüntüləri də təqdim edir. Kadrlardan birində Samir adlı şəxsin onun üzərinə hücum etdiyi görünür.
Zərərçəkmiş bildirir ki, dəfələrlə polisə müraciət etməsinə baxmayaraq, heç bir tədbir görülmür. O, 43-cü polis bölməsində iki dəfə şikayət ərizəsi yazdığını və şikayət etdiyi şəxslərin hələ də sərbəst olduğunu qeyd edib.
Qıy Vaar!, 2021-ci ildən bəri LGBTQ+ və feminist gündəmini izləyərək, bu mövzular ətrafında ictimai müzakirələri genişləndirmək və susdurulan səsləri ön plana çıxarmaq üçün fəaliyyət göstəririk. Cəmiyyətin LGBTQ+lərə tanıdığı məhdud rollardan çıxaraq, LGBTQ+ hekayələrimizi danışmaq üçün qurduğumuz bu məkan “sənə danışmaq üçün platforma vermək istəyirik” ideyası ilə alternativ media yaradır. Kuirsənsə və ayrı-seçkiliklə üzləşmisənsə, bizə yaz.