Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Bloqlar
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Xarici
  • İngiltərədə Ali Məhkəmə trans qadınları “qadın” kimi tanımayacaq?
  • Xarici

İngiltərədə Ali Məhkəmə trans qadınları “qadın” kimi tanımayacaq?

Qıy Vaar! Aprel 17, 2025

İngiltərə Ali Məhkəməsi 2010-cu ildə qəbul edilən Bərabərlik Qanununa dair yeni qərar verib. Qərara görə, bu qanunda “qadın” anlayışı yalnız qadın olaraq doğulan insanlara aiddir. Yəni trans qadınlar bu anlayışa daxil edilmir.

Bu dəyişiklik Şotlandiyada fəaliyyət göstərən “For Women Scotland” adlı bir qrupun iddiasından sonra baş verib. Qrup qanunda “qadın” sözünün yalnız bioloji cinsiyyətə əsaslanmalı olduğunu müdafiə edib və əvvəlki məhkəmə qərarına etiraz etməyə başlayıb. Daha sonra isə məhkəmə yeni qərarı qəbul edib. Məhkəmə qərarında qeyd olunur ki, “qadın” və “kişi” anlayışları qanunda bioloji mənada başa düşülür. “Cinsiyyət ikilidir” – yəni hər kəs ya qadın, ya da kişidir.

Qərardan sonra ictimaiyyət arasında narazılıq artıb. Aktivistlər bu qərarın trans icmasına sosial və psixoloji zərər verəcəyini bildiriblər. Sosial mediada həm etirazlar, həm də dəstək mesajları yayılıb. Bu qərar bir çox trans və qeyri-binarın hüquqi statusunu qeyri-müəyyən edir. Qadınlara məxsus olan bəzi məkanlar, xidmətlər və imkanlar trans qadınlar üçün əlçatmaz ola bilər. Bir çox təşkilat isə bu qərara qarşı etiraz aksiyası keçirməyə çağırıb.

“Trans azadlığı indi,

Trans azadlığı daim” 

şüarları ilə həmrəylik nümayiş etdirilir.

Paylaş

Continue Reading

Previous: 1 DƏQiQƏ: Suriyanın LGBTQ+ dəstəkçisi naziri, Rusiya və Elon Maskın anti-LGBTQ+ arzuları
Next: “Trans hüquqları insan hüquqlarıdır”: Londonda minlərlə insan Ali Məhkəmənin qərarına etiraz etdi

Related Stories

Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik
  • Xarici

Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik

Sentyabr 8, 2025
Qazaxıstanda LGBTİ məzmunlarının yayımı qadağan oluna bilər
  • Xarici

Qazaxıstanda LGBTİ məzmunlarının yayımı qadağan oluna bilər

Sentyabr 6, 2025
İndoneziyada LGBTQ+ məzmununun mediada qadağan olunması müzakirə edilir
  • Xarici

İndoneziyada LGBTQ+ məzmununun mediada qadağan olunması müzakirə edilir

Sentyabr 2, 2025

Son Postlar

  • Məhkəmə Naxçıvanda 14 yaşlı oğlana təcavüz edən hərbçiyə “homoseksuallıq psixi xəstəliyindən əziyyət çəkir” əsası ilə yüngül cəza verib
  • Aktyor Kamran Ağabalayev: “Xaricdə geylər fond yaradır, bizdəkilər fahişəlik edib pul qazanır”
  • Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik
  • Azərbaycanlı trans fəal Kişinyov aeroportunda saxlanılaraq transfob rəftara məruz qalıb
  • Azərbaycandan olan iki film Londonda Kuir Film Festivalında nümayiş olunacaq

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.