
Naxçıvanda 3 hərbi qulluqçu azyaşlı oğlana təcavüz edib. Bununla bağlı azyaşlının atası Novruz Musayev prezidentə video-müraciət ünvanlayıb.
Gündəlik Naxçıvan platformasında paylaşılan videoda, atanın sözlərinə görə, baş leytenant Əsədov Səbuhi sosial şəbəkə vasitəsilə azyaşlı oğlu ilə əlaqə qurub və daha sonra onunla görüşərək təcavüz edib. Adı keçən şəxadən sonra onun qardaşı Əsədov Araz azyaşlını valideynlərinə xəbər edəcəyi iləşantaj edərək ona qarşı təkrar cinsi zorakılıq törədib. Digər hərbi qulluqçu Pənahov Sənan isə pul təklif edərək azyaşlıya qarşı cinsi zorakılıq edib.
Hadisə ilə bağlı keçirilən tibbi ekspertiza zorakılıq faktını təsdiqləsə də, hərbi prokurorluq bu nəticəni qəbul etməyib.Musayevin sözlərinə görə, prokurorluq hərbi qulluqçuları müdafiə edərək “bəlkə bunu onlar yox, başqası edib” deyə bildirib. Halbuki zərərçəkən azyaşlı zorakılıq törədən şəxslərin kimliyini təsdiq edib.
Valideyn qeyd edir ki, oğlu hadisədən sonra bullinqə məruz qalıb, bu səbəblə məktəbdən və hazırlıq kurslarından qovulub.
Məhkəmənin qərarı ilə hərbi qulluqçulardan biri 9 ay, digəri 1 il müddətinə azadlıqdan məhrum edilib. Üçüncü şəxs isə məsuliyyətə cəlb olunmayıb və azadlıqdadır.
Mediada yayılan xəbərlərə görə, prokurorluq valideyndən zorakılıq faktını təsdiqləyən videogörüntü tələb edib. Həmçinin iddia olunur ki, hərbiçilərin ikisi cəzanı yüngülləşdirmək üçün rüşvət veriblər.
Bəs Azərbaycan qanunvericiliyi bu cür hadisələrlə bağlı nə deyir?
Cinayət məcəlləsinin 149-cu,150-ci və maddələrinəəsasən yetkinlik yaşına çatmayan şəxsə qarşı cinsi zorakılıq beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılmalıdır. Lakin ədalət burda da özünü gizlədir və məsul şəxslər hələ də aramızdadır.