


Yüzlərlə LGBTQ+ aktivisti Niderlandın Haaqa şəhərində keçiriləcək NATO zirvəsi öncəsi, ABŞ prezidenti Donald Tramp və Macarıstanın baş naziri Viktor Orbanın ölkəyə səfərinə etiraz olaraq aksiya keçirib.
İyunun 24-də keçirilən aksiya Koekamp parkındakı Beynəlxalq Homomonumentin qarşısında təşkil olunub. Aksiyada təxminən 400 nəfər iştirak edib.
“İnsanlar düşünür ki, ayrı-seçkilik zamanla keçib gedəcək. Amma tarix göstərir ki, bu, belə olmur. Nasistlər də ilk olaraq cəmiyyətin bəzi qruplarını hədəf almışdı” – deyə aksiya iştirakçılarından biri NRC saytına deyib.
Aksiyada iştirak edən azərbaycanlı fəallar da var. Biz onlardan da fikirlərini soruşduq:
“Tramp bir milyarderin öz maraqları üçün sistemi necə istismar edə biləcəyini göstərir. O, LGBTQ+ icmalarını və qadınları hədəfə alaraq törətdiyi cinayətləri örtməyə çalışır. Bu yolda da digər “müttəfiqləri” ilə əməkdaşlıq edir. Azərbaycan da daxil olmaqla dünyanın az qala hər yerində insan hüquqları üçün qalxan səslərin susdurulmasında dolayı yolla iştirak edir.”