

2022-ci ilin 13 martında 34 yaşlı Orxan Seyidov Bakıda çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilmişdi. Orxanın stilist kimi fəaliyyət göstərirdi.
Onun qatili, 23 yaşlı Pərviz Həsənovun dediklərinə görə, 10 mart tarixində Orxanla İnstaqramda tanış olub. Lakin Orxanın “Mila” adlı profildən “qadın” bədəni şəkilləri paylaşdığını deyən Pərviz Həsənov Orxanın ona NZS qəsəbəsində görüş təklif etdiyini deyib.
12 mart tarixində Orxanın evinə gedən Pərviz Həsənov Orxanın sisgender qadın olmadığını anlayanda bunu şərəf və ləyaqətinə sığışdırmadığı üçün üzərindəki məişət bıcağı ilə Orxana ilk zərbəni vurub, lakin bununla hirsi soyumayan Pərviz, mətbəxdən tapdığı bıçaqla Orxanın üzünə, qollarına və bədəninə amansızlıqla 57 bıçaq zərbəsi endirib.
Növbəti gün Pərviz atasına olanları etiraf etdikdən sonra atası ilə birlikdə Xətai rayon Polis bölməsinə gedərək qətli etiraf edib. Bakı Ağır Cinayətlər məhkəməsinin qərarı ilə Pərvizə, xüsusi rejimli cəza cəkmə müəssəsində, 17 il həbs cəzası verilib.
Mövzunun necə baş verməsi haqda LGBTQ+ aktivisti Əli Məlikov deyir ki, Azərbaycanda LGBTQ+ləri qoruyan bir qanunun olmaması nifrət qətllərin daha əlçatan olmasına gətirir. “Biz artıq hər qətldə, xüsusən də trans qətllərində qatillərin “onun elə olduğunu bilmirdim” deyərək ictimaiyyətin dəstəyini aldığını görürük. Əksər vaxtlarda isə bu cinayətlərdə biz zorakıların əslində heç də “xəbərsizcə bir tora düşmədiyini” müşahidə edə bilirik. Onlar əksərən trans və geylərlə seks həyatının olduğunun bilinməsindən narahatlıq duyurlar və bu cinayətləri törədirlər.” – o deyir.
Məlikov deyir ki, qatillər əksərən LGBTQ+ləri qoruyan heç bir mexanizm olmamasından rahatlıq tapırlar və onlar nə zindanda, nə də çöldə etdikləri əmələ görə qınanılmayacaqlarını düşünürlər.
Bəzən satirik, bəzən üsyankardır. 2021-ci ildən bəri LGBTQ-feminist gündəminin ardı ilə gedir.