

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının idarə heyətinin üzvü və feminist fəal Sara Rəhimovanın saxlanıldığı polis tərəfindən saxlanıldığı güman edilir
Bu barədə onun yaxınları və təşkilatın üzvləri 29 aprel, saat 20:00 ərəfəsində sosial mediada məlumat yayaraq Saradan 14 saatdan çoxdur məlumat xəbər ala bilmədiklərini deyiblər. Sara Rəhimova yaxınlarına zorakılıqla saxlanıldığını və hazırda polis bölməsinə aparıldığını bildirib.
Sara Rəhimova polisə məxsus avtomobildə olduğunu əks etdirən foto da göndərib.

İşçi Masası deyir ki, onun Gənclik ərazisində saxlanıldığı ehtimal edilir. “Hansı bölməyə aparıldığı və saxlanılma səbəbi bilinmir. Hazırda onunla əlaqə qurmaq mümkün deyil” – yaxınları qeyd ediblər.
Azərbaycanda işçi hüquqlarını müdafiə etmək məqsədilə 2022-ci ildə yaradılmış “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının 4 fəalı isə hazırda həbsdədir.