

Daha əvvəl həbs olunması xəbərini paylaşdığımız KaosGL.org-un Baş redaktoru, LGBTQ+ hüquqları müdafiəçisi Yıldız Tar haqqında yeni qərar verilib. Jurnalist 21 fevraldan bəri saxlanıldığı Silivri həbsxanasından azad edilir.
Yıldız Tar, Türkiyədəki solçu və demokratik siyasi platforma olan Xalqların Demokratik Konqresi (HDK)-yə qarşı aparılan istintaq çərçivəsində 21 fevral 2024-cü ildən bəri həbsdə idi. Qeyd edək ki, bu müddət ərzində Kaos GL və bir çox yerli, beynəlxalq qurum onun azadlığa buraxılması üçün çağırış etmişdi.
Bir neçə gün əvvəl məhkəmə, Tar-ın da daxil olduğu cinayət işi üzrə səlahiyyətli orqan olmadığını bildirərək işi Ankara məhkəmələrinə göndərmiş, həmçinin azadlığa buraxılma tələbini rədd etmişdi. İstanbul 26-cı Ağır Cinayətlər Məhkəməsi bu gün yeni qərar verərək, Tar-ın istintaq zamanı azadlıqda qalmaqla mühakimə olunmasına qərar verib.
Məhkəmə Tar-ın uzun müddət tutulu qalmasını, cinayət işindəki mövcud sübut vəziyyətini və hüquqi əsasları nəzərə alaraq məhkəmə onun barəsində qətimkan tədbiri kimi nəzarətdə saxlanılmaqla azadlığa buraxılması və ölkədən çıxışına qadağa qoyulması barədə qərar verdib.
Yıldız Tar-ın bu gün – 30 may, saat 15:00 radələrində Silivri həbsxanasından azad ediləcəyi gözlənilir.