Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Yerli
  • ILGA-Europe 2025 hesabatı: Azərbaycanda LGBTQ+ hüquqlarının vəziyyəti kritikdir
  • Yerli

ILGA-Europe 2025 hesabatı: Azərbaycanda LGBTQ+ hüquqlarının vəziyyəti kritikdir

Qıy Vaar! Fevral 22, 2025

ILGA-Avropa 2025-ci il üçün illik hesabatını yayımlayıb. Hesabat Avropa və Asiyanın 54 ölkəsini əhatə edir və Azərbaycanla yanaşı Türkiyə, Ermənistan və Gürcüstan kimi qonşu ölkələri də əhatə edir. ILGA-nın hesabatına görə, Azərbaycanda LGBTQ+ icması xüsusilə hüquq və təhsil sahələrində ciddi çətinliklərlə qarşılaşır. 2024-cü ilin aprelində LGBTQ+ haqları ilə bağlı mübahisəli qərarlar verilib. Nazlı Çələbinin “Mavi Qorxu” adlı romanının satışa çıxarılması və təhsil müəssisələrində inklüziv siyasətlərin tətbiqi müsbət addımlar olsa da, ölkədə eyni zamanda dözümsüzlük və nifrət nitqinin gücləndiyi müşahidə olunur.

Eyni zamanda, Azərbaycanda LGBTI hüquqları ilə bağlı Avropa İnsan Haqları Məhkəməsi qarşısında davam edən işlər mövcuddur, xüsusən 2017-ci ildə polisin LGBTI icması üzvlərinə qarşı zorakılıq nümayiş etdirməsindən sonra. Reportda qeyd edilir ki, insan haqları təşkilatları da LGBTİQ+ cəmiyyətdə daha fəal iştirakını təmin etməyə çalışır, lakin bu cəhdlər bəzi media orqanları tərəfindən tənqid olunur. Bu, Azərbaycanda azadlıq və bərabərlik hüquqlarının hələ də təmin olunmasında ciddi məsələlərin mövcud olduğunu göstərir.

İLGA reportunda qonşu ölkə Gürcüstanda yayılan anti-LGBT hərəkatlarının Azərbaycana təsirinə də vurğu edib. Hesabata əsasən, yeddi ölkədə LGBTQ+ icmasını hədəf alan “LGBT təbliğatı” ilə bağlı qanunlar qəbul edilib və ya təklif olunub. Bolqarıstan, Gürcüstan, Macarıstan və Monteneqroda QHT-ləri “xarici agent” kimi qeydiyyata almağı tələb edən qanunlar təqdim edilib. Gürcüstanda anti-LGBTI qanun layihəsi müzakirəyə çıxarıldıqda, Azərbaycanın tanınmış hüquqşünası Akram Həsənov daha sərt qaydaların tətbiqini dəstəklədiyini bildirdi və Azərbaycanın Gürcüstan təcrübəsindən istifadə etməsini təklif etdi. İyul ayında isə Gürcüstanın anti-LGBTI qanun layihəsi Azərbaycanda siyasi müzakirələrə səbəb olub, hökumətə yaxın media orqanları isə LGBTI hüquqlarına qarşı propagandalarını daha da gücləndirib. Sentyabr ayında, Gürcüstan parlamentində qanun layihəsinin ikinci oxunuşunun qəbul edilməsi ilə bağlı müzakirələr zamanı, sosialolog Elçin Bayramlı LGBTI təbliğatına qarşı qanunvericilik və siyasət tədbirlərinin qəbulunu müdafiə edib və LGBTI qarşı tədbirlərin görülməsini təklif etdi.

Qeyd edək ki, hesabatda qeyd edilənlər Azərbaycanda LGBTQ+ icmasının üzləşdiyi ciddi problemlərin yalnız kiçik bir hissəsidir. Ölkədə baş verən son repressiya dalğası təkcə feminist hərəkatını zəiflətməklə kifayətlənməyib, həm də queer icmanın köməyə çıxış imkanlarını məhdudlaşdırıb. Xüsusilə, azad media orqanlarının davamlı təzyiqə məruz qalması və jurnalistlərin qanunsuz həbs edilməsi mövcud qanunsuzluqları ictimailəşdirməyi daha da çətinləşdirir.

Reportun tam versiyasına link vasitəsi ilə keçid edə bilərsiniz.

Paylaş

Continue Reading

Previous: Azrepdə daha bir homofobiya
Next: Translar şəxsiyyət vəsiqəsini necə dəyişə bilər? – Blog

Related Stories

Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı
  • Yerli

Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı

İyun 25, 2025
Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?
  • Yerli

Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?

İyun 20, 2025
Fransada ilk LGBTQ+ yaşlılar evi bu payız Lionda açılır
  • Yerli

Fransada ilk LGBTQ+ yaşlılar evi bu payız Lionda açılır

İyun 18, 2025

Son Postlar

  • Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”
  • Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı
  • Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər
  • İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub
  • Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.