Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Bloqlar
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Xarici
  • Moskvada gey cütlüyə hücum edilib
  • Xarici

Moskvada gey cütlüyə hücum edilib

Qıy Vaar! Fevral 18, 2025

 

 “Gələcək Hərəkatı” adlı teleqram kanalı bildirir ki, Moskvada “Aviapark” ticarət mərkəzinin yaxınlığında beş nəfər gey aktivisti və onun partnyorunu döyüb. Paylaşımda hadisənin detalları demək olar ki, tamamilə gizlədilib. Bu haqda Gələcək Hərəkatına istinadən Rusiyada fəaliyyət göstərən Parni Plus (Парни ПЛЮС) adlı LGBTQ+ təşkilatı hadisə haqda 11 fevralda xəbər yayımlayıb.

Zərərçəkənlər Andrey və Yeqor kimi təqdim edilib. Andrey Moskva vilayətində fəaliyyət göstərən müstəqil təşkilatlardan birinin gey fəaldır. Dmitri adlı şəxs, bir neçə gün əvvəl həmin təşkilatda könüllü olmaq istəyib, lakin şübhəli davranışına görə qəbul edilməyib.  

Hücumdan bir gün əvvəl Andrey Moskvadakı gey-çatlarda özünü həmin təşkilatın keçmiş üzvü kimi təqdim edən naməlum biri ilə tanış olub. O, Andreyin etibarını qazanmağa çalışıb və şəxsi görüşə israr edib, Andrey isə bu görüşə razılaşıb. Lakin onların hadisə baş verən anda məhz bu görüşə gedib-getmədiyini dəqiqləşdirmək mümkün olmayıb.  

Hücum edənlərin yaşı təxminən 16-20 arasında olub, onlardan biri qız, dördü isə oğlan olub. “Gələcək Hərəkatı” bildirir ki, onların “böyük ehtimalla, fəaliyyətini Telegram kanallar vasitəsilə koordinasiya edən radikal qruplaşmaya aid olduğu görünür”.  

Əvvəlcə həmin gənclər söz atmağa başlayıb, Andreyin siyasi baxışlarını sorğu-sual edərək onu təxribata çəkməyə çalışıblar. Daha sonra isə aktivisti və partnyorunu döyərək Yeqora bibər qazı püskürdüblər.

Yeqor təcili yardım və polisi çağırıb. Lakin onlar şikayət yazmaqdan imtina ediblər, çünki Rusiyada yeni qüvvəyə minən “gey təbliğatını qadağan edən qanun” ilə özlərinin problem yaşaya biləcəklərindən qorxublar. Yaraları ciddi olmadığından təcili yardım xəsarətləri qeydə almayıb.  

Paylaş

Continue Reading

Previous: Türkiyədə LGBTQ+ əleyhinə ritorika və onun Azərbaycan və digər türk dövlətlərinə potensial təsirləri
Next: Türkiyədə kuir jurnalist və 59 fəal saxlanılıb

Related Stories

Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik
  • Xarici

Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik

Sentyabr 8, 2025
Qazaxıstanda LGBTİ məzmunlarının yayımı qadağan oluna bilər
  • Xarici

Qazaxıstanda LGBTİ məzmunlarının yayımı qadağan oluna bilər

Sentyabr 6, 2025
İndoneziyada LGBTQ+ məzmununun mediada qadağan olunması müzakirə edilir
  • Xarici

İndoneziyada LGBTQ+ məzmununun mediada qadağan olunması müzakirə edilir

Sentyabr 2, 2025

Son Postlar

  • Məhkəmə Naxçıvanda 14 yaşlı oğlana təcavüz edən hərbçiyə “homoseksuallıq psixi xəstəliyindən əziyyət çəkir” əsası ilə yüngül cəza verib
  • Aktyor Kamran Ağabalayev: “Xaricdə geylər fond yaradır, bizdəkilər fahişəlik edib pul qazanır”
  • Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik
  • Azərbaycanlı trans fəal Kişinyov aeroportunda saxlanılaraq transfob rəftara məruz qalıb
  • Azərbaycandan olan iki film Londonda Kuir Film Festivalında nümayiş olunacaq

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.