Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Köşə
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Yerli
  • Hüquqşünas: “Transgenderlər də daxil olmaqla bütün sosial qruplara qarşı ayrı-seçkiliyə yol verilməməlidir”
  • Yerli

Hüquqşünas: “Transgenderlər də daxil olmaqla bütün sosial qruplara qarşı ayrı-seçkiliyə yol verilməməlidir”

Qıy Vaar! Sentyabr 27, 2025

“Transgenderlərə qarşı ənənəvi münasibətin birmənalı olmadığı fikri ilə razı deyiləm. Çünki transgender anlayışı Azərbaycanda qədim tarixə malik deyil və daha çox müasir dövrün simvoludur. Tariximizin müxtəlif dövrlərinə nəzər salsaq, nə ədəbiyyatımızda, nə də ictimai ənənələrimizdə transgenderlərlə bağlı konkret nifrət və ya düşmənçilik nümunələri yoxdur. Lakin bu gün bəzi insanların LGBT üzvlərinə, o cümlədən transgenderlərə qarşı qeyri-etik münasibətinə şahid oluruq”.

Bunu Demokrat.az-a açıqlamasında hüquqşünas Şamil Paşayev deyib.

Onun sözlərinə görə, bu problem yalnız Azərbaycana xas deyil və bir çox Şərq, İslam və postsovet ölkələrində də oxşar hallar müşahidə olunur. Paşayev bildirib ki, yüksək inkişaf etmiş ölkələrdə digər insanlara dini, cinsi və ya irqi mənsubiyyətinə görə ayrı-seçkilik etməmək daha geniş yayılıb, amma bu prinsip bütün cəmiyyətlərdə tətbiq olunmalıdır.

Hüquqşünas qeyd edib ki, şəxslərin cinsinə görə təhqir olunması Azərbaycan qanunvericiliyi ilə də məsuliyyət yaradır:


“Ümumiyyətlə, hər hansı şəxsin təhqir olunması həm mənfi bir haldır, həm də hüquqi məsuliyyətə səbəb olur. İnsanlar arasında nifrət və düşmənçilik aşılayan fikirlər nə sosial mediada, nə də mediada yayılmamalıdır. Hər kəs öz həyatını, öz təbiətinə, cinsinə, irqinə və dilinə uyğun olaraq bərabər hüquqlar və fürsətlər əsasında yaşamalıdır”.

O, əlavə edib ki, transgender və digər LGBT+lərin hüquqlarını qorumaq üçün ayrıca qanunun qəbul olunub-olmaması parlamentin qərarına bağlıdır:


“Əslində buna ehtiyac qalmır, çünki ümumi insan hüquqları hər kəsi qoruyur. Azərbaycan Respublikasının Konstitusiyasında da qeyd olunur ki, hər kəs qanun qarşısında bərabərdir. Bu bərabərlik dili, dini, irqi, sosial qrupu və digər xüsusiyyətlərdən asılı olmayaraq bütün insanlara şamil edilir”.

Paylaş

Continue Reading

Previous: Xəzər Universitetinin dekanı eynicinsli nikahları hədəf alıb
Next: Tahir Kərimli yenə LGBTQ+lərə nifrət qusdu

Related Stories

Bakıda daha bir trans qadın küçədə hücuma məruz qaldı
  • Yerli

Bakıda daha bir trans qadın küçədə hücuma məruz qaldı

Oktyabr 1, 2025
Azərbaycanlı veqan feminist aktivist Xanım Babazadə 1 aydan çoxdur ki, İstanbulda saxlanılır
  • Yerli

Azərbaycanlı veqan feminist aktivist Xanım Babazadə 1 aydan çoxdur ki, İstanbulda saxlanılır

Sentyabr 30, 2025
Tahir Kərimli yenə LGBTQ+lərə nifrət qusdu
  • Yerli

Tahir Kərimli yenə LGBTQ+lərə nifrət qusdu

Sentyabr 29, 2025

Son Postlar

  • TikTok-da təhlükəli “Szon Patrol” trendi: uşaqlar hədəfə çevrilir
  • Bakıda daha bir trans qadın küçədə hücuma məruz qaldı
  • Azərbaycanlı veqan feminist aktivist Xanım Babazadə 1 aydan çoxdur ki, İstanbulda saxlanılır
  • Rusiyada qadın 5 il əvvəl paylaşdığı lezbiyan şəkilə görə cərimələnib
  • Slovakiyada konstitusiya dəyişikliyi: Yalnız iki cins tanınacaq

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.