

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili LGBTQ+ tədbirlərinin keçirilməsinin qadağan olunması təklifi ilə çıxış edib. O, LGBTQ+ tədbirlərinin ölkədə “cəmiyyətin dəyərlərinə zidd” olduğunu iddia edərək bu kimi aksiyaların gələcəkdə hüquqi şəkildə məhdudlaşdırılmalı olduğunu bildirib.
Papuaşvili həmçinin bəyan edib ki, bu tədbirlər guya “ailə institutuna və ənənəvi dəyərlərə” təhlükə yaradır. Onun çıxışı LGBTQ+ hüquqlarını müdafiə edən yerli və beynəlxalq təşkilatların tənqidi ilə qarşılanıb. İnsan hüquqları müdafiəçiləri bu cür təşəbbüslərin azad toplaşmaq və ifadə azadlığı hüququnu pozduğunu vurğulayırlar.
Qeyd edək ki, Gürcüstanda son illərdə LGBTQ+ icması bir sıra ayrı-seçkilik və zorakılıq halları ilə üzləşib. Hökumətin bu kimi açıqlamaları isə vəziyyəti daha da çətinləşdirə bilər.