
Bu dəfəki epizodda onlayn aktivizmdən danışacağıq. Sosial mediada LGBTQ+ aktivizmi edərkən necə reaksiyalar görə bilərik? Bizi hansı risklər gözləyir? sualları haqqında düşündük, onlayn platformaların gücünü müzakirə etdik.

Ömər Məmməd
Ömər Məmməd, kuir-feminist aktivist və kontent yaradıcısıdır.

Əli Məlikov
LGBTQ+ icmasının səsini gücləndirmək üçün media sahəsində aktiv fəaliyyət göstərən queer aktivistəm. Sosial media və müxtəlif platformalar vasitəsilə LGBTQ+ haqları, gender bərabərsizliyi və trans və kuir icmasının gündəlik problemləri barədə maarifləndirici videolar və məqalələr hazırlamaqla, ictimaiyyəti məlumatlandırmağa və dəyişiklik yaratmağa çalışıram. Qıy Vaar! platformasının qurucularından biri və idea müəllifiyəm.