

Ümidlə gələcəyə baxan və öz haqları üçün çarpışan yoldaşımız Əvəz Hafizli Şamaxının Şıxhazırlı kəndində, yovşanlar bitən dağın yamacındakı bu məzarda yatır.
Ona başdaşı qoyulmadı, məzarında belə gizli qalmasını istədilər.
İcmadan və vətəndaş cəmiyyətindən yoldaşlar 2 il öncə ianə toplayaraq Əvəzin məzarına başdaşı hazırlamaq istəsə də ailəsi tərəfindən buna imkan verilmədi.
İcma yoldaşlarımız məzarı başında onu yad edirlər.
Qəlbimizdəsən, Əvəz! Dəyərlərin uğrunda vuruşacaq, səni unutdurmayacağıq!
