
Daha əvvəl xəbər verdiyimiz kimi, Bakının Bəşir Səfəroğlu küçəsində baş verən homofob qətldə zərərçəkənin yaxın qohumu Babək İbadov hadisəni törətməkdə şübhəli şəxs qismində saxlanılıb.
Məlumata görə, 1987-ci il təvəllüdlü İbadovun əvvəllər məhkumluq həyatı olub və qətli öncədən planlaşdırdığı bildirilir. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
Hadisə zamanı həyatını itirən Rüzgar adlı 19 yaşlı kuir gəncdir. Qətli törədən Babək İbadov isə fotoda gördüyünüz şəxsdir.
