Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Bloqlar
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Xarici
  • Kişinyovda LGBT Yürüşləri və Təbliğatına Qadağa: Moldovada LGBTQ+ icması təzyiqlə qarşı-qarşıya
  • Xarici

Kişinyovda LGBT Yürüşləri və Təbliğatına Qadağa: Moldovada LGBTQ+ icması təzyiqlə qarşı-qarşıya

Qıy Vaar! May 20, 2025

Moldova paytaxtı Kişinyovda yerli bələdiyyə LGBT yürüşləri və təbliğatını qadağan edən qərar qəbul edib. Bu addım şəhər meri İon Çeban tərəfindən elan olunub və ölkədə LGBTQ+ hüquqları uğrunda mübarizə aparan fəallar tərəfindən ciddi narahatlıqla qarşılanıb.

Qərarın qəbul olunduğu Kişinyov Bələdiyyə Şurasının iclasında Avropa İttifaqı yönümlü Hərəkət və Həmrəylik Partiyası (PAS) partiyasının üzvləri, etiraz əlaməti olaraq zalı tərk ediblər. Mer Çeban Telegram kanalında bildirib ki, “Kişinyov ərazisində yürüşlər, nümayişlər və LGBT təbliğatı qadağan edilib”.Bu addım, son illərdə LGBT tədbirləri zamanı baş verən qarşıdurmalar və cəmiyyətin müxtəlif təbəqələri arasında yaranan gərginliklər fonunda atılıb

Yerli LGBTQ+ təşkilatları, xüsusilə də GENDERDOC-M təşkilatı, bu addımı ifadə azadlığına və toplaşmaq hüququna açıq hücum kimi qiymətləndiriblər. Təşkilatın nümayəndəsi Angelica Frolov deyib: “Biz qorxmayacağıq və planlaşdırılan yürüşümüzü həyata keçirəcəyik.”

Son illərdə Moldova qanunvericiliyində müəyyən irəliləyişlər olub. Məsələn, seksual oriyentasiya əsasında ayrı-seçkilik artıq qanunsuz hesab olunurş Lakin eyni cinsli nikahlar və birgə övladlığa götürmə hələ də qanunla tanınmır. ILGA-Europe-un 2024-cü il hesabatında Moldova hökumətinə Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına uyğun şəkildə qanunvericiliyin təkmilləşdirilməsi tövsiyə olunur.

Hazırkı vəziyyət LGBTQ+ icmasının hüquqlarını və təhlükəsizliyini sual altına qoyur. Qadağaların artması, dövlət tərəfindən hüquqi olmayan ritorikaların yayılması, Moldovada insan hüquqları müdafiəçiləri üçün ciddi çağırışlar yaradır.

Paylaş

Continue Reading

Previous: ”Until they are free. Until we are all free!” – 9 journalist women have arrested in Azerbaijan
Next: 17 May etirazları: LGBTİ+lər Tbilisidə, Budapeştdə və Ankarada etiraz aksiyaları keçirib

Related Stories

Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik
  • Xarici

Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik

Sentyabr 8, 2025
Qazaxıstanda LGBTİ məzmunlarının yayımı qadağan oluna bilər
  • Xarici

Qazaxıstanda LGBTİ məzmunlarının yayımı qadağan oluna bilər

Sentyabr 6, 2025
İndoneziyada LGBTQ+ məzmununun mediada qadağan olunması müzakirə edilir
  • Xarici

İndoneziyada LGBTQ+ məzmununun mediada qadağan olunması müzakirə edilir

Sentyabr 2, 2025

Son Postlar

  • Məhkəmə Naxçıvanda 14 yaşlı oğlana təcavüz edən hərbçiyə “homoseksuallıq psixi xəstəliyindən əziyyət çəkir” əsası ilə yüngül cəza verib
  • Aktyor Kamran Ağabalayev: “Xaricdə geylər fond yaradır, bizdəkilər fahişəlik edib pul qazanır”
  • Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik
  • Azərbaycanlı trans fəal Kişinyov aeroportunda saxlanılaraq transfob rəftara məruz qalıb
  • Azərbaycandan olan iki film Londonda Kuir Film Festivalında nümayiş olunacaq

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.