
Bu gün paylaşdığımız video, təəssüf ki, natamamdır. Onun tam versiyası hələ də əməkdaşımız Fatimə Mövlamlı tərəfindən montaj olunurdu. Lakin, böyük üzüntü ilə bildiririk ki, həmkarımız Fatimə Mövlamlı “Meydan TV işi” ilə bağlı həbs edilib.
Qıy Vaar! LGBTİ+ pıatforması son baş verənlərlə bağlı deyir: “Azərbaycanda jurnalistlərə qarşı təzyiqlər hər gün daha da artır, azad medianın susdurulması üçün bütün mümkün vasitələrə əl atılır. Hal-hazırda Abzas Media, Meydan TV və Toplum TV-dən 23 jurnalist həbsdədir. Ancaq azad medianı susdurmaq mümkün deyil! Olmayqcaq da!”
Bəzən satirik, bəzən üsyankardır. 2021-ci ildən bəri LGBTQ-feminist gündəminin ardı ilə gedir.