# Qıy Vaar! > Kuir Media Portalı ## Posts - [Avropada kuir gündəmi: Polşa, Britaniya və Belarusdan yeni qərarlar](https://qiyvaar.org/avropada-kuir-gundemi-polsa-britaniya-ve-belarusdan-yeni-qerarlar/): 🗞️ BİR DƏQİQƏ, BALAM: -Polşa Ai-ə üzv ölkələrdə bağlanan eynicinsli nilakları tanıyacaq. -Birləşmiş Krallıq Azərbaycandan olan gey fərdə sığınma statusu verib. -Belarus LGBTQ+ və uşaqsızlıq təbliğini qadağan edən yeni qanun qəbul edib. - [Avropa Şurasında Azərbaycanla bağlı LGBTİ çıxışı](https://qiyvaar.org/avropa-surasinda-azerbaycanla-bagli-lgbti-cixisi/): Avropa Şurası Konqresinin 31 mart – 2 aprel tarixlərində keçirilən 50-ci sessiyasında Azərbaycan üzrə gənc nümayəndə Aleks Şah çıxış edib. O, 2017-ci ildə Azərbaycanda LGBTİ+lərə qarşı aparılan kütləvi həbsləri və zorakılığı gündəmə gətirib. - [Trans qadın ailəsi tərəfindən döyülüb, saçı qırxılıb](https://qiyvaar.org/trans-qadin-ailesi-terefinden-doyulub-saci-qirxilib/): Rayonların birində yaşayan gənc trans qadın ailəsi tərəfindən zorakılıq gördüyü üçün gizlicə evdən qaçmalı olub. Qıy Vaar!-a danışan Aygün (ad şərtidir) ona qarşı təzyiqlərin kolleci bitirib rayona geri döndükdən sonra başladığını deyir. “Bir az saç uzadmağa, bir az makyaj etməyə haradasa 2 il öncə başlamışam. Saç uzatdığım ərəfələrdə kolleci bitirib rayona döndüyümdə evdə bir mübahisə yaşadım və onlar saçımı kəsdirməyimi istədilər. Ailəmin məcburiyyəti ilə, onlara boyun əyib saçımı kəsdirdim, amma makyaj etməyə davam edirdim. Bunun üzərinə evdə çox döyüldüm, təhqir olundum, hədələndim. “Özünü düzəltməsən belə edəcəyik, elə edəcəyik” formasında təhdid edirdilər davamlı. Bu mərhələdə artıq ailəmin təhdidi ilə öz ixtisasım üzrə bir iş tapmaq yoluna qoyuldum. İş üçün […] - [BMT məruzəçiləri Ülviyyə Əlinin həbsi ilə bağlı Azərbaycandan izahat tələb edir](https://qiyvaar.org/bmt-meruzecileri-ulviyye-elinin-hebsi-ile-bagli-azerbaycandan-izahat-teleb-edir/): BMT-nin üç Xüsusi Məruzəçisi müstəqil jurnalist, “Amerikanın Səsi”nin müxbiri Ülviyyə Əlinin həbsi, saxlanma şəraiti və ona qarşı rəftarla bağlı Azərbaycan hökumətinə rəsmi müraciət ünvanlayıb. Azadlıq Qəzeti-nə istinadən yayılan məlumata görə, hökumətə cavab vermək üçün 60 gün vaxt verilib. Bu müddət bitdikdən sonra müraciət və veriləcək cavab BMT-nin hesabat platformasında ictimaiyyətə açıqlana bilər. Müstəqil jurnalist, daha əvvəl də QueeRadar platforması tərəfindən Azərbaycanda LGBTQ+ mövzularına tövhələrinə görə mükafata layiq görülmüş Ülviyyə Əli ilə bağlı məhkəmə prosesi 16 yanvar 2025-ci ildə başlayıb. O, “Meydan TV işi” çərçivəsində əvvəlcə şahid kimi dindirilməyə çağırılıb və ölkədən çıxışına qadağa qoyulub. Bu qərardan verdiyi şikayət isə 5 […] - [İspaniyada azərbaycanlı draq artist](https://qiyvaar.org/ispaniyada-azerbaycanli-draq-artist/): Elvin Novruzov səhnədə Carnelia Cortés adı ilə tanınan, azərbaycanlı kuir sənətçidir. Onun draq obrazında təqdim etdiyi klipləri həm vizual dili, həm də emosional ifası ilə izləyicilərin marağını cəlb edib. Hazırda İspaniyada yaşayan Carnelia Qıy Vaar! üçün deyir ki, musiqi ilə əlaqəsi uşaqlıqdan başlayıb. Bu maraq İspaniyada yeni bir mərhələyə keçərək onun həm insan, həm də sənətçi kimi özünü daha açıq və dürüst şəkildə ifadə etməsinə imkan yaradıb. - [Aytac Tapdıq: İşgəncə faktları araşdırılsın](https://qiyvaar.org/aytac-tapdiq-isgence-faktlari-arasdirilsin/): Aprelin 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə “Meydan TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. Aytac Tapdıq proses zamanı çıxış edərək deyib: “Martın 23-dən 24-nə keçən gecə 2 məhbusa bizim pəncərəmizin altındakı gəzinti sahəsində zorakılıq göstərilib. 10-a yaxın təcridxana əməkdaşı 15 dəqiqə boyunca onları qanına qəltan edib. Divarlar, gəzinti sahəsinin döşəməsi qanlar içində idi. Həmin şəxslər adlarının ictimailəşməyini istəmirlər deyə mən adlarını qeyd etmirəm. Onların məruz qaldığı işgəncə araşdırılmalı, Ombudsman təcridxanaya gələrək onlara baş çəkməlidir. 10-a yaxın “debenka” onları qollarını qandallayıb döyərkən bizi də durmadan təhqir edirdi. Biz həmin adamların nəfəsləri kəsilənə qədər döyülməsindən çox sarsılmışıq. […] - [Azərbaycan səhnəsində LGBTQ+ anları](https://qiyvaar.org/azerbaycan-sehnesinde-lgbtq-anlari/): Azərbaycanda səhnə və şou-biznes sahəsində LGBTQ+ mövzularına toxunan, müzakirə doğuran 10 hadisəni bu paylaşımda topladıq. Bu anların bəziləri görünürlük və təmsilçilik baxımından önəmli hesab olunsa da, bəziləri vaxtı ilə kuirbeytinq kimi də dəyərləndirilib. Siz nə düşünürsünüz? Paylaşmağımızı istədiyiniz fotoları da bizə göndərə bilərsiniz. - [Rüzgarın qətli ilə bağlı məhkəmə sona yaxınlaşır](https://qiyvaar.org/ruzgarin-qetli-ile-bagli-mehkeme-sona-yaxinlasir/): Aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elman Rüstəmovun sədrliyi ilə kuir gənc Rüzgarın qətli ilə bağlı növbəti məhkəmə prosesi keçirilib. Prosesdə Rüzgarın qatili olan Babək İbadovun vəkili onun anlaqlı durumda olub-olmamasının yoxlanılması üçün vəsatət qaldırıb. Vəkil bu vəsatəti bundan öncəki məhkəmə prosesində də qaldırmış, Babək İbadovun psixiatrik ekspertizadan keçirilməsini istəmişdi. Məhkəmə bu prosesdə də vəsatəti təmin etməyib. Babək İbadovun vəkilinin qaldırdığı bir digər vəsatət təkrar kriminalistik ekspertizanın keçirilməsi ilə bağlı olub. Hakim heyəti bu vəsatətin də təmin olunmaması qərarı çıxarıb. Dövlət ittihamçısı öz çıxışını etməsi üçün məhkəmədən vaxt istəyib. Növbəti prosesdə dövlət ittihamçısının məhkəmədən Babək İbadova necə bir cəza […] - [Sevinc Hüseynova nifrət çağırışlarından əl çəkmir](https://qiyvaar.org/sevinc-huseynova-nifret-cagirislarindan-el-cekmir/): Bu videoda Azərbaycan mediasında LGBTQA+lara qarşı nifrət nitqinin konkret nümunələri əks olunur. Jurnalist Sevinc Hüseynova sosial şəbəkələrdə fenomen Velizarı dəstəkləyən insanlara qarşı alçaldıcı ifadələr işlədərək onların “şəxsiyyətinə” və “mənliyinə” hörmətsiz yanaşıb. Bu, Velizarın ehtiyacı olan insanlara dəstək göstərməsi və xeyriyyə fəaliyyəti ilə tanınmasına baxmayaraq baş verir.  Eyni paylaşımda o, jurnalist Səidə Bəkir qızına müraciət edərək onun daha əvvəl səsləndirdiyi “qızlaşma narkotikdən daha betər bəladır” fikrini xatırladıb və hazırda Velizarı dəstəkləməsini ironiya ilə qarşılayaraq ziddiyyət kimi təqdim edib. Səidə Bəkir qızı isə cavabında Velizarı müdafiə etməsinin səbəbini onun insanlara yardım etməsi ilə izah edib. Hər iki jurnalistin çıxışlarında LGBTQA+lara qarşı damğalayıcı […] - [Kuir yaddaşın 10 anı](https://qiyvaar.org/kuir-yaddasin-10-ani/): Azərbaycanda LGBTQ+ haqları baxımından dönüş nöqtəsi sayılan və xüsusi maraq doğuran 10 hadisəni bu paylaşımda topladıq. Həmin hadisələrin foto və videoları əks olunan paylaşıma instaqram səhifəmizdən baxa bilərsiniz. Sizin də hekayə bölməsində paylaşılmasını istədiyiniz seçilmiş foto və videolarınız varsa bizə göndərə bilərsiniz. 1. 2012: İsa Şahmarlının əlində plakat tutduğu fotosu. 2. 2014, iyul: İlk LGBTQ+ forumu keçirilir. 3. 2016, iyun: ABŞ Səfirliyi önündə aksiya. 4. 2018, sentyabr: Kuir fəallar şəhərin mərkəzi küçələrində göyqurşağı bayrağı açır. 5. 2019, oktyabr: Bu, ölkədə yeni başlayan Feminist Hərəkatının ikinci aksiyasıdır. Bu aksiyada kuir fəalların aktiv iştirakı diqqət çəkir. 6. 2021, iyul: Danimarkalı fəallar Bakıda Avro 2020-nin 4-də 1 final maçı öncəsi göyqurşağı bayrağı açırlar. 7. 2021, avqust: Trans qadınlar Ombudsman Aparatı önündə […] - [Deputat: demokratiya təhsilin başına daş salıb](https://qiyvaar.org/deputat-demokratiya-tehsilin-basina-das-salib/): Deputat Səyyad Aran RTV-də yayımlanan “Qaranlıqda həqiqət” verilişinin efirində uşaqlara qarşı zorakılığı təbliğ edən fikirlər səsləndirib. “Uşaqlara çox sərbəstlik verilir. “Demokratiya”, “uşağın haqqını tapdalamaq olmaz”, “uşağı vurmaq olmaz” kimi ifadələr maarifin və təhsilin başına daş salıb”, – deputat deyib. O, həmçinin, fəaliyyəti dayandırılmış ANS telekanalını qınayaraq həmin TV-nin məktəbdə şagirdə şillə vuran müəllimlə bağlı hadisəni yersiz qabartdığını söyləyib: “Bir kişi müəllimi uşağa şapalaq vurduğuna görə ANS onun üstünə düşdü, cəmiyyət də o adamı qınadı. Müəllimi televiziyada üzr istətdilər. Müəllimi üzr istəyən millətin təhsilinin xoş mənada gələcəyinin kökü, sambalı olmaz. Sən niyə onu üzr istətdirirsən? İndi bir şapalaqdı vurub uşağa… Siz […] - [Kuir kimliklərin müxtəlifliyi və etiketlər](https://qiyvaar.org/kuir-kimliklerin-muxtelifliyi-ve-etiketler/): Cinsi orientasiyanı və gender kimliyini təsvir edən etiketlər,  məsələn, gey, lezbiyan, biseksual, panseksual, qeyri-binar və s. fərdlərin özünü ifadə etmək və tanımaq rolunu oynayır. Lakin bu terminlər yalnız özünüifadə forması olmaqla qalmır, eyni zamanda başqaları haqqında ön qənaətlər və gözləntilər formalaşdıra bilir. Bu zaman bir sual ortaya çıxır: müəyyən bir kimliyə sahib olmaq, o kimliyin başqaları üzərində də eyni cür “işləməsini” gözləmək, yəni onları da bu kimlik çərçivəsində qəbul etmək kuirfob bir davranış forması ola bilərmi?  Əgər biz kimlik etiketlərinə salsaq görərik ki, gey, lezbiyan, biseksual və digər oxşar identifikasiya formaları ilk baxışdan sadəcə özünüifadədir. Məsələn, gey olmaq çox zaman […] - [Gürcüstan hökuməti İstanbul Konvensiyasından çıxa bilər](https://qiyvaar.org/gurcustan-hokumeti-istanbul-konvensiyasindan-cixa-biler/): Gürcüstanın baş naziri İrakli Kobaxidze gender əsaslı zorakılığa qarşı beynəlxalq sənəd olan İstanbul Konvensiyası ilə bağlı hökumətin gələcəkdə müəyyən dəyişikliklərə baxa biləcəyini istisna etməyib. Onun açıqlaması ölkənin bu konvensiyada iştirakının taleyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Mövzu hakimiyyətə yaxın Imedi televiziyasında müzakirə olunub. Veriliş zamanı ultra-mühafizəkar və Rusiyaya yaxın mövqeyi ilə tanınan Gürcüstan üçün Mühafizəkarlar Partiyasının lideri Zurab Maxaradze konvensiyanı tənqid edərək sənədin “ənənəvi gender rollarına zidd” olduğunu söyləyib və Gürcüstanın niyə hələ də bu sənədə qoşulduğunu soruşub. Baş nazir cavabında bildirib ki, konvensiya və onun əsasında qəbul olunmuş qanunvericiliklə bağlı suallar yaranarsa, hökumət bu məsələnin üzərində işləməyə hazırdır. Kobaxidze həmçinin son illərdə Gürcüstana “müəyyən ideologiyaların tətbiqi […] - [Bakıda gənc kuir həbs edilib: “cinsi azlığı təbliğ edib”](https://qiyvaar.org/bakida-genc-kuir-hebs-edilib-cinsi-azligi-teblig-edib/): Bakıda yaşayan kuir sosial şəbəkələrdə etdiyi paylaşımlara görə inzibati məsuliyyətə cəlb olunaraq 30 sutka həbs edilib. Bu haqda “Qafqazinfo”nun məlumatına görə, paytaxtda yaşayan,2005-ci il təvəllüdlü M.Məmmədov (ad şərtidir) polis tərəfindən saxlanılıb. Bildirilir ki, onun “TikTok” və instaqramda cinsi azlığı və əxlaqsızlığı təbliğ edən videolar paylaşması müəyyən olunub. Onun pul müqabilində intim xidmətlər təklif etdiyi və istifadəçilərlə seksual məzmunlu yazışmalar etdiyi deyilir. Məlumata əsasən, o, Nəsimi rayonunda keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 524-cü maddəsi (fahişəliklə məşğul olma) və 510.2-ci maddəsi üzrə protokol tərtib edilib (internetdə və ya informasiya şəbəkələrində ictimai mənəviyyatı təhqir edən və ya cəmiyyətə […] - [8 Mart yürüyüşündə 9 qadın jurnalist üçün dünyada qaldırılan plakatlar](https://qiyvaar.org/8-mart-yuruyusunde-9-qadin-jurnalist-ucun-dunyada-qaldirilan-plakatlar/): Bu il Azərbaycanda təəssüf ki, 8 Mart aksiyası baş tutmadı. Bunun başlıca səbəbi isə hökumətin feministlər də daxil olmaqla bütün vətəndaş cəmiyyəti və siyasi hərəkatlara qarşı davam edən hücumlarıdır. Səsimizi boğmağa çalışan hakimiyyət bəlkə də bir neçə ildir Bakıda keçirilən ənənəvi 8 Mart yürüşümüzün qarşısını almış ola bilər. Bəlkə də acizliyindən 9 qadın jurnalisti, o cümlədən azad medianı təmsil edən jurnalistləri həbs etmiş ola bilər. Lakin bilinməlidir ki, susdurmağa çalışdıqları hər səsin yerinə yenisi danışmağa başlayacaq. Mübarizəmiz heç vaxt sönməyəcək! Bakıda keçirə bilmədiyimiz hər 8 Mart üçün biz fərqli ölkələrdə hakimiyyətin feministlərdən nə qədər qorxduğunu, nə qədər aciz olduğunu və […] - [Parisdə 8 Mart yürüyüşü: “Azərbaycanlı 9 qadın jurnalistə azadlıq”](https://qiyvaar.org/parisde-8-mart-yuruyusu-azerbaycanli-9-qadin-jurnaliste-azadliq/): Bu gün müstəqil mətbuat prinsiplərinə sadiq qaldıqları üçün həbs həyatı yaşayan 9 qadın jurnalistin səsini yüksəltməyə Parisdə – Azərbaycanın müstəqilliyinin ilk dəfə defakto tanındığı şəhərdəyik. Yürüş meydanından hər birinin azadlığı tələbilə səslənirik. - [Rüzgarın qatili cəzadan yayınmaq istəyir](https://qiyvaar.org/ruzgarin-qatili-cezadan-yayinmaq-isteyir/): Martın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elman Rüstəmovun sədrliyi ilə kuir gənc Rüzgarın qətli ilə bağlı məhkəmə prosesi davam etdirilib. Proses zamanı Rüzgarı (Yasin İbadov) qətl edən əmisi Babək İbadovun vəkili onun psixiatrik ekspertdən keçirilməsi üçün vəsatətlə çıxış edib. Dövlət ittihamçısı isə vəsatət üçün əsasın olmadığını bildirərək məhkəmədən onun təmin olunmamasını xahiş edib. Məhkəmə vəsatəti təmin etməyib. Daha sonra məhkəmə, cinayət işi üzrə sənədlərin tədqiqi mərhələsinin başladığını elan edərək növbəti prosesi aprelin 1-nə təyin edib. Qeyd edək ki, Azərbaycan hüquq sistemində təqsirləndirilən şəxslərin cəzadan yayınmaq üçün psixi vəziyyətlərində problem olduğunu əsas gətirməsi və həbsxana yerinə psixiatriya xəstəxanasında müalicəyə göndərilməsi […] - [Bakıda icma görüşü keçirilib](https://qiyvaar.org/bakida-icma-gorusu-kecirilib/): Bakıda 10 nəfərin iştirakı ilə icma görüşü keçirilib. Görüş psixoloqun iştirakı ilə baş tutub və iştirakçılar təhlükəsiz mühitdə şəxsi təcrübələrini bölüşmək imkanı əldə ediblər. Tədbir zamanı ailə və məişət problemləri, uzunmüddətli sosial izolyasiyanın psixoloji təsirləri və işsizlik kimi mövzular müzakirə olunub. İştirakçılar gündəlik həyatda qarşılaşdıqları çətinliklərdən, ailədaxili anlaşılmazlıqlardan və sosial təcridin yaratdığı təzyiq hissindən danışıblar. Psixoloq isə stress, təşviş və özünüqiymətləndirmə problemləri ilə bağlı ümumi məlumat verib, emosional tənzimləmə və ünsiyyət bacarıqları barədə praktik tövsiyələr səsləndirib. Görüşün əsas məqsədi iştirakçılar arasında qarşılıqlı dəstək mühitinin formalaşdırılması olub. Qapalı və təhlükəsiz format insanlara öz hekayələrini açıq şəkildə paylaşmağa imkan yaranıb. İştirakçılar bir-biri […] - [Avropada abort hüquqları üçün tarixi addım](https://qiyvaar.org/avropada-abort-huquqlari-ucun-tarixi-addim/): Avropada reproduktiv hüquqlar və tibbi xidmətlərə bərabər çıxış üçün yaradılmış My Voice My Choice təşəbbüsü 1 milyondan çox imza toplayaraq təhlükəsiz abort məsələni Avropa İttifaqının gündəminə çıxarıb. Komissiya aborta çatımlılığı olmayan qadınların Avropa ölkələrində təhlükəsiz xidmət ala bilməsi üçün hüquqi və maliyyə mexanizmlərinin mümkün olduğunu bildirib. Plan üzrə nəqliyyat və qalmaq xərcləri yeni fond yaradılmadan, mövcud vasitələrlə qarşılan­a bilər. Aktivistlər əlavə maliyyə ayrılmamasını çatışmazlıq saysalar da, aborta çıxışın ilk dəfə Avropa İttifaqı səviyyəsində tanınmasının müzakirə olunmasını mühüm siyasi addım kimi qiymətləndirirlər. Təşəbbüs 19 Aİ ölkəsindən dəstək toplayıb. - [Fatimə Mövlamlı həbsdən Əvəz Hafizli haqqında yazır](https://qiyvaar.org/fatime-movlamli-hebsden-evez-hafizli-haqqinda-yazir/): Həbsdə olan jurnalist Fatimə Mövlamlı Qıy Vaar!-a göndərdiyi məktubunda Əvəz Hafizli haqqında yazır. Məktubu olduğu kimi təqdim edirik: “Soyuq bir fevral səhərini rəfiqəmlə Qaraçuxur məscidinin həyətində park edilmiş avtomobilin içərisində açdıq. Üzbəüz dayandığımız yer məscidin cənazələrin yuyulması üçün ayrılan hissəsi idi. Birdən maşının açıq qalan radiosundan Barış Dirinin “Derinden-derinden” mahnısının səsləndiyini eşitdik. Rəfiqəmlə sanki qəfil yuxudan oyanıbmış, içəridə dəfn üçün hazırlanan cənazənin dostumuza aid olmasını yenicə öyrənibmiş kimi səksənmiş halda bir-birimizə baxdıq. Qucaqlaşıb ağlamağa başladıq. Bizim baş verənləri anlamağa, yas tutmağa, adicə ağlama belə gecə boyu fürsətimiz olmamışdı. Çünki bütün fikrimiz dostumuzun cənazəsini onun ailəsindən qorumağa yönəlmişdi… 22 fevral, 2022-ci il tarixində aldım həmin sarsıdıcı xəbəri: […] - [Aytac Tapdıq: Bizə olunan zorakılığın göstərişi Əliyevdən gəlib](https://qiyvaar.org/aytac-tapdiq-bize-olunan-zorakiligin-gosterisi-eliyevden-gelib/): “Meydan TV işi” üzrə keçirilən son məhkəmə prosesinin başlanğıcında bu iş üzrə həbs olunan jurnalist Aytac Tapdıq təqsirləndirilən 12 nəfərin hər birinin şüşə qəfəsinin içərisindən çıxaraq vəkilinin yanında əyləşmək istədiyini bildirib. Bu zaman hakim Aytən Əliyeva onun sözünü kəsərək çıxış etməsinə imkan verməyib. Aytac Tapdıq çıxışına yüksək səslə davam etməli olub: “Ötən məhkəmədən sonra prosesin gedişini pozmaq adı ilə bizə akt tərtib etmisiniz. Davamında təcridxanada rəis müavini Cavid Güləliyevin rəhbərlik etdiyi dəstə tərəfindən fiziki zorakılıq görmüşük. Buradan bəyan edirəm ki, təcridxana rəisi Elnur İsmayılov da, Cavid Güləliyev də şahmat taxtasının kiçik fiqurlarıdır. Bizə qarşı olan zorakılığın göstərişi onlardan yox, İlham […] - [Rüzgarın anası məhkəmədə qatili bağışladığını deyib](https://qiyvaar.org/ruzgarin-anasi-mehkemede-qatili-bagisladigini-deyib/): Fevralın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elman Rüstəmovun sədrliyi ilə kuir gənc Rüzgarın qətli ilə bağlı cinayət işinin növbəti prosesi keçirilib. Bu prosesdə məhkəmənin Rüzgarın (Yasin İbadov) hüquqi varisi kimi tanıdığı anası İ.S. ifadə verib. O, ifadəsi zamanı Rüzgarın Mingəçevirdə qiyabi formada universitet təhsili aldığını, tətil üçün onun Şamaxıya evlərinə gəlməsini gözlədiyini, sonra isə İnstaqram paylaşımından onun Türkiyədə olduğunu öyrəndiyini deyib. İ.S. qeyd edib ki, Rüzgarın Türkiyədə olduğunu öyrəndikdən sonra əmiləri onun arxasınca gediblər: “Mənə dedilər ki, Yasin gəlmək istəmədi. Hadisənin necə baş verdiyini görməmişəm. Oğlumun ölümündən hadisənin səhəri gün xəbər tutdum. Qaynımdan şikayətçi deyiləm, onu bağışlamışam”. Məhkəmədə onun […] - [İcma üzvləri Əvəz Hafizlinin məzarını ziyarət edib](https://qiyvaar.org/icma-uzvl%c9%99ri-evez-hafizlinin-mezarini-ziyaret-edib/): Ümidlə gələcəyə baxan və öz haqları üçün çarpışan yoldaşımız Əvəz Hafizli Şamaxının Şıxhazırlı kəndində, yovşanlar bitən dağın yamacındakı bu məzarda yatır. Ona başdaşı qoyulmadı, məzarında belə gizli qalmasını istədilər. İcmadan və vətəndaş cəmiyyətindən yoldaşlar 2 il öncə ianə toplayaraq Əvəzin məzarına başdaşı hazırlamaq istəsə də ailəsi tərəfindən buna imkan verilmədi. İcma yoldaşlarımız məzarı başında onu yad edirlər. Qəlbimizdəsən, Əvəz! Dəyərlərin uğrunda vuruşacaq, səni unutdurmayacağıq! - [Tiflis küçələrindən şüarlar: Əvəz Hafizlini xatırlayırıq](https://qiyvaar.org/tiflis-kucelerinden-suarlar-evez-hafizlini-xatirlayiriq/): Tbilisi küçələrində bir qrup aktivist tərəfindən Əvəz Hafizlinin xatirəsinə həsr olunmuş posterlər asılıb. Bu təşəbbüs Əvəz xatirəsini yad etmək, başına gələnləri unutmamaq və icmamız üçün nə qədər önəmli olduğunu bir daha xatırlatmaq məqsədi daşıyır. Bu, eyni zamanda, harada olmağımızdan asılı olmayaraq bir-birimizə dayaq olduğumuzu və həmrəyliyimizin davam etdiyini göstərən bir jestdir. Əvəz Hafizlinin xatirəsi yalnız Azərbaycanda deyil, regionun müxtəlif şəhərlərində də yoldaşlarımız tərəfindən anılır. İcma olaraq, Əvəzi və onun mübarizəsini unutmayacağıq. - [İşçi Masası: “Sara Rəhimova polis tərəfindən saxlanılıb"](https://qiyvaar.org/isci-masasi-sara-rehimova-polis-terefinden-saxlanilib/): İşçi Masası platformasının yaydığı məlumata görə, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvü Sara Rəhimova bu gün günorta saatlarında pasport almaq məqsədilə Yasamal rayonunda yerləşən 3 saylı ASAN Xidmət filialına müraciət edib. Lakin orada ona 2024-cü ildən adına cinayət işi açıldığı bildirilib və polis əməkdaşları tərəfindən saxlanılaraq 28-ci Polis Bölməsinə aparılıb. Hazırda telefonunun əlindən alındığı və onunla əlaqə saxlamağın mümkün olmadığı qeyd olunur. Bildirildiyinə görə, Sara Rəhimova daha əvvəl də siyasi və ictimai fəaliyyəti ilə əlaqədar polis təqibi və təzyiqlərlə üzləşib. 28 aprel 2025-ci il tarixində polis əməkdaşları tərəfindən saxlanıldığı və 14 saat ərzində polis idarəsində dindirildiyi qeyd edilir. […] - [Qırğızıstan deputatının yeni qanun layihəsi təklifi icmada narahatlıq yaradıb](https://qiyvaar.org/qirgizistan-deputatinin-yeni-qanun-layihesi-teklifi-icmada-narahatliq-yaradib/): Qırğızıstan parlamentinin deputatı Marlen Mamataliyev yeni qanun layihəsi irəli sürüb. Sözügedən qanun layihəsinə əsasən, trans icma öz gender kimliyini rəsmi sənədlərdə və hüquqi çərçivədə tanıda bilməyəcək. 2022-ci ilə qədər Qırğızıstanda hüquqi çərçivədə gender xanasının dəyişdirilməsi nisbətən aydın və şəffaf mexanizm sahib idi. Lakin son üç il ərzində bu sistem mərhələli şəkildə zəiflədilib. Rəsmi olaraq qadağan edilməsə də, qanunvericilikdə yaranmış boşluq səbəbindən trans icmanın məhkəmə vasitəsilə gender xanasını dəyişməsi mümkün olurdu. Ötən həftəyə qədər vəziyyətin yaxşılaşacağına dair müəyyən gözləntilər mövcud idi. Belə ki, ayrıca bir qanun layihəsi parlamentdə birinci oxunuşdan keçmişdi. Layihə qəbul ediləcəyi təqdirdə, Nazirlər Kabinetinə pasportlarında gender xanasının dəyişdirilməsi […] - [Simvolik düşmən axtarışı: ictimai statuslu şəxslərin “əxlaq” diskursu](https://qiyvaar.org/simvolik-dusmen-axtarisi-ictimai-statuslu-sexslerin-exlaq-diskursu/): Sabiq deputat və siyasi şərhçi Cümşüd Nuriyev fevralın 3-də Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya açıq məktub ünvanlayıb. Bu müraciətində o, TikTok-un ölkəni faicəyə apardığını vurğulayaraq “LGBT qadağan edilsin” şüarlı çağırış edib.  Cəmi iki gün sonra, 5 fevralda “Crossmedia.az” saytının xəbərində TikTok “qaranlıq tərəf” kimi təqdim edilir və “LGBT nümayişi” kimi ifadələr “etik dəyərlərə zidd” kontent kimigöstərilir. Həmin yazıda Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli bu “mənfi kontent”in gəncləri təsirləndirdiyini deyir və platformada “mənfi qəhrəmanların təbliğ edilməməsi” fikrini önə çəkir. Bu ardıcıllıq təsadüfi də görünə bilər, amma diqqət yetiriləsi məqam, burada mövzunun yalnızca TikTok-dakı söyüş, təhqir, alçaltma […] - [Xəyalə Ağayeva: “Yolumuz hələ uzundur”](https://qiyvaar.org/xeyale-agayeva-yolumuz-hele-uzundur/): Fevralın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində Meydançıların növbəti məhkəmə prosesi keçirilib. Dövlət ittihamçısı tərəfindən Xəyalə Ağayevaya qarşı ittihamelan edildikdən sonra hakim ondan ittihamın mahiyyəti ilə tanış olması və özünü təqsirli bilib-bilməməsi barədə soruşub. 13 aydır həbsdə saxlanılan jurnalist hakimə cavabında deyib: “Biz “ittiham aktı” adı altında bir səfsətə dinlədik. Məsələ ondan ibarətdir ki, basqıçı rejimlər idarəetməni sərtləşdirəndə ilk hücumu mətbuata qarşı həyata keçirir. Çünki heç bir diktator mətbuatı azad olan cəmiyyətlə bacara bilməz. İndi Azərbaycan hökuməti də öz pəncələrini bizim media və ifadə azadlığımıza keçirib. Jurnalistikamız qürub çağını yaşayır. Lakin yolumuz hələ uzundur. Qarşımıza sizintək çıxarılan bütün əngəlləri aşacaq, qaranlıq ölkədə işıq yandırmağa davam edəcəyik”. Bu iş üzrə məhkəmə prosesi 2025-ci ilin dekabrın 12-dən […] - [Qıy Vaar! kollektivi sevgililər gününüzü təbrik edir](https://qiyvaar.org/qiy-vaar-kollektivi-sevgililer-gununuzu-tebrik-edir/): Həmcinsini öp! Azərbaycanda sisgender-heteroseksual cütlüklər üçün adi sayılan davranışlar kuir cütlüklər üçün riskdir. Küçədə əl-ələ tutmaq, öpüşmək, eyni evdə yaşamaq çox vaxt təhlükə yaradır. LGBTQ+ cütlüklərin evliliyi və ya hüquqi tanınması yoxdur. Bu isə birgə yaşayışın müdafiəsiz qalması, mülkiyyət və tibbi qərarlarda söz haqqının olmaması, sosial təminat və təhlükəsizlikdən məhrumiyyət deməkdir. Biz provokasiya deyilik. Kiminlə yaşayacağımıza və kiminlə ailə quracağımıza qərar verərkən hər bir vətəndaşın sahib olmalı olduğu hüquq və rəftarın bizə də şamil edilməsini istəyirik. Sevənlər daha ləyaqətli həyata layiqdirlər. Şəhərimizin küçələrində qorxmadan əl-ələ tutmaq, sevişmək istəyirik. Sevgililər gününüz mübarək. Sevgilərlə, Qıy Vaar! kollektivi - [Naxçıvanda 2 uşaq anası: “Polis bizi təpikləyib çölə atdı”](https://qiyvaar.org/naxcivanda-2-usaq-anasi-polis-bizi-tepikleyib-cole-atdi/): “Gündəlik Naxçıvan”ın məlumatına görə, Naxçıvanın Şərur rayonunda bir ana və iki azyaşlı övladı polis müdaxiləsi ilə yaşadıqları evdən zorla çıxarılıb. Ailəyə şəxsi əşyalarını, hətta geyimlərini götürmək üçün belə imkan verilməyib və onlar soyuq hava şəraitində bir neçə gün parklarda gecələmək məcburiyyətində qalıblar.  Zərərçəkən Günel Əsgərovanın sözlərinə görə, əvvəllər yaşadıqları ev atasından qalan miras hesabına tikilmişdi. O iddia edir ki, boşanmadan sonra keçmiş həyat yoldaşı Emin Əliyev evi onun razılığı olmadan və saxta yollarla satıb. Məlumata görə, Şərur Rayon Məhkəməsi də evin boşaldılması ilə bağlı qərar çıxarıb.  Əsgərova baş verən hadisə ilə bağlı sənədləri tələb etsə də, ona təqdim edilməyib. Həmçinin, […] - [Aytac Tapdıq: İttihamın mahiyyəti azad mətbuat dirənişimizdir](https://qiyvaar.org/aytac-tapdiq-ittihamin-mahiyyeti-azad-metbuat-direnisimizdir/): Fevralın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə “Meydan TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. Haqqında ittiham aktı elan olunan Aytac Tapdıq hakimin “İttihamın mahiyyəti sizə aydındırmı? Özünüzü təqsirli bilirsinizmi?” suallarına cavabında deyib: “Bəli, ittihamın mahiyyəti elə mənə aydındır. Mahiyyət sizin üçün qaranlıqdır. Mahiyyət Meydan TV-dir, mahiyyət azad mətbuat üçün verdiyimiz savaşdır. Əlinizdə utanmadan tutduğunuz o kağız yığınına görə 12 nəfərin hər birinə bəraət verilməlidir. Sizin o qeyri-əxlaqi şəkildə apardığınız istintaq tamamilə fiaskodur. Meydan TV işində sinifdə qaldınız, bəylər. Gəlin rolları düzgün müəyyənləşdirək. Durduğunuz pozisiyaya aldanıb bizi mühakimə etmək xəyalına qapılmayın. Təftiş etmək bizim işimizdir. Biz sorğulayacağıq, vasitəçiliyini […] - [Qazaxıstan vətəndaşı kuir Dağıstandan deport edilib](https://qiyvaar.org/qazaxistan-vetendasi-kuir-dagistandan-deport-edilib/): Mahaçqalada hüquq-mühafizə orqanları 28 yaşlı, kuir kimliyini açıq şəkildə ifadə edən Qazaxıstan vətəndaşını təxminən üç ay nəzarətdə saxladıqdan sonra Qazaxıstana geri göndərib. O, tanışının şikayəti əsasında saxlanılıb. OC-Media yazır ki, hadisə barədə məlumatı zərərçəkən “Ostorojno, Novosti” Telegram kanalına danışıb. Murad (şərti ad) bildirib ki, 2025-ci ilin noyabrında qohumlarını ziyarət etmək üçün Dağıstana gəlib. Onun sözlərinə görə, dostları, o cümlədən özünü açıq şəkildə kuir kimi tanıdan Timur (şərti ad) da ona qonaq gəlib. Növbəti gün cinayət axtarış şöbəsinin əməkdaşları Muradın evinə gəlib. Onlar bildiriblər ki, Timur Muradın mənzilində döyüldüyünü iddia edərək polisə müraciət edib. Murad ittihamları rədd etdiyini deyib. Buna baxmayaraq […] - [Ülviyyə Əli “Ən dözümlü jurnalist” mükafatını alıb](https://qiyvaar.org/ulviyye-eli-en-dozumlu-jurnalist-mukafatini-alib/): “Meydan TV işi” çərçivəsindən həbs edilən jurnalist Ülviyyə Əli (Quliyeva) “Free Press Awards 2025” mükafatının “Ən Dözümlü Jurnalist” nominasiyasında qalib olub. Mükafatı onun adından jurnalist Cavid Ağa qəbul edib. - [Türkiyədə məşhur LGBTQ+ simalar həbs edilir](https://qiyvaar.org/turkiyede-meshur-lgbtq-simalar-hebs-edilir/): Son günlərdə Türkiyədə LGBTQ+ sosial media fenomenlərinə qarşı həyata keçirilən saxlanılma və həbs qərarları bütün LGBTQ+ icmalarının və insan hüquqları təşkilatlarının ciddi narahatlığına səbəb olub. Hüquq müdafiəçiləri baş verənləri LGBTQ+lərin görünürlüyünə qarşı yönəlmiş sistemli təzyiq kimi adlandırırlar. Universitetlərin LGBTİ+ klublarının yaydığı birgə bəyanatda bildirilir ki, kuirlər son dövrlərdə siyasi ritorikada açıq şəkildə hədəf göstərilir. Bildirilir ki, əvvəllər nifrət və damğalanma əsasən sözlü səviyyədə müşahidə olunurdusa, indi hüquq-mühafizə və məhkəmə mexanizmləri vasitəsilə xüsusilə ictimaiyyət qarşısında proseslər aparılır. İcma fəalları və təşkilatlar bloggerlər Arya Bektaş, Mükremin Gezgin və Mika Can Raun haqqında başlanılan istintaq və həbs qərarlarının təsadüfi olmadığını vurğulayaraq, narkotik əməliyyatları […] - [Epşteyn şəbəkəsində trans qadın: İstismar və alçaldıcı münasibət](https://qiyvaar.org/epsteyn-sebekesinde-trans-qadin-istismar-ve-alcaldici-munasibet/): Epşteyn qalmaqalı ilə bağlı yayılan son sənədlər sosial şəbəkələrdə yeni bir müzakirə dalğası yaradıb. Bu dəfə diqqət çəkən əsas məqamlar translara münasibətlə bağlıdır. Bir tərəfdən gender adaptasiya əməliyyatları ilə tanınan Dr. Cess Tinqin adının siyahılarda keçməsi, digər tərəfdən isə bioloq Robert Trayversin Epşteynlə yazışmalarında translar barədə alçaldıcı tonda danışması ictimaiyyətin kəskin reaksiyasına səbəb olub. Təbii ki, sosial media platformaları daha çox diqqət çəkmək üçün bu xəbərləri yenə trans icmasını hədəf göstərən mənfi çalarlarla təqdim edir. Lakin bu səs-küyün kölgəsində qalan, bəlkə də ən sarsıdıcı məqam Epşteynin qurbanları arasında bir trans qızın da olması faktıdır. Məhkəmə qeydlərində Maksimiliya Kordero kimi də […] - [Səhiyyə Nazirliyindən açıqlama: Azərbaycanda 11 mindən çox İİV+lə yaşayan var](https://qiyvaar.org/sehiyye-nazirliyinden-aciqlama-azerbaycanda-11-minden-cox-iivle-yasayan-var/): Azərbaycanda İnsan İmmunçatışmazlığı Virusuna (İİV) yoluxmuş ilk şəxs 1987-ci ildə aşkarlanıb. 1987-ci ildən 2025-ci ilin ikinci rübünün sonunadək ümumilikdə 11 554 nəfər Azərbaycan vətəndaşı Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində rəsmi qeydiyyata alınıb. APA TV-nin məlumatına görə, bu barədə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Günel Babayeva açıqlama verib. Rəsmi statistikaya əsasən, qeydiyyatda olan İİV-lə yaşayan şəxslərin 70 faizi kişilər, 30 faizi isə qadınlardır. Babayeva bildirib ki, risk qrupları və ümumi əhali arasında həyata keçirilən profilaktik və əksepidemik tədbirlər nəticəsində Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya regionu ölkələri arasında İİV-in yayılma göstəricisi ən aşağı olan […] - [Rüzgarın qatili məkəmədə: Ailəmizin şərəfini təmizlədim](https://qiyvaar.org/ruzgarin-qatili-mekemede-ailemizin-serefini-temizledim/):  Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə kuir gənc Rüzgarın qətli ilə bağlı cinayət işinə baxılır. Bu dəfəki prosesdə onu qətl edən Babək İbadov və bir neçə şahid ifadə verib. “Mən onu öldürməklə ailəmizin şərəfini təmizlədim. Saçını uzatmışdı. Mən ona vuranda qadın səsləri çıxartdı və bu məni daha da hiddətləndirdi” – Babək İbadov məhkəmədəki ifadəsində deyir. Babək İbadovun sözlərinə görə, Rüzgar (Yasin İbadov) onun icarəyə götürdüyü kafedə işləyib sonra isə iyun ayında imtahan sessiyası üçün Mingəçevirə gedib. Onun 1 ay sonra qayıdacağını gözləsə də, anası zəng edərək ağlayaraq deyib ki, Rüzgar öz Instagram səhifəsində Türkiyəyə uçmaq üçün aldığı biletin şəklini paylaşıb. “Bir gün sonra qardaşımla birlikdə […] - [Aktyor Vüsal Murtuzəliyev: Heç vaxt LGBT üzvünü oynamaram](https://qiyvaar.org/aktyor-vusal-murtuzeliyev-hec-vaxt-lgbt-uzvunu-oynamaram/): Vüsal Murtuzəliyev, “Qafqazinfo”nun efirində homofob fikirlər səsləndirib. Onun bu fikirləri aparıcının “Müsahibələrinizdən birində qırmızı xəttinizin olmadığını bildirmisiniz. Maraqlıdır, hansısa rolunuz həyat yoldaşınızın qısqanclığına səbəb olub?” sualına cavabda yer alıb: “Qırmızı xəttim yoxdur deyəndə yəqin ki, orada bir anlaşılmazlıq olub. Təbii ki, qırmızı xəttim var. Məsələn, heç vaxt LGBT üzvünü oynamaram. Heç vaxt… Yəni nəyin müqabilində olursa-olsun, oynamaram. Amma ondan başqa qırmızı xəttim yoxdur. Həyat yoldaşım da bunu normal qarşılayır. Dəfələrlə bununla bağlı söhbətimiz də olub. Orada olan orada qalır. Təbii ki, insandan insana, aktyordan da aktyora fərq var. Bunu şəxsi həyata gətirmək peşə etikasına ziddir, sənətinə böyük hörmətsizlikdir”. Aktyorun Dilarə […] - [Tiktoker Velizar həbs edildi: Yeni əxlaq qanunu fonunda ilk həbs](https://qiyvaar.org/tiktoker-velizar-hebs-edildi-yeni-exlaq-qanunu-fonunda-ilk-hebs/): Tiktokdakı canlı yayımları ilə məşhurlaşan və ətrafına böyük izləyici kütləsi toplayan Velizar həbs edilib. İzləyicilər onun həbsini kuir kimliyi və yayımlarında “18+” zarafatlar etməsi ilə əlaqələndirirlər. “Qafqazinfo” yazır ki, Velizar ləqəbli Salman Məmmədov canlı yayım zamanı əxlaq normalarına zidd ifadələr işlətdiyi üçün polis tərəfindən saxlanılıb. Daha sonra məhkəmə qarşısına çıxarılan kuir tiktoker haqqında 1 aylıq həbs cəzası qərarı verilib. Bildirilir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilib. Qeyd edək ki, bu həbs yeni “əxlaq qanunu” 26 yanvarda qüvvəyə mindikdən sonra əxlaq normalarına sığmayan davranışla […] - [“Roblox” oyunu Azərbaycanda qadağan oluna bilər](https://qiyvaar.org/roblox-oyunu-azerbaycanda-qadagan-oluna-biler/): Son illər müxtəlif ölkələrdə rəqəmsal platformalara qarşı tətbiq edilən qadağalar təkcə “uşaqların qorunması” arqumenti ilə məhdudlaşmır, eyni zamanda LGBTQ+ mövzularının görünürlüğü ilə də birbaşa əlaqələndirilir. Xüsusilə Roblox kimi istifadəçi tərəfindən məzmun yaradılan platformalar, bəzi hökumətlər tərəfindən “ənənəvi dəyərlərə zidd” hesab edilən ifadə və kimliklərin yayılması üçün riskli məkan kimi təqdim olunur. Bu yanaşma LGBTQ+ icmasının mövcudluğunu və özünü ifadə imkanlarını təhlükə kimi göstərən daha geniş senzura siyasətinin bir hissəsi kimi qiymətləndirilir. Məsələn, Rusiyada Roblox platformasına giriş rəsmi şəkildə “uyğunsuz məzmun”, “ekstremizm” və “LGBT təbliğatı” iddiaları ilə məhdudlaşdırılıb. Türkiyədə də son dövrlərdə Roblox ətrafında aparılan müzakirələrdə oxşar arqumentlər səsləndirilib və bəzi hallarda platformadakı […] - [Parisdə jurnalist qadınlara dəstək aksiyası](https://qiyvaar.org/parisde-jurnalist-qadinlara-destek-aksiyasi/): “Sərhədsiz Reportyorlar” təşkilatı avropanın bir çox şəhərlərində həbsdə olan Azərbaycanlı jurnalistlər üçün aksiya keçirib. Bu aksiyalar “Abzas Media”nın həbsdəki baş redaktoru Sevinc Vaqifqızının həbsinin 800-cü gününə həsr olunub. Şəhər mərkəzlərinə qoyulan konteynerlərin içində jurnalistlərin məktublarında təsvir etdiyi kimi həbsxana şəraitinin modeli hazırlanıb. - [İran etirazlarında trans kişi qətlə yetirilib](https://qiyvaar.org/iran-etirazlarinda-trans-kisi-qetle-yetirilib/): Hengaw İnsan Hüquqları Təşkilatının məlumatına görə, Kərəc şəhərindən olan 24 yaşlı trans kişi Abdi İranda hakimiyyətə qarşı kütləvi etirazlar və üsyan zamanı İran hökumət qüvvələri tərəfindən birbaşa ürəyinə açılan atəş nəticəsində öldürülüb. Hadisə 2026-cı il yanvarın 8-də, cümə axşamı baş verib. Təşkilat yazır ki, Abdi mühasibatlıq üzrə orta ixtisas təhsili almışdı və Kərəcin Bağestan bölgəsində yerləşən iri istehsalat müəssisələrindən birində çalışırdı. O, müstəqil yaşayırdı və maddi cəhətdən özünü təmin etmək üçün zavoddakı işinə əlavə olaraq taksi sürücüsü kimi də çalışırdı. Hengaw-a yaxın bir mənbə əlavə edib ki, Abdinin yaşadığı məhəllə onun kuir kimliyini qəbul etmirdi. Lakin dəfn mərasimi zamanı məzarına […] - [Holokost xatirəsinə: Biz hələ də xatırlayırıq!](https://qiyvaar.org/holokost-xatiresine-biz-hele-de-xatirlayiriq/): 1933-1945-ci illərdə nasistlər tərəfindən həyata keçirilən Holokost insanlıq tarixinin ən dəhşətli soyqırımlarından biridir. Bu sistemli məhv siyasətinin əsas məqsədi nasist ideologiyasına uyğun olmayan bütün qrupları – xüsusilə yəhudiləri – cəmiyyətdən silmək, “ali irq” mifi üzərində qurulan totalitar bir nizam yaratmaq idi. Nəticədə təxminən 6 milyon yəhudi, eləcə də milyonlarla roman, əlil, siyasi müxalif, slavyan xalqlarının nümayəndələri, kuirlər və digər hədəf alınan qruplar qətlə yetirildi. Bu soyqırım zamanı LGBTQ+ icması da xüsusi təqib və zorakılığa məruz qaldı. 1933–1945-ci illər arasında təxminən 100.000 nəfər gey və biseksual kişi saxlanıldı, minlərləsi həbsxanalara və konslagerlərə göndərildi və çəhrayı üçbucaqla damğalandı. Onların həbsdə ölüm faizi […] - [Rusiyada “ILGA World” arzuolunmaz təşkilat elan edilib](https://qiyvaar.org/rusiyada-ilga-world-arzuolunmaz-teskilat-elan-edilib/): Rusiya Ədliyyə Nazirliyinin 21 yanvar tarixində rəsmi veb saytında yerləşdirdiyi açıqlamada bildirilir ki, Rusiya vətəndaşları və qurumları üçün bu cür təşkilatlarla hər hansı əməkdaşlığı qadağan edən qanuna əsasən, dünyada LGBTQ+ hüquqlarını müdafiə edən beynəlxalq təşkilatlardan biri olan ILGA World ölkədə “arzuolunmaz təşkilat” elan edilib. Həmin açıqlamada eyni gün daha 8 beynəlxalq təşkilatın da “arzuolunmaz təşkilat” elan edildiyi qeyd olunur. ILGA World-un məsələ ilə bağlı bəyanat yayıblayaraq bildirib ki, Rusiyanın bu qərarı LGBTİ insan hüquqları müdafiəçilərinə və icmasına qarşı davam edən təqib və kriminallaşdırma siyasətində daha bir addımdır. Bu əməl Rusiyanın on ildən artıqdır LGBTİ fəallığına qarşı mübarizə aparmaq üçün istifadə […] - [All Out təşkilatından Bakıda polis reydi ilə bağlı kampaniya](https://qiyvaar.org/all-out-teskilatindan-bakida-polis-reydi-ile-bagli-kampaniya/): Beynəlxalq LGBTQ+ hüquqları platforması All Out, Bakıda kuir icmaya qarşı həyata keçirilmiş polis reydi ilə bağlı beynəlxalq kampaniya başladıb. Kampaniya 27 dekabr tarixində paytaxtda kuir dostu bir gecə klubuna edilən polis reydi zamanı baş verən kütləvi saxlanmalar, alçaldıcı rəftar və zorakılıq iddialarına diqqət çəkməyi hədəfləyir. All Out-un məlumatına görə, həmin gecə 100-dən çox insan polis idarəsinə aparılaraq saatlarla qeyri-insani şəraitdə saxlanılıb, təhqir və qorxuya məruz qalıb. Paylaşılan şahid ifadələrinə əsasən, saxlanılan şəxslər uzun müddət soyuqda ayaq üstə saxlanılıb, onlara yemək, su, istirahət və tualetdən istifadə qadağan edilib. Polis əməkdaşlarının hərbi tipli əmrlər verdiyi, təhqiramiz ifadələr işlətdiyi və insanları qorxutduğu bildirilir. […] - [Polis gey gənci saxlayaraq qanunsuz işbirliyi təklif edib](https://qiyvaar.org/polis-gey-genci-saxlayaraq-qanunsuz-isbirliyi-teklif-edib/): Bakıda 22 yaşlı gey küçədə polis tərəfindən saxlanılıb. Qıy Vaar!-a danışan Azad (ad şərtidir) hadisənin 2 gün öncə axşam saatlarında baş verdiyini bildirir. Onun sözlərinə görə, saxlanılma hadisəsi o, evdən çıxıb marketə gedərkən küçədə baş verib. “Yol üstündə bir post patrul avtomobilinin dayandığını gördüm. Elə həmin vaxt polislər mənə yaxınlaşıb söhbət etməyə başladılar. Yəqin ki, görkəmimdən kuir olduğumu seçmişdilər deyə. Mən onların davranışlarından şübhələndiyim üçün telefonla çəkilişə keçməyə çalışdım. Bu zaman isə onlar zorakılıqla məni avtomobilə mindirdilər. Həmin vaxt polislərin dırnaqları mənim əlimə batdı, xəsarətlər aldım” – o, deyir. Azad deyir ki, onu səhərədək saxlayıblar. Ona seks işçiliyi etməyə başlamasını, […] - [AL Marketdə kuir müştərilərin görüntüləri icazəsiz yayılıb](https://qiyvaar.org/al-marketde-kuir-musterilerin-goruntuleri-icazesiz-yayilib/): 9-cu mikrorayonda yerləşən AL Market filialında iki kuir müştərinin təhlükəsizlik kameralarına düşən görüntüləri icazəsiz şəkildə əldə edilərək sosial media platformalarında lağlağa və təhqir məqsədilə paylaşılıb. Hadisə yanvarın 20-dən 21-nə keçən gecə baş verib. Qıy Vaar! üçün danışan zərərçəkənlər bildirir ki, yayılan videoda məhz kuir olduqları üçün hədəf alınıblar. Onlar deyir ki, xarici görünüşü əsasında seçilərək ifşa edilmələri və ictimai şəkildə ələ salınmaları təsadüfi deyil və açıq şəkildə kuir icmasına qarşı nifrətə əsaslanan davranışdır. Görüntülərin çəkilməsi və paylaşılması üçün onların heç bir razılığı olmayıb. Bu cür icazəsiz və LGBTQ+lərin gündəlik həyatlarını belə, marjinal göstərən, onları ictimai məkanlardan çıxdaş edən paylaşımlar görünməz […] - [Çağırış: BMT-nin lezbiyan, biseksual və kuir qadınlarla (LBQ) bağlı hazırladığı hesabata tövhə ver](https://qiyvaar.org/cagiris-bmt-nin-lezbiyan-biseksual-ve-kuir-qadinlarla-lbq-bagli-hazirladigi-hesabata-tovhe-ver/): BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının müstəqil eksperti Graeme Reid lezbiyan, biseksual və kuir (LBQ) qadınların dünyada üzləşdiyi zorakılıq və ayrı-seçkilik halları ilə bağlı tematik hesabat hazırlayır. 2026-cı ilin iyununda təqdim olunacaq bu hesabat üçün BMT birbaşa icma üzvlərinin səsini eşitmək məqsədilə açıq çağırış elan edib. Araşdırma LBQ qadınların fərqli və kəsişən kimliklər səbəbilə yaşadığı spesifik riskləri, gündəlik həyatda qarşılaşdıqları çətinlikləri və mövcud sistemlərin onlara təsirini anlamağı hədəfləyir. Bu çağırış çərçivəsində LBQ qadınlar, fəallar, qeyri-rəsmi kollektivlər və müttəfiqlər şəxsi hekayələrini, təcrübələrini və tövsiyələrini BMT-yə göndərə bilərlər. Göndərilən məlumatlar hesabatın əsas sübut bazasını formalaşdıracaq və dövlətlər üçün konkret tövsiyələrin hazırlanmasına töhfə verəcək. Əgər sən də Azərbaycandakı və ya dünyanın […] - [Azər Həsrət: Barlara gedən qızlar rus sektorunu bitirənlərdir](https://qiyvaar.org/azer-hesret-barlara-geden-qizlar-rus-sektorunu-bitirenlerdir/): Jurnalist Azər Həsrətin yanvarın 23-də “Azxəbər” media portalının yayımında səsləndirdiyi fikirlər sosial mediada geniş müzakirələrə səbəb olub. O, 2019-cu ildə etdiyi “barlarda gözə dəyən uşaqlar bir qayda olaraq rus məktəblərində oxuyanlardır” çıxışını təkrarlayıb və 6 il öncəki çıxışı zaman ona yönəlmiş reaksiyalardan danışıb. Onun 2019-cu ildə etdiyi çıxış təkcə bu sözlərlə kifayətlənmirdi. Jurnalist sözlərinə əlavə edirdi: “Digər tərəfdən, içməyə və çəkməyə meylli olan da daha çox rus məktəblərinin şagirdləridir”. Həmin zaman bu fikirlər ətrafında başlayan ictimai müzakirələrdə o, tənqid atəşinə tutulurdu. Müğənni Faiq Ağayev də onun bu çıxışına münasibət bildirmiş, həmin dövrdə Azər Həsrətin idarə heyəti üzv olduğu Mətbuat Şurasının […] - [İranda davam edən üsyanlar və qadınların etirazlardakı rolu](https://qiyvaar.org/iranda-davam-eden-usyanlar-ve-qadinlarin-etirazlardaki-rolu/): İran son illərdə ard-arda baş verən kütləvi etirazlarla beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. 2025-ci ilin sonralına doğğru başlayan etirazlar isə qısa zamanda İranın  qısa müddətdə İranın ən genişmiqyaslı kütləvi etirazlarından birinə çevrildi. Elə bu səbəbdən də 2022-2023-cü illəri əhatə edən “Women, Life, Freedom” hərəkatı ilə müqaisə edilir. 2022-ci ildə başlayan “Woman, Life, Freedom” (Qadın, Həyat, Azadlıq) hərəkatı ölkədəki dərin struktur problemləri, xüsusilə qadınlara qarşı sistematik zorakılığı və dövlət repressiyasını açıq şəkildə üzə çıxarmışdı. Bu etirazların əsas səbəblərindən biri qadınlara məcburi hicab siyasəti və 22 yaşlı Jina Mahsa Amininin əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra həyatını itirməsi olmuşdu. 2022-ci ildən bəri baş verən […] - [Bakıda icma üzvləri İsa Şahmarlını yad ediblər](https://qiyvaar.org/bakida-icma-uzvleri-isa-sahmarlini-yad-edibler/): Bu gün İsa Şahmarlını xatırlamaq üçün bir araya gəlirik. Onun itkisi Azərbaycanda hələ də davam edən sistemli kuirfobiyanın, patriarxal təzyiqin və ictimai qınağın necə nəticələndiyinin canlı nümunəsidir. İtkimiz icma olaraq bizə həm də bir-birimizi qorumağın, tək buraxmamağın və yan-yana dayanmağın nə qədər vacib olduğunu xatırladır. Ruhun şad olsun, İsa!Bu şəhərin, bu ölkənin, bu dünyanın bizim də rənglərimizi daşıyacağı günədək haqlı mübarizəmizə davam edəcəyik! - [“12 ildir İsa Şahmarlının yasını tuturuq!” - Parisdən bəyanat](https://qiyvaar.org/12-ildir-isa-sahmarlinin-yasini-tuturuq-parisden-beyanat/): 12 ildir ki, yoldaşımız İsanın yasını tuturuq. Bu yas bizə təkcə bir itkini deyil, homofob və patriarxal sistemin Azərbaycan gəncliyini necə məhv etdiyini xatırladır.  İsa Şahmarlı LGBTQ+ fəalı, aktiv vətəndaş cəmiyyəti üzvü idi. 2014-cü ildə, cəmi 20 yaşında, “bu dünya mənim rənglərimi daşıya biləcək qədər güclü deyil” yazaraq həyatına son verdi. Bu hadisə sistemli nifrətin, sosial təcridin və dövlət səssizliyinin birbaşa nəticəsi idi. Biz onu heç zaman fərdi seçim olaraq qəbul etmədik.  LGBTQ+ vətəndaşların həyatına başa gələn bu təcrid illərdir görməzdən gəlinir. Bizi isə onunla paylaşdığımız ortaq dəyərlər və aşıladığı mübarizə ruhu bu gün də birləşdirir.  22 Yanvar Azərbaycanda LGBTQ+fobiya […] - [Rüzgarın qətli ilə bağlı məhkəmə prosesi başlayıb](https://qiyvaar.org/ruzgarin-qetli-ile-bagli-mehkeme-prosesi-baslayib/): Yanvarın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə kuir gənc Rüzgarın qətli ilə bağlı cinayət işinin hazırlıq iclası keçirilib. Məhkəmə, Rüzgarı qətl edən əmisi Babək İbadov barəsindəki həbs qətimkan tədbirini dəyişdirmədən qüvvədə saxlayıb. Babək İbadov ona qarşı irəli sürülmüş ittiham aktı ilə hələ tanış olmadığını əsas gətirərək işin baxışa verilməməsi və hazırlıq iclasının təxirə salınması yönündə vəsatətlə çıxış edib. Məhkəmə onun vəsatətini təmin edib və təqsirləndirilən şəxsə ittiham aktı ilə tanış olması üçün vaxt verilib. Beləliklə, məhkəmə baxış iclası təyin etməyib və hələ ki hazırlıq iclasının təxirə salınması yönündə qərar çıxarıb. Məhkəmə prosesi açıq formada keçirilib. Növbəti […] - [20 Yanvar faciəsindən 36 il ötür](https://qiyvaar.org/20-yanvar-faciesinden-36-il-otur/): 1990-cı ilin 20 yanvarında Sovet ordusunun Azərbaycandakı etirazları yatırmaq üçün Bakıya daxil olmasından və azadlıqlar üçün küçələrə axışan dinc əhaliyə qarşı qırğın törətməsindən 36 il keçir. Azərbaycanda “Qara Yanvar” adlandırılan bu faciə zamanı gənc etirazçılar, tələbə fəallar, uşaqlar da daxil olmaqla 147 nəfər həyatını itirdi, 638 nəfər yaralandı. Sovet qoşunu yanvarın 19-dan 20-nə keçən gecə saat 23:30-da SSRİ Ali Soveti Rəyasət Heyətinin “Bakı şəhərində fövqəladə vəziyyətin elan edilməsi haqqında” Fərmanına uyğun olaraq müxtəlif istiqamətlərdən şəhərə daxil olmaqla qırğını törətməyə başladı. Tanklar küçələrdəki avtomobillərin üzərindən keçdi, əsasən indiki 20 Yanvar dairəsində, “Salyanski Kazarma” adlanan ərazidə, Azneft-Bayıl istiqamətində və həmin dövrdə müstəqillik […] - [Metro polisi kuir gəncə qısnama edib](https://qiyvaar.org/metro-polisi-kuir-gence-qisnama-edib/): Kuir gənc Fərid (ad şərtidir) Bakı metrosuna daxil olarkən polislər tərəfindən qısnamaya məruz qalıb. Fərid bildirir ki, o metroya daxil olarkən hər kəs kimi çantasını yoxlama aparatına qoyub. Aparatdan keçdikdən sonra çantasını götürərkən aparata nəzarət edən polis “çantanın içindəki nədir, dəmirdir?” deyə ondan soruşub və çantanı yanına gətirərək açmasını tələb edib. “Çantamdan geyim, kukla və lövhə çıxdı. Sonra aparata nəzarət edən polis başqa bir polisi çağırdı. Mən başa düşmədim ki, o niyə başqa bir polisi çağırır. Yeni gələn polis isə başladı üstümə qışqırmağa. O, qışqıra-qışqıra deyirdi ki, “bu nə kukladır, sənin yaşıdların elə edir, belə edir, sən kukla oynadırsan”. Daha […] - [Human Rights Solidarity: Xəyalə Ağayeva dərhal azad edilsin!](https://qiyvaar.org/human-rights-solidarity-xeyale-agayeva-derhal-azad-edilsin/): Human Rights Solidarity Beynəlxalq İnsan Haqları Təşkilatı həbsdə olan Meydan TV jurnalisti Xəyalə Ağayevanın azadlığı tələbilə bəyanat yayıb. Təşkilatın bəyanatında qeyd olunur ki, jurnalist 18 yanvarda 29 yaşını həbsxanada qarşılamağa hazırlaşır: “O, 6 dekabr 2024-cü ildən bəri, artıq bir ildən çoxdur ki, Azərbaycan hakimiyyətinin tənqidi səsləri susdurmaq və müstəqil medianı sıradan çıxarmaq məqsədi daşıyan genişmiqyaslı kampaniyasının bir hissəsi olaraq həbsdədir. Bu, onun ifadə azadlığı hüququndan istifadə etdiyinə görə həbsdə keçirməyə məcbur edildiyi ikinci ad günüdür. Xəyalə Ağayeva ictimai maraqlara xidmət edən jurnalistikaya sadiqliyi və insanların həyatına birbaşa təsir edən sosial əhəmiyyətli mövzuları işıqlandırması ilə tanınır. Meydan TV-dəki həmkarları kimi, o da jurnalistləri qorxutmaq […] - [İİV/QİÇS mövzulu ən sevilən 4 film](https://qiyvaar.org/iiv-qics-movzulu-en-sevilen-4-film/): QİÇS böhranı kuir tarixinin ən ağrılı, amma eyni zamanda ən güclü dövrlərindən biridir. İtirdiklərimiz, sağ qalanların mübarizəsi və aktivizmin yaratdığı dəyişikliklər bu gün də bizə yol göstərir. Bu dörd film həmin dövrün yalnız kədərini deyil, həm də dirənişini ekranda canlandırır. Budur, “Qıy Vaar!”-ın sizlər üçün seçdiyi məşhur İİV/QİÇS mövzulu dörd film. 1. Philadelphia (1993) Film İİV-pozitiv və gey hüquqşünas Andrew Beckettin (Tom Hanks) hüquqi mübarizəsini göstərir. O, İİV statusu üzə çıxandan sonra işdən çıxarılır və diskriminasiya səbəbilə şirkəti məhkəməyə verir. Müdafiəsini isə əvvəllər homofob olan, lakin sonradan fikri dəyişən bir vəkil (Denzel Washington) üzərinə götürür. Bu film Hollywood-da QİÇS (AIDS) […] - [Kataloniyada homofobiyaya görə 500  min avro cərimə](https://qiyvaar.org/kataloniyada-homofobiyaya-gore-500-min-avro-cerime/): Kataloniya Parlamenti, LGBTQ+ icması üçün daha güclü qoruma təmin edən yeni qanunu qəbul edib. Bu yeni tənzimləmə, 2014-cü ildən etibarən mövcud olan qanunvericiliyi genişləndirərək, LGBTQ+lara qarşı olan ayrı-seçkilik və nifrət cinayətlərinə qarşı mübarizəni gücləndirir. Qanun cinsi oriyentasiya, kimlik və gender ifadəsi ilə bağlı ayrı-seçkilikləri daha geniş şəkildə müəyyənləşdirərək, bu sahədəki cinayətlərə qarşı sərt cəzalar tətbiq edir. Yeni qanunla cinsi oriyentasiyanı və ya kuir fərdin özünə təyin etdiyi adı tanımamaq və buna hörmətsizlik göstərmək, artıq cinayət hesab olunur. Diskriminasiya ilə mübarizə üçün böyük miqdarda cərimələr tətbiq edilir. Məsələn, sadə pozuntular üçün 300-10 min avro arasında, ciddi pozuntular üçün isə 40 min-500 […] - [QueeRadar monitorinqi: Sosial mediada kuir icması üçün təhlükəli mühit dərinləşir](https://qiyvaar.org/queeradar-monitorinqi-sosial-mediada-kuir-icmasi-ucun-tehlukeli-muhit-derinlesir/): QueeRadar platforması yeni monitorinqini təqdim edib. QueeRadar “Nifrətə yaşıl işıq” adlı araşdırmasına görə, son bir il ərzində Azərbaycanın sosial media məkanı kuir istifadəçilər üçün daha aqressiv və təhlükəli bir mühitə çevrilib. “Facebook” və “Instagram” platformalarında LGBTQ+ kimlikləri hədəf alan nifrət nitqi həm daha açıq, həm də daha sərt formada yayılmağa başlayıb. Sənəddə qeyd olunur ki, kuirfob istifadəçilər nifrət dolu mövqelərini əvvəlki dövrlərlə müqayisədə daha rahat və cəzasız şəkildə ifadə edirlər. Monitorinq “Meta” şirkətinə məxsus platformaların Azərbaycan kontekstində ziddiyyətli rol oynadığını da üzə çıxarır. Bir tərəfdən bu platformalar kuir icması üçün özünüifadə, həmrəylik və əlaqə qurmaq baxımından mühüm məkanlardır. Digər tərəfdən […] - [Bakıda azyaşlı lezbiyan polis bölməsində seksual qısnamaya məruz qalıb](https://qiyvaar.org/bakida-azyasli-lezbiyan-polis-bolmesinde-seksual-qisnamaya-meruz-qalib/): Bakı şəhərində yaşayan və təhsil alan Dəniz (ad şərtidir) polis bölməsində seksual qısnamaya məruz qaldığını, bu səbəbdən elə bölmədəcə panik atak keçirib özündən getsiyini bildirir. O, deyir ki, hadisə oktyabr ayının ortası baş versə də son günlər kuir dostu gecə klubuna edilən polis reydini ictimailəşdirən icma yoldaşlarını gördükdən sonra o da başına gələnləri danışmaq qərarı verib. “Bir gün axşam vaxtı ailəmlə mübahisə etdim və sonra telefonu söndürdüm. Ailəmdən ayrı yaşadığım üçün də onlar narahat olub polis şöbəsinə məlumat verdilər ki, məndən xəbər ala bilmirlər. Sonra ailəm qaldığım evə gəlib mənim evdə olduğumu gördükdə polisə zəng edərək artıq məni tapdıqlarını bildirdi. […] - [Nobel mükafatı laureatları qadın fəalın edam edilməməsi üçün İrana çağırış ediblər](https://qiyvaar.org/nobel-mukafati-laureatlari-qadin-fealin-edam-edilmemesi-ucun-irana-cagiris-edibler/): İranda qadın hüquqları və ifadə azadlığına qarşı təzyiqlərin yeni simvoluna çevrilən bir iş beynəlxalq ictimaiyyətin diqqətindədir. 67 yaşlı elektrik mühəndisi və ictimai fəal Zəhra Şahbaz Təbəri yalnız üzərində “Qadınlar, Müqavimət, Azadlıq” yazılmış pankart daşıdığı iddiası ilə ölüm cəzasına məhkum edilib. İttihamın əsasını təşkil edən “Qadınlar, Müqavimət, Azadlıq” şüarı 2022-ci ildə Məhsa Əmininin polis nəzarətində ölümündən sonra yayılan “Qadınlar, Həyat, Azadlıq” etiraz hərəkatına istinad kimi qiymətləndirilib. İnsan hüquqları müdafiəçiləri bu hökmün siyasi motivli olduğunu və ağır prosessual pozuntularla verildiyini bildirirlər. Məlumata görə, Təbərinin işi üzrə məhkəmə cəmi 10 dəqiqə çəkib və videokonfrans vasitəsilə keçirilib. Ona öz seçdiyi vəkillə müdafiə olunmaq imkanı verilməyib. İran məhkəməsi onu “İslam Respublikasının […] - [Rusiyada “aborta meylləndirmə” maddəsi ilə ilk cərimə](https://qiyvaar.org/rusiyada-aborta-meyllendirme-maddesi-ile-ilk-cerime/): Rusiyada abort hüquqlarının məhdudlaşdırılması ilə bağlı ilk real məhkəmə presedenti yaranıb. Mordoviya Respublikasında bir kişi hamilə partnyorunu aborta razı salmağa çalışdığı üçün 5 min rubl (107 manat) cərimələnib. Bu, “aborta meylləndirmə” maddəsi üzrə ölkə üzrə verilən ilk cəza kimi qeydə alınıb. Məlumata görə, qadın əkizlərə hamilə olduğunu öyrəndikdən sonra bunu uşaqların atasına deyib. Kişi isə uşaq istəmədiyini bildirərək abort təklif edib və prosedurun pulunu ödəməyə hazır olduğunu söyləyib. Qadın razılaşmayaraq münasibəti bitirib və məhkəməyə müraciət edib. Kişi ilk öncə qadını aborta meylləndirməyə çalışdığını etiraf etsə də sonra dediklərindən boyun qaçırıb. İyul ayında isə qadın əkizlərini dünyaya gətirib. Onların yaşadığı Mordoviya 2023-cü ildə aborta meylləndirməni qadağan edən qanunu qəbul edən ilk […] - [Bakıda 106 nəfər saatlarla saxlanılıb, alçaldıcı rəftar və işgəncə iddiaları var](https://qiyvaar.org/bakida-106-nefer-saatlarla-saxlanilib-alcaldici-reftar-ve-isgence-iddialari-var/): Bakının mərkəzində yerləşən kuir məkana edilən polis basqını ilə bağlı yeni və daha ağır faktlar üzə çıxıb. Qıy Vaara daxil olan məlumata görə, saxlanılan 106 nəfər 12-13 saat ərzində heç bir hüquqi əsas göstərilmədən Nəsimi Rayon Polis İdarəsində saxlanılıb. İcma üzvləri bildirir ki, saxlanılan şəxslərə ailə üzvlərinə zəng etməyə icazə verilməyib. Bölməyə gələn valideynlər isə polis əməkdaşları tərəfindən açıq şəkildə alçaldılıb. Valideynlərə ünvanlanan “petuxdurlar uşaqlarınız, yaxşı etmişik” kimi ifadələr dövlət qurumlarının icmamıza qarşı nifrət dili və insanlıqdan kənar münasibətinin açıq göstəricisidir. Saxlanılanlardan bəzilərinin verdiyi məlumata əsasən, polis əməkdaşları onları bir-birinə qarşı ifadə verməyə, digər saxlanılanların “üzünə durmağa” məcbur etməyə çalışıb. […] - [Bakıda kuir dostu kluba polis basqını: saxlanmalar, zorakılıq və rüşvət var](https://qiyvaar.org/bakida-kuir-dostu-kluba-polis-basqini-saxlanmalar-zorakiliq-ve-rusvet-var/): Bakının mərkəzi küçələrindən birində yerləşən kuir məkana gecə saatlarında polis basqını edilib. İcma üzvlərinin bildirdiyinə görə, hadisə zamanı təxminən 100-ə yaxın insan saxlanılıb. Qıy Vaara verilən məlumata əsasən, polis hadisə yerinə avtobuslarla gələrək insanları kütləvi şəkildə polis bölməsinə aparıb. Saxlanılan şəxslər soyuq havada uzun müddət küçədə saxlanılıb, bəzilərinin halı pisləşib və huşunu itirənlər olub. Saxlanılanların sözlərinə görə, polis bölməsində zorakılıq halları yaşanıb. Bir neçə nəfər fiziki zorakılığa məruz qaldığını bildirir. Qadınlardan birinin saçlarının kəsildiyi, bir nəfərin dişinin sındırıldığı qeyd olunur. Eyni zamanda, polis əməkdaşları tərəfindən alçaldıcı ifadələr və hədə-qorxular səsləndirildiyi, saxlanılan şəxslərdən 50-100 manat arası rüşvət tələb edildiyi deyilir. Polis […] - [Media daha bir kuiri hədəfə çevirdi: Yasamalda inzibati həbs xəbəri necə yazıldı?](https://qiyvaar.org/media-daha-bir-kuiri-hedefe-cevirdi-yasamalda-inzibati-hebs-xeberi-nece-yazildi/): Bakının Yasamal rayonunda bir sakin inzibati qaydada həbs edilib. Hadisə dekabrın 16-da gecə saatlarında baş verib. Bu barədə məlumat yayan yerli media isə sakinin orientasiyasına vurğu edərək xəbəri “cinsi azlıq polisə tabe olmadı” başlığı ilə tirajlayıb. Məlumata görə, yaşayış binasında səs-küylə bağlı daxil olan şikayət əsasında polis əməkdaşları hadisə yerinə gəlib. Şəxs polis şöbəsinə aparılarkən ünvansız ifadələr işlətməkdə və polisin qanuni tələblərinə tabe olmamaqda ittiham olunub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələblərinə tabe olmama) maddələri üzrə inzibati iş açılıb. Yasamal Rayon Məhkəməsinin qərarı ilə şəxs 15 gün müddətinə inzibati qaydada həbs edilib. Polisə […] - [QİÇS-ə ümumi baxış: bu il necə yadda qaldı?](https://qiyvaar.org/qics-e-umumi-baxis-bu-il-nece-yadda-qaldi/): 1 dekabr Azərbaycanda və dünyada QİÇS-lə mübarizə günü (AIDS day) kimi qeyd olundu. Bu il də ötən illərdə olduğu kimi, müxtəlif təşkilatlar və şəxslər İİV/QİÇS ilə mübarizə və dəstək üçün həmrəylik nümayiş etdirdilər. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü ilə “Qız Qalası”, “Alov Qüllələri” və “Bakı Olimpiya Stadionu” QİÇS-lə mübarizənin simvolu olan qırmızı lentin rəngində işıqlandırıldı və bu vasitə ilə “QİÇS-ə ‘YOX’ deyirik” mesajı verildi. Bundan başqa, il boyu paytaxtda və regionlarda orta və ali təhsil müəssisələrində və media vasitələri ilə QİÇS-lə bağlı məlumatlandırma layihələri keçirildi. Bunlara baxmayaraq, ölkədə hələ də İİV və QİÇS-li şəxslərə qarşı stiqma və diskriminasiya ilə […] - [PrEP nədir? Sənə nə üçün lazımdır?](https://qiyvaar.org/prep-nedir-sene-ne-ucun-lazimdir/): PrEP – pre-exposure prophylaxis sözünün qısaltmasıdır. “Profilaktika” termini bir infeksiya və ya xəstəliyin yayılmasının qarşısını almaq və ya nəzarətdə saxlamaq deməkdir. ABŞ Qida və Dərman İdarəsi (FDA) PrEP üçün dörd dərmanı təsdiqləyib: Truvada (və ya onun generiki) – hər gün qəbul edilən tablet Descovy (və ya generik) – hər gün qəbul edilən tablet Apretude – iki aydan bir vurulan iynə Yeztugo – altı aydan bir vurulan iynə Hansının seçiləcəyi şəxsin sağlamlıq vəziyyətindən və ehtiyaclarından asılıdır amma Azərbaycanda bu PrEP-lərdən yalnız Truvada əlçatandır. 2025-ci ildən etibarən Respublika Qiçslə Mübarizə Mərkəzindən (RQMM) bu vasitəni ödənişsiz şəkildə almaq mümkündür. PrEP İİV-in orqanizmdə çoxalma […] - [İranda qadınların hicabsız qaçması marafon təşkilatçıların həbsinə səbəb olub](https://qiyvaar.org/iranda-qadinlarin-hicabsiz-qacmasi-marafon-teskilatcilarin-hebsine-sebeb-olub/): İranın Kiş adasında keçirilən marafon zamanı bəzi qadınların hicabsız qaçmasının ardından yarışın iki təşkilatçısı dekabrın 6‑da həbs edilib. Bu barədə rəsmi məhkəmə orqanı məlumat yayıb. Marafonda təxminən 5 000 nəfər iştirak edib, qadın və kişilər ayrı qruplarda qaçıblar. Yayılan fotolarda bir neçə qadının hicabsız olduğu görünüb. Məhkəmə açıqlamasında qeyd olunub ki, yarışda “ictimai ədəb qaydalarının pozulub” və bu səbəbdən təşkilatçılara qarşı cinayət işi açılıb. Həbs edilənlərdən biri Kiş adasındakı azad ticarət zonasının əməkdaşı, digəri isə marafonu təşkil edən özəl şirkətin nümayəndəsidir. İranda hicab qaydaları 1979‑cu ildən etibarən şəriət və milli qanunların tərkib hissəsi kimi tətbiq olunur. Hicabsız ictimai görünmə bir çox […] - [Qazaxıstanda anti-LGBTİ+ qanunu təxirə salınıb](https://qiyvaar.org/qazaxistanda-anti-lgbti-qanunu-texire-salinib/): Qazaxıstan Senatı ölkədə LGBTQ+ icmasına qarşı ciddi təsir göstərə biləcək LGBTİ+ təbliğatını qadağan edən qanun layihəsinin baxışını təxirə salıb. Əvvəlcə parlamentin aşağı palatası – Məclis layihəni təsdiqləmişdi. Layihədə sosial şəbəkələrdə, mediada və ictimai yerlərdə “qeyri-ənənəvi cinsi münasibətlərin təbliğinin” qadağan edilməsi, qanunun pozulması halında inzibati məsuliyyət və 10 günədək həbs cəzasını nəzərdə tutulurdu. Layihədə hətta filmlərdən LGBTQ+ mövzulu səhnələrin çıxarılması təklifləri də mövcud idi. Senatın mətbuat xidməti açıqlayıb ki, müzakirənin təxirə salınmasının səbəbi layihədəki bəzi maddələrin əlavə işlənməsinə ehtiyacdır. Qanun layihəsi Əmək Məcəlləsinə və 12 digər qanuna dəyişikliklər gətirir, uşaqların hüquqlarının qorunması məsələlərini də əhatə edir. Bu səbəbdən Senat üzvləri layihəni […] - [İsrail Eurovision 2026-da iştirak edəcək, 4 ölkə boykota gedir](https://qiyvaar.org/israil-eurovision-2026-da-istirak-edecek-4-olke-boykota-gedir/): Avropa Yayım Birliyi (EBU) İsrailin 2026-cı il Eurovision Mahnı Yarışmasında iştirakına icazə verib. Bununla bağlı qərar rəsmi şəkildə qəbul olunub. Lakin bəzi ölkələr bu qərara etiraz olaraq yarışmanı boykot edəcəyini açıqlayıb. Boykot qərarının arxasında İsrailin Fələstin ərazilərində, xüsusilə Qəzzada apardığı hərbi əməliyyatlar dayanır. Son aylarda Qəzzada döyüşlər və hücumlar nəticəsində çoxlu mülki əhali, o cümlədən uşaqlar həyatını itirib və beynəlxalq ictimaiyyət geniş etiraz edib. Bu səbəbdən bəzi ölkələr İsrailin beynəlxalq mədəni tədbirdə iştirakına etirazlarını göstərmək üçün Eurovision yarışmasından çıxır.  Məlumata görə, Sloveniya, İrlandiya, İspaniya və Hollandiya yarışmada iştirak etməyəcəklər. Xatırladaq ki, son iki ildə İsrailə qarşı yarışmada etiraz aksiyaları keçirilib. […] - [Rüzgarı unutmayacağıq!](https://qiyvaar.org/ruzgari-unutmayacagiq/): Azərbaycanda homofobiyanın son bilinən qurbanı olan Rüzgarı unutmayacağıq. Keçən ay aramızdan ayrılan 19 yaşlı o gənc daim xatırlanacaq.  O, illərlə qurulan institusional homofobiyanın, uşaqlıqdan zorla aşılanan heteronormativliyin, məktəbdə, səhiyyədə, polis idarələrində, küçədə, iş yerlərində bizi sıxışdıran sistemin qurbanıdır. Homofobiyanı bəsləyən qurumlar, bizi müdafiə etməyən dövlət strukturları, öz vətəndaşına qarşı səssiz qalan instansiyalar həyatlarımızı hər daim risk altına atır. Bu ölkədə kuir olmaq ölümlə toqquşa-toqquşa yaşamaq deməkdir. Bu, təsadüf deyil! Üzərimizə yüklənən qorxunu, utancı, susqunluğu qəbul etmirik. Bizim olmayan bu yükdən qurtulmağımız isə sevgi; sülh; yoldaşlıq; və yaşamaq şövqü ilə mümkündür.  - [Gəncədə translara qısnama edildiyi deyilir](https://qiyvaar.org/gencede-translara-qisnama-edildiyi-deyilir/): Gəncədə avtomobillə hərəkət edən 2 trans qadın sözlü sataşmaya məruz qaldığı iddia olunur. Deyilənlərə əsasən, trans qadın olduğu bildirilən iki şəxs avtomobildən düşərək onlara sataşanlara etiraz ediblər. Bu zaman isə onlara sataşanlar çəkiliş etməyə başlayıblar və ətraflarına daha çox adam toplaşıb. Həmin şəxslərin çəkdikləri video sosial şəbəkələrdə montaj olunmuş formada yayımlanıb. Orada sataşaraq qısnamaya məruz qoyduqları və sadəcə öz ləyaqətini müdafiə edən şəxslər eybəcər formada göstərilməyə çalışılıb. Digər tərəfdən, sosial şəbəkələrdəki xəbər platformaları hadisənin başlamasına səbəb olan anların əks olunmadığı və üzərinə yazılan qeydlərlə transların hədəfə gətirildiyi bu videonu sürətlə tirajlayıblar. Videonun yayımlandığı səhifələrin rəy bölmələrində trans qadınlara qarşı nifrət […] - [Nazirlik “Məhsəti” filminə qadağa qoyub](https://qiyvaar.org/nazirlik-mesheti-filmine-qadaga-qoyub/): “Məhsəti” filmi Bakı Beynəlxalq Film Festivalının (DokuBaku)proqramından çıxarılıb. Bu barədə filmin yaradıcı heyəti sosial mediada məlumat yayıb. Yaradıcı heyətin dediyinə görə, səbəb Mədəniyyət Nazirliyi yanında Film Şurasının filmə nümayiş lisenziyası verməkdən imtina etməsidir: “Film Şurası filmin mənəvi dəyərlərə uyğun gəlmədiyini əsas gətirərək bu qərarı verib” – yaradıcı heyət deyir. Prodüserlər bildirirlər ki, film 12-ci əsr şairəsi Məhsəti Gəncəvinin özünə yox, onun obrazına çağdaş yanaşma cəhdidir. Filmdə şairəni canlandıran aktrisa dostları ilə kluba gedir, spirtli içki içir, rəqs edir və bir kişi ilə romantik münasibət yaşayır. Heyət yazır ki, “qadın kino yaradıcıları olaraq, qadınların necə təsvir oluna biləcəyinə dair bu cür absurd məhdudiyyətləri qəbul etmirik”. “Xüsusilə də bu […] - [Avropa İttifaqı Ali Məhkəməsi eynicinsli nikahların tanınmasını tələb edir](https://qiyvaar.org/avropa-ittifaqi-ali-mehkemesi-eynicinsli-nikahlarin-taninmasini-teleb-edir/): Avropa İttifaqı Ali Məhkəməsi noyabrın 25-i qərar verərək, Aİ ölkələrində qanuni nikaha daxil olmuş eynicinsli cütlüklərin evliliklərinin digər üzv ölkələrdə tanınmasının lazım olduğunu bildirib. Qərar Polşada yaşayan və Almaniyada evlənmiş iki polşalı vətəndaşın məhkəməyə müraciətindən sonra qəbul olunub. Daha əvvəl Polşa hökuməti bu evliliyi milli qanunla tanımadığı üçün qeydiyyatdan imtina etmişdi. Məhkəmə qərarında qeyd edib ki, Avropa İttifaqı vətəndaşlarının başqa bir üzv ölkəyə sərbəst hərəkət və orada ailə həyatını qurmaq hüququ, həmçinin geri qayıtdıqda həmin evlilik statusunun tanınması hüququ var. Bu qərar Polşanın milli qanununda eynicinsli evliliklərin qanuniləşdirməsini tələb etmir. Lakin bu qərara görə digər Avropa İttifaqı ölkələrində qanuni nikah […] - [UNUTDURMAYACAĞIQ!](https://qiyvaar.org/unutdurmayacagiq/): Noyabrın 20-ni 90-cı illərin sonundan bəri trans qətllərinin sistematik bir siyasətin parçası olduğunu xatırladan gün kimi keçiririk. Transların qətlə yetirildiyi və ya hücuma məruz qaldığı hallarda dövlət qurumları ya heç reaksiya vermir, ya da cinayəti “adi məişət zəmnində” baş vermiş hal kimi təqdim edirlər. “Biz bu insanların varlığını tanımırıq” mesajını aydın şəkildə ifadə etməkdən çəkinməyən bir irtica sistemlə qarşı-qarşıyayıq. Yaxın günlərdə bir trans qadına küçədə bir qrup şəxs tərəfindən daş atılması ilə bağlı videolar yayılıb. Hücum edən 3 şəxsdən yalnız biri 15 sutka həbs cəzası alıb. LGBTQ+ kollektivlərinin ictimai bəyanat yaymasına baxmayaraq, heç bir dövlət qurumu açıqlama verməyib və sanki […] - [Yeni qanun layihəsi: Çılpaq foto paylaşanlar həbs oluna bilər](https://qiyvaar.org/yeni-qanun-layihesi-cilpaq-foto-paylasanlar-hebs-oluna-biler/): Sosial şəbəkələrdə paylaşım edən şəxslərə qarşı daha sərt inzibati cəzaların tətbiq olunması təşəbbüsü yenidən gündəmə gətirilib. Bu cəzalarla bağlı İnzibati Xətalar Məcəlləsinin “xırda xuliqanlıq” maddəsinə əlavə olunması planlaşdırılan yeni hissələr müzakirəyə çıxarılıb. Qanun layihəsi Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu ilə İnsan Hüquqları Komitələrinin birgə iclasında təqdim edilib. Layihəyə əsasən sosial şəbəkələrdə öz fikirlərini təhqirlə ifadə edənlər və ya bədənlərinin bir hissəsinin çılpaq fotolarını paylaşan şəxslər 30 günədək həbs cəzası ala biləcək. Sənəddə qeyd olunur ki, internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni […] - [Gəncədə gey ailəsi tərəfindən zorakılıq gördüyü üçün bir həftədir küçələrdə qalır](https://qiyvaar.org/gencede-gey-ailesi-terefinden-zorakiliq-gorduyu-ucun-bir-heftedir-kucelerde-qalir/): Gəncə şəhərində yaşayan 24 yaşlı Dəniz (ad şərtidir) ailəsi tərəfindən dəfələrlə psixolojik və fiziki şiddət gördüyü üçün evi tərk etmək məcburiyyətində qalıb. Bu barədə Qıy Vaar!-a Dənizin özü məlumat verib. Onun sözlərinə görə, bir həftədir küçələrdə, bəzən isə internet kluba gedərək orada yatır, evinə qayıda bilmədiyi üçün təmiz paltar ehtiyacını da qarşılaya bilmir. Dəniz deyir ki, uşaqlıqdan bəri ailəsi onu təhsildən yayındırıb. 14 yaşından isə öz təminatını qarşılamaq üçün çox saylı işlərdə işləyib. Hazırda isə videoqraf və fotoqraf işləyərək həyatına davam edir. “Hazırda isə mənə cinsi oriyentasiyama görə təzyiq edirlər. Qardaşım mənə həm psixoloji, həm də fiziki zorakılıq göstərir. Sonuncu […] - [Uşaqlar, Media və Heteronormativ Sosiallaşma: Azərbaycanda Kuirfob Stereotiplərin Kökləri](https://qiyvaar.org/usaqlar-media-ve-heteronormativ-sosiallasma-azerbaycanda-kuirfob-stereotiplerin-kokleri/): Azərbaycanda uşaqların sosiallaşması prosesi ailə, məktəb və medianın formalaşdırdığı heteronormativ kodlar üzərində qurulub. Uşaq hələ doğulmamışdan onun cinsi və gender rolu müəyyən edilir, bu isə gələcəkdə sis-heteroseksual olmayan cinsi oriyentasiya və ya gender kimliyinə malik uşaqlar üçün struktur səviyyəsində ayrıseçkiliyin əsasını qoyur. Qız uşaqlarının selektiv abort vasitəsilə məhv edilməsi, oğlan uşaqlarının “əsgər” kimi dəyərləndirilməsi, həmçinin oyuncaqlardan geyim rənglərinə qədər aparılan genderləşdirmə prosesi və bütün bunların medialar vasitəsilə əks olunması cəmiyyətin gendernormativ və patriarxal təməllərini bir daha üzə çıxarır. Mediada kuirfob ritorika Azərbaycan mediası uşaqların gender və cinsi kimlik ifadələrinə münasibətdə balanslı və inklüziv mövqe nümayiş etdirmir. Əksinə, mediada kuirfob terminologiya […] - [TGEU Hesabatı: Trans aktivistlər sistematik hədəfə alınır, seks işçiləri ən çox qurban verilən qrupdur](https://qiyvaar.org/tgeu-hesabati-trans-aktivistler-sistematik-hedefe-alinir-seks-iscileri-en-cox-qurban-verilen-qrupdur/): Transgender Avropa və Mərkəzi Asiya təşkilatının (TGEU) Trans Qətllərinin Monitorinqi 2025 sənədinin məlumatlarına görə, dünya üzrə trans və gender müxtəlif insanlara qarşı nifrət qətlləri təkrarən artıb. Hesabata əsasən, keçən ildə (1 oktyabr 2024 – 30 sentyabr 2025) 281 trans qətlə yetirilib.  Layihə 2009-cu ildən bəri trans qətli hallarını sənədləşdirir və bu vaxta qədər ümumilikdə 5 322 belə qətl qeydə alınıb.  Hesabatda vurğulanır ki, peşə mənsubiyyəti məlum olan trans qurbanların 34%-i seks işçisidir, bu da hədəf alınan ən böyük qrupdur. Qətllərin 14%-ni isə trans aktivistlər təşkil edirlər ki, bu da əvvəlki illərlə müqayisədə artım deməkdir (2024-də 9%, 2023-də 6% idi).  Statistikalarda […] - [Bakıda daha bir kuir əmisi tərəfindən təhdid edilir - polis iddialara qeyri-ciddi yanaşır](https://qiyvaar.org/bakida-daha-bir-kuir-emisi-terefinden-tehdid-edilir-polis-iddialara-qeyri-ciddi-yanasir/): Xırdalanda yaşayan bir kuir dünən təxminən saat 17:40 radələrində əmisi Sübhan Mahmudov Tofiq oğlu və yanında olan bir başqa şəxs tərəfindən zorla maşına mindirilərək aparıldığını iddia edir.  Zərərçəkən Qıy Vaar!-a bildirir ki, hadisə yaşayış kompleksin mərkəzi hissəsində: insanların, komendantın və polis məntəqəsinin gözünün qarşısında baş verib. Ruslan (şərti ad), deyir ki, zorla maşına mindirildiyi zaman bir neçə dəqiqə fiziki güc tətbiq olunub, o kömək üçün qışqırsa da, heç kim müdaxilə etməyib. Ruslanın sözlərinə görə, son günlər ərzində davamlı olaraq qohumu tərəfindən təqib etdirilib. Maşında ona qarşı fiziki təzyiq, aşağılama, təhqirlər və xüsusilə də ölüm təhdidləri edilib. Ruslanı qaçırmağa cəhd edənlər […] - [Macarıstanda Qürur Yürüşü təşkilatçısına cinayət ittihamı](https://qiyvaar.org/macaristanda-qurur-yurusu-teskilatcisina-cinayet-iddihami/): Macarıstanda Pécs Pride yürüşünün uzun illərdir təşkilatçısı olan LGBTİ+ fəalı, müəllim Géza Buzás-Hábelə cinayət işi açılıb. O, Avropa Birliyi daxilində Qürur Yürüşü keçirdiyi üçün belə ittihamla qarşılaşan ilk şəxsdir.  Polis tərəfindən yürüşə əvvəlcə qadağa qoyulub, Macarıstan Ali Məhkəməsi də (Kúria) bu qadağanı təsdiqləyib. Buna baxmayaraq, 4 oktyabr 2025-də Pécs şəhərində minlərlə insan yürüşə qatılıb. İttihama əsasən fəal “qanunsuz mitinq” təşkil etmə maddəsi ilə 1 ilə qədər həbs cəzası riski ilə üz-üzədir. Xatırladaq ki, bu ilin aprel ayında Macarıstan parlamentində qəbul edilən və LGBTİ+lərin sərbəst toplaşma azadlığını qadağan edən qanun qəbul edilib.  ILGA Avropa təşkilatı proseslə bağlı bəyanat yayaraq bildirib ki, […] - [Türkiyədə AKP rejimi 11-ci Qanun Layihəsindən LGBTİ+ə qarşı maddələri geri çəkir](https://qiyvaar.org/turkiyede-akp-rejimi-11-ci-qanun-layihesinden-lgbtie-qarsi-maddeleri-geri-cekir/): AK Parti tərəfindən 15 noyabrda hazırlanan və tezliklə Türkiyə Milli Məclisinə (TBMM) təqdim edilməsi planlanan 11-ci Qanun Layihəsində, LGBTİ+ icmasına yönəlmiş cəza təklifləri yer alırdı. İnsan haqları təşkilatları və fəalların artan etirazları nəticəsində, layihədəki  həmin maddələrin geri çəkildiyi bildirilir. Bu haqda Bianet yazır.  Daha əvvəl mediaya sızan ilkin qanunvericilik təşəbbüsündə Türk Cinayət Məcəlləsinin (TCK) 225-ci maddəsinə əlavə ediləcək bənddə belə bir tələbi yer alırdı: “Doğuştan gələn bioloji cinsə və ictimai əxlaqa zidd davranışda olan və ya bunu açıqca təbliğ edən, tərifləyən ya da aludə edən şəxslər 1-3 il arasında həbs cəzası alacaqlar.”  Eyni zamanda, “eyni cinsdən şəxslərin nişan və ya […] - [Xanım (Nana) Babazadə: Haqq uğrunda çıxış etmək əvəzsizdir](https://qiyvaar.org/xanim-nana-babazade-haqq-ugrunda-cixis-etmek-evezsizdir/): Avqustun 23-də Türkiyədə saxlanılan veqan feminist fəal Xanım (Nana) Babazadə Qıy Vaar!-a geniş müsahibə verib. O, 54 gün geri göndərmə mərkəzində (miqrasiya idarəsi) saxlanıldıqdan sonra 14 oktyabr günü gecə saatlarında Azərbaycana deportasiya edilmişdi. Xanımın saxlanıldığı müddətdə onun azadlığı tələbilə Türkiyədə çox sayıda etiraz aksiyaları keçirilmiş, sosial medialarda kampaniyalar başladılmışdı. Türkiyə mediasının da diqqət mərkəzində olan “Nanaya Özgürlük” kampaniyasında heyvan haqları fəalları, feministlər, kuir aktivistlər və tələbə hərəkatları birləşmişdi. Onun pis rəftar gördüyü, döyüldüyü, veqan yeməklə təmin edilməyərək ac saxlanıldığı ictimailəşdirildi. Xanımın müsahibəsini aşağıda təqdim edirik: – İlk sualımız belə olsun: Özünü necə hiss edirsən? – Yaxşı hiss edirəm. Sadəcə pişiyim […] - [Suriyada LGBTİ+ icması dövlət və dini qrupların təzyiqi altındadır](https://qiyvaar.org/suriyada-lgbti-icmasi-dovlet-ve-dini-qruplarin-tezyiqi-altindadir/): Suriya hökumətinin repressiv qanunları və silahlı islamçı qrupların zorakılığı arasında sıxışan kuir icma ölkədə mövcud olmaq uğrunda mübarizə aparır. “The New Arab” və “Guardian of Equality Movement” mənbələrin məlumatına görə, 2025-ci ilin ortalarından etibarən ölkədə LGBTİ+lərə qarşı zorakılıq yenidən artıb. Suriyada hələ də qüvvədə olan Cinayət Məcəlləsinin 520-ci maddəsi “təbii olmayan cinsi əlaqə”ni cinayət hesab edir. Bu norma uzun illərdir eynicinsli münasibətləri və gender normativinə zidd davranışları cəzalandırmaq üçün istifadə olunur.  Hüquq müdafiəçiləri bildirirlər ki, əsl məqsəd marginallaşdırılan cinsi orientasiya və ya gender kimlikli insanları qorxutmaqdır. Guardian of Equality Movement-in hesabatında qeyd edilir ki, xüsusilə Dəməşq, Hələb və Homsda trans […] - [Yekaterinburqda fotoqraf “pornoqrafiya yaymaq” ittihamı ilə üz-üzədir](https://qiyvaar.org/yekaterinburqda-fotoqraf-pornoqrafiya-yaymaq-ittihami-ile-uz-uzedir/): Rusiyanın Yekaterinburq şəhərindən 35 yaşlı Aleksandra Z. adlı fotoqraf  2022-ci ildə yazdığı və eyni cins münasibətlərini təsvir edən fan-fikşın (fanfiction) əsərlərini yayımladığı üçün “pornoqrafiyanın yayılması” ittihamı ilə üz-üzədir. Bu haqda Novaya Gazeta xəbər verir. Polis onun evində axtarış apararaq yazdığı kitabları, noutbuklarını, bir iPad-i və iki smartfonunu götürüb.  Alınan məlumata görə, polis icraat zamanı “psixoloji və dilçilik (lingvistik) ekspertiza aparıb və Aleksandranın əsərlərində pornoqrafik məzmun aşkar etdiyini” bildirib.“Qeyri-ənənəvi (eynicinsli) sevgidən bəhs edən onlayn fan-fikşın tapıldığı” da qeyd olunub.  Əgər məhkəmə tərəfindən günahkar hesab edilərsə, Aleksandra heç əvvəl cəza almamış olsa da, Rusiyanın cinayət məcəlləsibə əsasən 6 ilə qədər azadlıqdan məhrum […] - [Qazaxıstanda LGBTQ+ məzmununa qadağa: Rusiyanın izindən gedən yeni qanun](https://qiyvaar.org/qazaxistanda-lgbtq-mezmununa-qadaga-rusiyanin-izinden-geden-yeni-qanun/): Qazaxıstan parlamentinin aşağı palatası – Məclis noyabrın 12-də internet, media və ictimai məkanlarda “qeyri-ənənəvi cinsi oriyentasiya təbliğatını” qadağan edən qanun layihəsini yekdilliklə təsdiqləyib. Qanun “uşaqları və yeniyetmələri mənfi rəqəmsal məzmundan qorumaq” məqsədi daşıyırmış kimi təqdim olunsa da, beynəlxalq ictimaiyyət və insan haqları təşkilatları onu LGBTQ+ icmasına qarşı diskriminasiya olaraq qiymətləndirirlər. Layihəyə əsasən, “LGBTQ+ təbliğatı” kimi şərh edilən məzmunu yayan şəxslər inzibati məsuliyyətə cəlb ediləcəklər. Əgər şəxs bu halları təkrarlayarsa 10 günədək həbs cəzasına məruz qoyula bilər. Qanun parlamentin üst qanadı olan Senatın və Prezident Qasım-Comərd Tokayevin təsdiqindən sonra qüvvəyə minəcək. Tokayevin özü isə son aylarda “ənənəvi dəyərlərin qorunması” çağırışlarını gücləndirib. […] - [Məşhurlar homofob qətl hadisəsinə reaksiya verdilər](https://qiyvaar.org/meshurlar-homofob-qetl-hadisesine-reaksiya-verdiler/): 4 noyabr günü Bakının mərkəzində baş verən homofob qətl barədə daha əvvəl məlumat vermişdik. Rüzgar adlı kuir gəncin yaşadıqları ictimailəşdikdən sonra sosial mediada geniş kampaniyalar başlayıb və tanınmış müğənnilər də bu məsələyə səs veriblər. Məşhur müğənni Murad Arif paylaşımında qeyd edib:  “Bakıda bir Queer gənc əmisi tərəfindən bıçaqlanaraq öldürülüb. 19 yaşı vardı. Həyat dolu idi. Öz həyatı, öz seçimləri, öz haqları vardı. Lakin, fərqləndiyi üçün, həyatı yarıda kəsildi. Cəmiyyət olaraq gedəsi yolumuz varmış demək. ‘nifrət’ əvəzinə ‘ANLAYIŞ VƏ SEVGİ’ öyrənməliyik hələ. Amma bu ‘uşağın’ həyatı geri dönməyəcək.” Eurovision təmsilçimiz Samra da öz sosial media hesabından paylaşım edib: “Bir gəncin həyatı […] - [Homofob hücumla 19 yaşlı gənci qətlə yetirən Babək İbadovun fotosu](https://qiyvaar.org/homofob-hucumla-19-yasli-genci-qetle-yetiren-babek-ibadovun-fotosu/): Daha əvvəl xəbər verdiyimiz kimi, Bakının Bəşir Səfəroğlu küçəsində baş verən homofob qətldə zərərçəkənin yaxın qohumu Babək İbadov hadisəni törətməkdə şübhəli şəxs qismində saxlanılıb. Məlumata görə, 1987-ci il təvəllüdlü İbadovun əvvəllər məhkumluq həyatı olub və qətli öncədən planlaşdırdığı bildirilir. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisə zamanı həyatını itirən Rüzgar adlı 19 yaşlı kuir gəncdir. Qətli törədən Babək İbadov isə fotoda gördüyünüz şəxsdir. - [Bakıda gənclərin təhsil əlçatanlığı: Artan təhsil haqqı, kirayə, gediş haqqı və market qiymətləri, yataqxanalar, təqaüdlər və LGBTQ+lər kontekstində](https://qiyvaar.org/bakida-genclerin-tehsil-elcatanligi-artan-tehsil-haqqi-kiraye-gedis-haqqi-ve-market-qiymetleri-yataqxanalar-teqaudler-ve-lgbtqler-kontekstinde/): Ölkədəki ali təhsil müəssisələrinin tamama yaxınının Bakı şəhərində yerləşməsi səbəbindən tələbələr də bu paytaxt şəhərində cəmləşib. Onların bir hissəsi şəhər sakinləri, bir hissəsi isə regionlardan təhsil üçün Bakıya üz tutan gənclərdir. Ölkə əhalisinin şəhərlər üzrə yerləşməsinə dair statistikaların etibarlılığı sual altında olduğundan Bakıda təhsil alan gənclərin neçə faizinin şəhər sakini, neçə faizinin isə regionlardan gəldiyini müəyyənləşdirmək çətindir. Qıy vaar! bu araşdırma yazısında Bakının gənclər üçün təhsil əlçatanlığını sorğulayacaq. Araşdırmamız bakalavr pilləsində təhsil alanlar təbəqəsi seçilməklə təhsil haqqı, qalmağa yer, qidalanma, nəqliyyat və təqaüd sahələrini ələ alacaq. Sonda ölkə əhalisi içində daha imtiyazsız təbəqədə yer alan LGBTQ+ tələbələrlə bağlı vəziyyətə toxunulacaq, […] - [Tarqovu yaxınlığında bir gey amansızlıqla qətlə yetirilib](https://qiyvaar.org/tarqovu-yaxinliginda-bir-gey-amansizliqla-qetle-yetirilib/): Dünən 4 noyabr tarixində Bakının Bəşir Səfəroğlu küçəsində, indiki “Efkar Meyhane” adlı məkanın yaxınlığında bir gey amansızca qətlə yetirilib. Hadisənin həmin şəxsin cinsi orientasiyası səbəbindən əmisi tərəfindən, saat təqribən 10-11 arasında törədildiyi bildirilir. Mənbələrdən alınan məlumata görə, Rüzgar adlı şəxs çoxsaylı bıçaq zərbələri ilə hücuma məruz qalıb. Hadisə yerində olan şahidlərin bildirdiyinə görə, ətrafdakı insanların müdaxiləsi olmayıb və polis orqanları da cinayətkarın zəngindən sonra gəliblər. Həkimlərin də qurbanın vəziyyətinə kifayət qədər diqqət yetirmədiyi bildirilir. Biz dövlət qurumlarını məsələ ilə bağlı dərhal açıqlama verməyə çağırır və ictimaiyyətin dəstəyini xahiş edirik. - [Tarixdə LGBTQ+lər: Çaykovski və Davinçinin sənəti](https://qiyvaar.org/tarixde-lgbtqler-caykovski-ve-davincinin-seneti/): Bu videoda tarixdə iz qoymuş iki kuir sənətkardan danışırıq, Pyotr Çaykovski və Leonardo da Vinçidən. Onlar öz dövrlərində böyük sənətkar kimi tanınıblar, amma kimliklərini açıq şəkildə yaşamaq onlar üçün olduqca çətin olub. Çaykovski musiqidə, Da Vinçi isə incəsənətdə özünü ifadə edib və hisslərini sənətə çevirib. Hər ikisi həm yaradıcılıqda, həm də şəxsi həyatda gizlilik və təzyiqlərlə üzləşiblər. Tarixi mənbələr onların eyni cinsdən olan şəxslərlə yaxın münasibətlərini göstərir. Onların hekayələri bizə göstərir ki, kuir insanlar hər zaman sənətin və tarixin bir parçası olublar. Bu videoda biz onların həyatına və sənətlərinə sadə, amma səmimi bir nəzər salırıq. - [“Viva la Vulva”: Azərbaycanlı sənətçidən patriarxiyaya meydan oxuyan festival](https://qiyvaar.org/viva-la-vulva-azerbaycanli-senetciden-patriarxiyaya-meydan-oxuyan-festival/): Azərbaycanlı sənətçi və kurator Sabina tərəfindən yaradılan festival bədən, gender və seksuallıq haqda tabuları sındırmaq, feminizm və kuirliyin sərhədlərini genişləndirmək üçün bu il Amsterdamda təşkil olunub. Bakıda doğulmuş, hazırda Amsterdamda yaşayan Sabina “Viva la Vulva” festivalını patriarxal düşüncəyə qarşı bir çağırış kimi təsvir edir. Onun sözlərinə görə, festivalın yaranması şəxsi təcrübələri, sosial müşahidə və cəmiyyətin bədən üzərindən qurduğu hakimiyyətə etirazdan doğub. “Bir dəfə atam mənə dedi ki, “sən əsl qadın deyilsən.” O, haqlı idi. Mən heç vaxt nə qadın, nə də kişi kimi hiss etməmişəm və bununla fəxr edirəm. Çünki cəmiyyətin bizə yüklədiyi gender rolları çox ağırdır” – o deyir. […] - [2024-cü İl Qlobal Seçkiləri: Kuir İcmalara Qarşı Anti-LGBTİQ+ Ritorika və Siyasi Təhlükəsizlik](https://qiyvaar.org/2024-cu-il-qlobal-seckileri-kuir-icmalara-qarsi-anti-lgbtiq-ritorika-ve-siyasi-tehlukesizlik/): 2024-cü il dünya siyasətində seçkilərin intensivliyi ilə yadda qaldı. Outright International təşkilatının sentyabr 2025-ci ildə dərc etdiyi “Queering Democracy: The Global Elections in 2024 and How LGBTIQ People Fared” hesabatına görə, ilin 89 ölkəsində seçki keçirildi və təxminən 1,5 milyard seçici səs verdi. Təşkilat 2024-cü ili “super seçki ili” adlandırır, bu da həm seçkilərin miqyasını, həm də kuir icmaların hüquqları üçün yarana biləcək riskləri göstərir. Anti-LGBTIQ+ ritorikanın yayılması Hesabatda qeyd olunur ki, araşdırılan 61 ölkənin ən azı 51-də siyasətçilər seçki kampaniyalarında açıq şəkildə anti-LGBTIQ+ ritorikadan istifadə edib. Bu ritorika bir neçə formada müşahidə olunub: homofob və transfob çıxışlar, kuir hüquqlarını […] - [Bakıda kuir sırğa taxdığı üçün ev tuta bilmədi](https://qiyvaar.org/bakida-kuir-sirga-taxdigi-ucun-ev-tuta-bilmedi/): Bakıda yaşayan kuir Rüzgar Əliyev deyir ki, o və dostu kirayə ev axtararkən ev sahibi onları geyimlərinə və görünüşlərinə görə evdən qovub. Qıy Vaar!-a danışan Rüzgar hadisənin ev sahibi ilə ilk görüş zamanı baş verdiyini bildirib. O, ev sahibi ilə görüşə gedən zaman ev sahibi Rüzgarın sırğaları olmasını əsas gətirərək təhqir etməyə başlayıb. “Evi tapdım, danışdım, hər şey qaydasında idi. Evə baxmağa getdik, dostumu gördü, qulağındakı sırğaya baxıb ‘bu nədi?’ dedi. Sonra mənə baxıb eyni reaksiyanı verdi” – o, deyir. Rüzgar deyir ki, davamında ev sahibi onlara qarşı təhqiramiz ifadə işlədərək mənzili tərk etmələrini tələb edib. Bu ilk belə hal […] - [Freddie Mercury kimdir? Azadlığın və musiqinin simvolu](https://qiyvaar.org/freddie-mercury-kimdir-azadligin-ve-musiqinin-simvolu/): Bu videoda Freddie Mercury-nin həyat və yaradıcılıq yolundan danışırıq. Onun uşaqlığı, təhsili və musiqiyə olan marağının necə formalaşdığına, Zənzibarda başlayıb İngiltərədə davam edən həyatı boyunca keçdiyi mərhələlərə baxaq. Queen qrupuna necə qoşulduğunu, ilk illərdəki çətinliklər, səs yazmaları və səhnə təcrübələrindən söz açılır. Həmçinin “Bohemian Rhapsody”, We Will Rock You” və “We Are The Champions” mahnısının yaranma hekayəsinə və bu mahnının uğur qazanma yoluna nəzər salırıq. Pərvin Ələkbər - [Body shaming, yoxsa zövq məsələsi?](https://qiyvaar.org/body-shaming-yoxsa-zovq-meselesi/): Bu dəfə zövq və body shaming arasındakı incə xəttdən danışırıq. Bəzən “bu, sadəcə mənim zövqümdür” dediyimiz ifadələr əslində kimlərisə incidə bilərmi? Şəxsi üstünlüklərimiz harada bitir, ayrı-seçkilik harada başlayır? Cəmiyyətin, medianın və pop mədəniyyətin təsiri ilə formalaşan “gözəllik standartları” bizim seçimlərimizə necə yön verir? Bu videoda bədən pozitivliyi, sosial təsirlər və zövq anlayışına bir az daha yaxından baxırıq. Hər bədən dəyərlidir, amma eyni zamanda hər kəsin seçim haqqı da var. Əsas məsələ,!bunlar arasında balans tapmaq və hörməti qorumaqdır. Sizcə, fərqli bədənlərə münasibətimizdə bu balansı saxlaya bilirikmi? - [AYGÜN KAZIMOVA FANTAZİYASI: NECƏ POP DİVA OLDU?](https://qiyvaar.org/aygun-kazimova-fantaziyasi-nece-pop-diva-oldu/): Bu dəfə növbə Azərbaycanın xalq artisti Aygün Kazımovanındır. Pərvin Ələkbər videoda onun uşaqlıq illəri, təhsili, karyerasının başlanğıcı, musiqi fəaliyyətindəki mərhələlər və həyata baxışı barədə danışır. Həmçinin sənət yolunda keçdiyi mərhələlər, iştirak etdiyi layihələr və şəxsi həyatına dair bəzi məqamlar əks olunur. Burada, eyni zamanda, Aygün Kazımovanın kuir pərəstişkarlar tərəfindən nəyə görə xüsusi olaraq sevilməsi və bəzi hallarda homofob mövqelərinə görə tənqid olunması məsələsinə də toxunulur. Materialda həm arxiv görüntüləri, həm də müxtəlif mənbələrdən əldə edilmiş məlumatlar yer alır. - [SSRİ-də təqib olunan kuir rejissorun şah əsəri: Aşıq Qərib](https://qiyvaar.org/ssri-de-teqib-olunan-kuir-rejissorun-sah-eseri-asiq-qerib/): Aşıq Qərib xalq dastanından doğulmuş, rənglər və musiqi ilə danışan bir filmdir. Onun rejissoru Sergey Paracanov SSRİ-də təqib olunan, amma yaradıcılığı ilə azadlığını ifadə edən kuir sənətkar idi. Bu film folkloru, musiqini və rəngləri birləşdirərək həm mədəni irsi, həm də sənətkarın öz kimliyini poetik şəkildə göstərir. Qafqaz sənətçilərinin ortaq işi olan “Aşıq Qərib” bu gün həm irs, həm də kuir sənət tarixi üçün iz qoyan filmdir. - [Azərbaycanda LGBTİQ+ Hüquqlarının Problemləri: Tarixi, Media, Nifrət Nitqi və Zorakılıq](https://qiyvaar.org/azerbaycanda-lgbtiq-huquqlarinin-problemleri-tarixi-media-nifret-nitqi-ve-zorakiliq/): Sovet Dövründən Bu Günə Qısa Tarixi Kontekst Sovet dövründə 1933-cü ildən bütün SSRİ ərazisində homoseksuallıq qanunla qadağan olunmuş və ciddi repressiyalarla müşayiət olunmuşdur (Azərbaycan daxil olmaqla SSRİ-nin tərkibində olan müsəlman ölkələrində isə homoseksuallıq 1920-ci illərdən kriminallaşdırılıb). 1930-cu illərdə homoseksual əməllər “sosial xəyanət” kimi qiymətləndirilmiş, çoxsaylı insan hüquqları pozuntuları baş vermişdir. LGBTİQ+ şəxslər sosial izolyasiya və stiqmaya məruz qalmış, hüquqi qorunmadan məhrum edilmişdir. Sovet sonrası dövrdə qısa liberal mərhələlər olmuş olsa da, hüquqi və sosial baxımdan davamlı irəliləyiş əldə edilməyib; əksinə, 1990-cı illərin sonlarından etibarən, dövlət siyasəti və ictimai rəy transfobik və homofobik mövqeləri gücləndirmişdir. Hüquqi Çərçivə və Beynəlxalq Monitorinqlər Azərbaycanda LGBTİQ+ hüquqlarının qorunması […] - [Trans qadın müğənninin mahnı səsləndirdiyi mədəniyyət evindəki təşkilatçı işdən çıxarılıb](https://qiyvaar.org/trans-qadin-mugenninin-mahni-seslendirdiyi-medeniyyet-evindeki-teskilatci-isden-cixarilib/): Trans qadın müğənni Samira Şah, Bülbülə qəsəbəsində yerləşən mədəniyyət evində keçirilən anım tədbirində mahnı səsləndirməsindən sonra bir sıra mediaların hədəfi halına gəlmişdi. Medialar müğənninin çıxışının ictimai narazılıq yaratdığını yazaraq onun tədbirdə yer almasını mənfi formada təqdim etmişdilər. Müğənni Qıy Vaar!-a açıqlamasında bunların əsassız olduğunu, tədbirin normal qaydada keçdiyini və hər kəsin onu alqışladığını bildirmişdi. Mediaların müğənninin ifası yer alan görüntüləri paylaşıb mənfi imicdə təqdim etməsi prosesində isə Baku TV daha önə çıxaraq həmin mədəniyyət evinə gedib. Orada məlum olub ki, anım tədbirini təşkil etdiyi üçün Mirzə Ələkbər Sabir adına Mədəniyyət Evinin məsul şəxsi işdən çıxarılıb. Baku TV-nin qadın jurnalisti bu […] ## Pages - [Home](https://qiyvaar.org/home/) - [Xəbərlər](https://qiyvaar.org/news-general/) - [Köşə](https://qiyvaar.org/bloqlar/) - [Ömər Məmməd](https://qiyvaar.org/om%c9%99r-m%c9%99mm%c9%99d/): Biography - [Multimedia](https://qiyvaar.org/multimedia/): Bu kateqoriyada yayımlanan məzmunlar video materiallardır. - [Xarici Xəbərlər](https://qiyvaar.org/xarici-xeberler/): Bu kateqoriyada işarələnmiş yazılar Azərbaycandan kənar baş vermiş məzmunlardan ibarətdir. - [Yerli Xəbərlər](https://qiyvaar.org/yerli-x%c9%99b%c9%99rl%c9%99r/): Bu kateqoriyada işarələnmiş yazılar Azərbaycandan baş vermiş məzmunlardan ibarətdir. - [Haqqımızda](https://qiyvaar.org/haqqimizda/): Bəzən satirik, bəzən üsyankar. 2021-ci ildən bəri LGBTQ+ və feminist gündəmini izləyərək, bu mövzular ətrafında ictimai müzakirələri genişləndirmək və susdurulan səsləri ön plana çıxarmaq üçün fəaliyyət göstəririk. Cəmiyyətin LGBTQ+lərə tanıdığı məhdud rollardan çıxaraq, LGBTQ+ hekayələrimizi danışmaq üçün qurduğumuz bu məkan “sənə danışmaq üçün platforma vermək istəyirik” ideyası ilə alternativ media yaradır. Kimliklərimizin rəqəmsal məkanlarda da görməzdən gəlinməsinə, səslərimizin boğulmasına qarşı Qıy Vaar! bir fərq olmaq istəyir. Nifrət nitqinin və senzuranın gücləndiyini müşahidə edirik, bu səbəbdən, LGBTQ+lərin öz mikrofonlarını tuta biləcəkləri, cəmiyyətə öz sözlərini çatdıra biləcəkləri məzmunları toplayırıq. İlk fəaliyyətimiz podkast verlişi formatında başlayıb. “Qıy Vaar!” adlı podkastımız cəmiyyətin marjinallaşdırdığı mövzuları […] - [Əlaqə](https://qiyvaar.org/elaq%c9%99/) - [Podkastlar](https://qiyvaar.org/podkastlar/) [comment]: # (Generated by Hostinger Tools Plugin)