Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Yerli
  • Fransada ilk LGBTQ+ yaşlılar evi bu payız Lionda açılır
  • Yerli

Fransada ilk LGBTQ+ yaşlılar evi bu payız Lionda açılır

Qıy Vaar! İyun 18, 2025
Müəllif: Nolwenn Jaumouillé

Fransada ilk LGBTQ+ yaşlılar üçün nəzərdə tutulmuş yaşayış evi olan “Müxtəliflik Evi” (Maison de la Diversité) adlı layihə başlayır.

Lion şəhərində tarixi La Croix-Rousse məhəlləsində yerləşəcək bu evin rəsmi açılışı oktyabr ayında gözlənilir. İlk sakinlər avqustun sonundan etibarən mənzillərə yerləşməyə başlayacaqlar.

Layihə 2017-ci ildə qurulmuş “Les Audacieuses & Les Audacieux” assosiasiyasına məxsusdur və Berlinin “Lebensort Vielfalt” adlı oxşar təşəbbüsündən ilham alıb və bu sahədə Böyük Britaniya, Hollandiya, Danimarka kimi ölkələrin təcrübələrindən yararlanıb. Lion şəhərinin meri Qreqori Duset 2022-ci ildə layihənin təqdimatı zamanı: “Birinci Maison de la Diversiténin Lionda açılmasından böyük duyuruq.” – demişdi.

Ev əsasən 55 yaşdan yuxarı LGBTQ+lər üçün nəzərdə tutulsa da, gənclər və tələbələr üçün də bir mənzil ayrılacaq. Məqsəd müxtəlif nəsillər arasında əlaqəni gücləndirmək və diskriminasiyadan uzaq, təhlükəsiz mühit yaratmaqdır. Burada ümumilikdə 16 mənzil olacaq və 7 mənzil sosial ev statusunda olacağı üçün kirayə qiymətləri bazardan daha aşağı müəyyənləşdiriləcək.

Sakinlər birgə qərarlar verəcək

Layihənin koordinatoru Kristof Derkamp bildirir ki, sakinlər Les Audacieuses & Les Audacieux təşkilatına üzv olmalı və birgəyaşayış nizamnaməsini imzalamalıdırlar.

“Burada insanlar vəzifələri və resursları paylaşır, qərarları birgə verir və ictimai fəaliyyətlər təşkil edirlər.”

Paylaş

Continue Reading

Previous: Ermənistanlı trans fəal Lilit Dubay hava limanında saxlanılıb və alçaldıcı rəftara məruz qalıb 
Next: Rumıniyada tarixi an: Budapeşt Qürur yürüyüşünə rekord – 30 min nəfər qatıldı

Related Stories

Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı
  • Yerli

Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı

İyun 25, 2025
Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?
  • Yerli

Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?

İyun 20, 2025
Bakıda daha bir kuir hücuma məruz qalıb
  • Multimedia
  • Yerli

Bakıda daha bir kuir hücuma məruz qalıb

İyun 15, 2025

Son Postlar

  • Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”
  • Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı
  • Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər
  • İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub
  • Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.