

İtaliya hökuməti məktəblərdə gender neytral dil və simvolların istifadəsini qadağan edən yeni qərar qəbul edib. Təhsil Nazirliyi tərəfindən açıqlanan bu qadağa, məktəb sənədlərində və rəsmi yazışmalarda cinsiyyət neytrallığını ifadə edən “u” hərfi və digər inklüziv işarələrin istifadəsini yasaqlayır.
Bu addım hökumətin son illərdə LGBTQ+ hüquqlarına qarşı sərt mövqeyinin davamı kimi qiymətləndirilir. 2022-ci ildə hakimiyyətə gələn sağçı baş nazir Giorgia Meloni ailə dəyərlərinin qorunmasını prioritet elan edib və eyni cinsli valideynlərin hüquqlarını məhdudlaşdıran tədbirlər görüb.
İnsan haqları təşkilatları bu qərarı LGBTQ+ icmasına qarşı ayrı-seçkilik adlandıraraq tənqid ediblər. Onların fikrincə, bu qadağa cəmiyyətdə gender müxtəlifliyini inkar etmək və inklüzivliyi məhdudlaşdırmaq məqsədi daşıyır.
Qərarın tətbiqi martın 21-də elan edilib.