İranda yaşayan Azərbaycan dilli LGBTQ+lər | Azərbaycan və İran arasındakı “əxlaq” gərginliyi

İranda yaşayan Azərbaycan dilli LGBTQ+lər | Azərbaycan və İran arasındakı “əxlaq” gərginliyi

Bu videoda İran azərbaycanlısı bir kuir qadının – Sufiyənin hekayəsindən başlayaraq, həm İran, həm də Azərbaycanda LGBTQ+ icmasının yaşadığı çətinliklərə toxunuruq.

İran əhalisinin böyük bir hissəsini təşkil edən Azərbaycan dilli xalqların içində LGBTQ+lər də var, amma onların səsi nadir hallarda eşidilir. İran kimi bir ölkədə homoseksuallıq ölüm cəzası ilə cəzalandırıla bilər. İnsanlar kimliklərini gizləməyə, həyatlarını qapanıqlıqda yaşamağa məcbur edilirlər.

2012-ci ildə isə Bakı Eurovision-a ev sahibliyi edərkən “gey parad” şayiələri İranla Azərbaycan arasında diplomatik böhrana səbəb olmuşdu. Həm İran, həm də Azərbaycanda LGBTQ+ icmaları təcrid, polis zorakılığı, hüquqi müdafiəsizlik və cəmiyyətin aqressiyası ilə üz-üzədir. Bəs bu iki ölkənin siyasi və mədəni yaxınlığı bu icmaların gələcəyinə necə təsir edir?

Paylaş