Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Köşə
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Yerli
  • Polis “Formula 1-ə görə LGBTQ+lərə reyd keçirib
  • Yerli

Polis “Formula 1-ə görə LGBTQ+lərə reyd keçirib

Qıy Vaar! Sentyabr 22, 2025

Formula 1 başlayarkən polis Xəqani (Malakan) bağında LGBTQ+lərə qarşı reyd keçirib 

Formula 1 yarışının başlamasına bir neçə gün qalmış şəhərin mərkəzindəki Xəqani (Malakan) bağında çox sayıda LGBTQ+nun saxlanıldığı bildirilir. Anonim kuir müsahib deyib ki, bu polis reydi ilə baş tutub. 

Müsahibimizin bildirdiyinə görə polis, Xəqani bağında gördüyü və görkəmindən LGBTQ+ olduğu hiss olunan hər kəsə yaxınlaşaraq saxlayıb və 39-cu polis bölməsinə aparıb. Orada LGBTQ+lərlə profilaktiv söhbətlər aparılıb. O, deyir ki, saxlanılanların sayı 10-larladır, lakin dəqiq olaraq kimlərin saxlanıldığı barədə məlumatı yoxdur. 

“Polislər bölmədə “Formula 1 yarışı bitənə kimi cəmiyyət içinə çıxmayın, parklarda oturmayın” deyiblər. Onlar bunu onunla əlaqələndirirdilər ki, şəhərə gələn turistlər LGBTQ+ləri görməməlidir” – müsahib bildirir. 

Müsahib, həmçinin, Rimma adlı trans qadının da saxlanıldığını və 10 sutka həbs cəzası aldığını deyib: 

“Rimmanın 10 sutka cəza almasının səbəbi Xəqani bağında saxlanılıb bölməyə aparıldıqdan sonra orada buna etiraz etməsidir. O, əsassız saxlanılmasına etiraz səsini yüksəldib və hansı haqla onu buraya gətirdiklərini soruşub. Daha sonra onu məhkəməyə çıxarıblar və haqqında 10 sutka həbs qərarı verilib. İndi Binəqədi qəsəbəsində yerləşən DİN İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzindədədir. 

Rimma ilə bağlı dırnaqarası xəbər saytları saxta xəbərlər yayırlar. Heç bir sübutları olmadığı halda onu narkotik aludəçisi kimi təqdim edərək şəxsiyyətini ləkələməyə çalışırlar. Bizə isə onun hansı əsasla 10 sutka həbs cəzası alması ilə bağlı bir məlumat verilirmir” – müsahib Rimmanın həbsi haqqında danışarkən deyir. 

Hələki saxlanılmalar və Rimmanın həbs cəzası alması ilə bağlı DİN-in rəsmi mövqeyi bəlli deyil.

Paylaş

Continue Reading

Previous: Qafqazlı kuirlər Berlində drag şou göstərib
Next: Qıy Vaar! platformasının 4-cü ildir

Related Stories

Bakıda daha bir trans qadın küçədə hücuma məruz qaldı
  • Yerli

Bakıda daha bir trans qadın küçədə hücuma məruz qaldı

Oktyabr 1, 2025
Azərbaycanlı veqan feminist aktivist Xanım Babazadə 1 aydan çoxdur ki, İstanbulda saxlanılır
  • Yerli

Azərbaycanlı veqan feminist aktivist Xanım Babazadə 1 aydan çoxdur ki, İstanbulda saxlanılır

Sentyabr 30, 2025
Tahir Kərimli yenə LGBTQ+lərə nifrət qusdu
  • Yerli

Tahir Kərimli yenə LGBTQ+lərə nifrət qusdu

Sentyabr 29, 2025

Son Postlar

  • TikTok-da təhlükəli “Szon Patrol” trendi: uşaqlar hədəfə çevrilir
  • Bakıda daha bir trans qadın küçədə hücuma məruz qaldı
  • Azərbaycanlı veqan feminist aktivist Xanım Babazadə 1 aydan çoxdur ki, İstanbulda saxlanılır
  • Rusiyada qadın 5 il əvvəl paylaşdığı lezbiyan şəkilə görə cərimələnib
  • Slovakiyada konstitusiya dəyişikliyi: Yalnız iki cins tanınacaq

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.