Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Bloqlar
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Yerli
  • Məhkəmə Naxçıvanda 14 yaşlı oğlana təcavüz edən hərbçiyə “homoseksuallıq psixi xəstəliyindən əziyyət çəkir” əsası ilə yüngül cəza verib
  • Yerli

Məhkəmə Naxçıvanda 14 yaşlı oğlana təcavüz edən hərbçiyə “homoseksuallıq psixi xəstəliyindən əziyyət çəkir” əsası ilə yüngül cəza verib

Qıy Vaar! Sentyabr 10, 2025
Şərti foto

Naxçıvanda azyaşlı oğlana təcavüz edən hərbçiyə homoseksuallıqdan əziyyət çəkir deyərək yüngül cəza verilib.

Naxçıvanın Kəngərli rayonunda 14 yaşlı oğlanın 3 hərbi qulluqçu tərəfindən seksual zorakılığa məruz qalması ilə bağlı ictimailəşmiş hadisə cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Hadisənin sentyabrın əvvəlində yayılan məlumatlarına əsasən, təcavüzdə ittiham olunanlardan biri cəzasız qalıb, digər 2 şəxs isə yüngül cəza alıb.

Valideynin verdiyi məlumata görə, hadisə 2024-cü ildə baş verib. 14 yaşlı oğlana qarşı cinsi təcavüz edənlər hərbi qulluqçular olub. Valideynlər məsələni hüquq-mühafizə orqanlarına çatdırsa da, təcavüzçülərdən birinin prokurorluğa rüşvət verərək məsuliyyətdən yayınmağa nail olduğunu bildirir. Digər iki nəfər isə məhkəmə qarşısına çıxarılıb.

Cinayətkarlar və məhkəmə qərarları

Panahov (30) soyadlı çavuş rütbəli hərbi qulluqçu, yeniyetmə ilə  sosial şəbəkədə tanış olaraq görüşüb sonra iaə ona dəfələrlə təcavüz edib. Məhkəmə onun “homoseksuallıqdan əziyyət çəkdiyi” və “öz davranışlarına nəzarət edə bilmədiyi”ni əsas gətirərək ona cəmi 9 ay azadlıqdan məhrumetmə və 1 il müddətinə müəyyən fəaliyyət növlərindən məhrumetmə cəzası verib.

Səbuhi Əsədov (26) adlı leytenant isə hadisəyə görə 1 il həbs və 1 il 6 ay müddətinə peşə fəaliyyəti qadağası cəzası alıb. Ailənin üçüncü təcavüzçü olduğunu dediyi hərbçi isə onun qardaşı Araz Əsədovdur. O, ümumiyyətlə istintaqa cəlb olunmayıb.

Məhkəmənin hər iki halda təyin etdiyi cəzalar, Azərbaycan qanunvericiliyində bu cür cinayətlər üçün nəzərdə tutulan 5-10 il arası həbs müddətindən daha azdır.

Yeniyetmənin valideynləri hadisəni ictimailəşdirdikdən sonra məsələ sosial şəbəkələrin Azərbaycan seqmentində geniş müzakirə olunur. Çox sayıda istifadəçi valideynlərin çağırışlarını paylaşır, 3 hərbçinin də adekvat cəza almasını tələb edir. Həm də bu hadisə Qaxda 13 yaşlı qıza 30 nəfərin təcavüz etməsinə dair yayılan xəbərlərlə eyni günlərdə qabardığından, müzakirələr daha geniş mövzuları əhatə etməyə başlayıb. Qaxda baş verən hadisədə təcavüzçülərdən 2-sinin polis olmasına dair iddialara, Naxçıvanda yeniyetməyə təcavüz edənlərin hərbçilər olmasına paralel formada diqqət çəkilir.

Tanınmış hüquqşünas Zibeyda Sadıqova məsələ ilə bağlı OC Mediaya münasibət bildirərək qeyd edib ki, yetkinlik yaşına çatmamış şəxslə cinsi əlaqə – hətta razılıqla olsa belə qanunla cinayət sayılır və buna görə ciddi cəza nəzərdə tutulur. Onun sözlərinə görə, məhkəmənin yüngülləşdirici hallar kimi “homoseksuallığı” nəzərə alması həm hüquqi, həm də etik baxımdan qəbuledilməzdir.

“Əgər cinsi əlaqə azyaşlının öz razılığı ilə baş tutsaydı belə bunun üçün 1-3 il arası həbs cəzası nəzərdə tutulur” – Sadıqovanın bu sözləri onlardan 1-nə 9 ay həbs cəzası verilməsi fonunda diqqət çəkir.

Valideynin müraciəti və ictimai çağırış

Zərərçəkmiş yeniyetmənin atası Novruz Musayev məsələni ictimailəşdirərək Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban Əliyevaya videomüraciət ünvanlayıb. O bildirib ki, ailəsi təzyiqlərə məruz qalır, uşağı məktəbdən çıxmağa məcbur olub və sosial həyatdan tam təcrid olunub. O, hadisənin ədalətli şəkildə araşdırılmasını və cinayət əməli törətmiş şəxslərin ciddi cəzalandırılmasını tələb edir.

“Namusumuzu müdafiə etməli olan məmur övladıma təcavüz edirsə, bu, dünyanın sonu deməkdir. Xahiş edirəm, sərt tədbirlər görəsiniz!” – Nazim Musayev vurğulayır.

Yeniyetmənin anası Səminə Novruzova isə BBC-ə verdiyi videomüsahibədə təcavüzçülərin qanuna uyğun cəza almasını tələb edərək deyib: “Bir ana ki, övladına baxmaq üçün xadimə işləyir, yer silir, o ananın uşağına təcavüz edirlər… Bütün dünya bu yolda mənə kömək olsun”.

Paylaş

Continue Reading

Previous: Aktyor Kamran Ağabalayev: “Xaricdə geylər fond yaradır, bizdəkilər fahişəlik edib pul qazanır”

Related Stories

Aktyor Kamran Ağabalayev: “Xaricdə geylər fond yaradır, bizdəkilər fahişəlik edib pul qazanır”
  • Yerli

Aktyor Kamran Ağabalayev: “Xaricdə geylər fond yaradır, bizdəkilər fahişəlik edib pul qazanır”

Sentyabr 9, 2025
Azərbaycanlı trans fəal Kişinyov aeroportunda saxlanılaraq transfob rəftara məruz qalıb
  • Yerli

Azərbaycanlı trans fəal Kişinyov aeroportunda saxlanılaraq transfob rəftara məruz qalıb

Sentyabr 8, 2025
Azərbaycandan olan iki film Londonda Kuir Film Festivalında nümayiş olunacaq
  • Yerli

Azərbaycandan olan iki film Londonda Kuir Film Festivalında nümayiş olunacaq

Sentyabr 8, 2025

Son Postlar

  • Məhkəmə Naxçıvanda 14 yaşlı oğlana təcavüz edən hərbçiyə “homoseksuallıq psixi xəstəliyindən əziyyət çəkir” əsası ilə yüngül cəza verib
  • Aktyor Kamran Ağabalayev: “Xaricdə geylər fond yaradır, bizdəkilər fahişəlik edib pul qazanır”
  • Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik
  • Azərbaycanlı trans fəal Kişinyov aeroportunda saxlanılaraq transfob rəftara məruz qalıb
  • Azərbaycandan olan iki film Londonda Kuir Film Festivalında nümayiş olunacaq

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.