Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Multimedia
  • GÜNDƏM: Türkiyədə LGBTQ+ aktivistləri saxlanıldı, ABŞ-də trans qadın öldürüldü, Trampın anti-trans qanunu keçmədi
  • Multimedia
  • Xarici

GÜNDƏM: Türkiyədə LGBTQ+ aktivistləri saxlanıldı, ABŞ-də trans qadın öldürüldü, Trampın anti-trans qanunu keçmədi

Qıy Vaar! Mart 30, 2025

BİR DƏQİQƏ, BALAM: bu həftə kuirlərin gündəmində nələr var?

  • Türkiyədə LGBTQ+ aktivistləri evlərinə edilən polis basqınları ilə həbs edilirlər.

Martın 19-undan başlayan kütləvi etirazların ilkin səbəbi İstanbul Bələdiyyə Başqanı Ekrem İmamoğlunun həbsinə qarşı çıxmaq olsa da, daha sonra bu etirazlar cəmiyyətin çoxsaylı təbəqələrinə yayılıb. Sivil azadlıqların genişlənməsini istəyən qruplar, eləcə də LGBTQ+ fəalları bu etirazlarda birləşiblər.

28 mart günü səhər saatlarında baş tutan polis basqınları ilə 22 LGBTQ+ aktivistinin həbs edildiyi bildirilir. Onlar arasında LGBTQ+ təşkilatlarının rəhbərliyində yer alan fəallar da var.

Qanuna zidd nümayişlərdə iştirak etmək ittihamı ilə saxlanılan fəallar polislər tərəfindən pis rəftara məruz qaldıqlarını, diskriminasiya, natəmiz şəraitdə saxlanılma, məcburi sənəd imzaladmağa cəhdlərlə üzləşdiklərini bildiriblər.

  • ABŞ-ın Los-Anceles şəhərində trans qadın seks ticarətinin qurbanı ola biləcəyini ehtimal etdiyindən polisə zəng edib. Trans qadının olduğu motelə gələn polislər isə onun özünü güllələyiblər.

Ekvadorlu miqrant olan 30 yaşlı Linda Becerra Moran 3 həftə xəstəxanada həyat mübarizəsi verdikdən sonra vəfat edib.

Onün qətli dünya miqyasında geniş yayılıb, beynəlxalq LGBTQ+ haqları təşkilatları Linda Becerra Moran üçün ədalət tələb edirlər.

  • Trump Administrasiyasının transgenderlərin əsgərlik xidmətində yer almasına qoyduğu qadağa federal hakim tərəfindən ləğv edilib.

Federal məhkəmənin qərarı ilə transgenderlərin ABŞ Silahlı Qüvvələrinə qatılmaması, hazırda orduda xidmət edənlərin isə kənarlaşdırılması yönündəki əmrin həyata keçirilməsi ölkə miqyasında dərhal dayandırılıb.

Paylaş

Continue Reading

Previous: Azyaşlının zorlanmasına etiraz edən gənclər polisə çağırılıb
Next: Azərbaycanda ailənə gey olduğunu demək: ailə təzyiqləri və sosial risklər nələrdir?

Related Stories

Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”
  • Xarici

Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”

İyun 25, 2025
Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər
  • Xarici

Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər

İyun 24, 2025
İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub
  • Xarici

İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub

İyun 23, 2025

Son Postlar

  • Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”
  • Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı
  • Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər
  • İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub
  • Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.