









Azərbaycanda LGBTQ+ haqları baxımından dönüş nöqtəsi sayılan və xüsusi maraq doğuran 10 hadisəni bu paylaşımda topladıq. Həmin hadisələrin foto və videoları əks olunan paylaşıma instaqram səhifəmizdən baxa bilərsiniz.
Sizin də hekayə bölməsində paylaşılmasını istədiyiniz seçilmiş foto və videolarınız varsa bizə göndərə bilərsiniz.
1. 2012: İsa Şahmarlının əlində plakat tutduğu fotosu.
2. 2014, iyul: İlk LGBTQ+ forumu keçirilir.
3. 2016, iyun: ABŞ Səfirliyi önündə aksiya.
4. 2018, sentyabr: Kuir fəallar şəhərin mərkəzi küçələrində göyqurşağı bayrağı açır.
5. 2019, oktyabr: Bu, ölkədə yeni başlayan Feminist Hərəkatının ikinci aksiyasıdır. Bu aksiyada kuir fəalların aktiv iştirakı diqqət çəkir.
6. 2021, iyul: Danimarkalı fəallar Bakıda Avro 2020-nin 4-də 1 final maçı öncəsi göyqurşağı bayrağı açırlar.
7. 2021, avqust: Trans qadınlar Ombudsman Aparatı önündə aksiya keçirir.
8. 2022, may: Fəvvarələr meydanında keçirilən “Kriminal Dövlət İstəmirik!” aksiyasında göyqurşağı bayrağı.
9. 2022, iyun: LGBTQ+ haqları ilə bağlı keçirilən mətbuat konfransı.
10. 2022, iyul: Əvəz Hafizlinin cinayət işi ilə bağlı məhkəməprosesi keçirilir.
