
İşçi Masası platformasının yaydığı məlumata görə, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvü Sara Rəhimova bu gün günorta saatlarında pasport almaq məqsədilə Yasamal rayonunda yerləşən 3 saylı ASAN Xidmət filialına müraciət edib. Lakin orada ona 2024-cü ildən adına cinayət işi açıldığı bildirilib və polis əməkdaşları tərəfindən saxlanılaraq 28-ci Polis Bölməsinə aparılıb. Hazırda telefonunun əlindən alındığı və onunla əlaqə saxlamağın mümkün olmadığı qeyd olunur.
Bildirildiyinə görə, Sara Rəhimova daha əvvəl də siyasi və ictimai fəaliyyəti ilə əlaqədar polis təqibi və təzyiqlərlə üzləşib. 28 aprel 2025-ci il tarixində polis əməkdaşları tərəfindən saxlanıldığı və 14 saat ərzində polis idarəsində dindirildiyi qeyd edilir. 2025-ci ilin sentyabr ayında isə heç bir hüquqi əsas göstərilmədən yenidən polis idarəsinə çağırıldığı bildirilir.
