Fərhad Pərvizi transfob və anti-feminist fikirlər səsləndirir

Fərhad Pərvizi transfob və anti-feminist fikirlər səsləndirir

Sosial mediada “potensialist” deyə tanınan Fərhad Pərviz Instagram hesabında video paylaşıb. O, indiyə kimi sosial mediada feminist mövzularda paylaşdığı videolar ilə də tanınır. Fərhad.P, məsələn, bir videosunda qadınların işə qəbul edilməməsinin səbəbinin diskriminasiya və ya mizoginiya olmadığını, sadəcə kişi işəgötürənlərin işin qadınlara uyğun olmadığını bildiyi üçün onları işə qəbul etmədiyini deyir. O, videoda qeyd edir ki, kişi işəgötürən qadının üzünə söyə bilməz, onu səhərə kimi işlədə bilməz. Lakin işçi kişi olduqda, ona üzünə söyə, əlavə işlədə bilir.

Öncəliklə, qadınların işə qəbul edilməmə səbəbi bu olsaydı belə, problem qadınların üzünə söyüş söyə bilməmək və ya onları kişi işçi qədər istismar edə bilməmək deyil. Niyə işəgötürənin niyyəti və ya planı işçini iş saatından əlavə işlətmək, təhqir etməkdir? 

Digər bir yandan, kişi işəgötürənlərin “qadının işə uyğun olmadığını düşünməsi”nin özü də birbaşa ayrı-seçkilikdir.

Fərhad Pərvizin paylaşdığı son video da geniş tənqidlərə səbəb olub və nəticədə o, həmin videonu silib. Son paylaşımında o, iddia edir ki, “Qərb mədəniyyətində kişi ilə qadın arasındakı fərq unudulub və 14 yaşlı uşaqlar trans edilməyə başlanıb.”

Son olaraq Pərviz bəyi bir daha bu qədər emosional olmamağa çağırırıq. Görünür, o, tənqidlərə tab gətirə bilməyib və videonu silmək məcburiyyətində qalıb. Lakin bu qədər emosional reaksiya verən bir kişi üçün sosial media uyğun platforma deyil. Sosial media, təkcə fikirlərini yaymaq yox, eyni zamanda cavabdehlik daşımaq deməkdir.

Paylaş