Elton Con ilə kuir incəsənət səhnəsində

Elton Con ilə kuir incəsənət səhnəsində

Balaca yaşlarından klassik musiqi təhsili alan, pianoya vurğun, gözündə iri eynəkləri, içində böyük xəyalları olan bir uşaq… və illər sonra dünya səhnələrini titrədən, milyonların sevgisini qazanan, kuir icması üçün simvola çevrilən əfsanə Elton Con.

Bu dəfə Qıy Vaar!-da Pərvin Ələkbərlə birlikdə sənətin, kimliyini ifadə etməyin və cəsarətin unudulmaz təcəssümü olan Elton Conun həyatına baş vururuq. Videoda onun uşaqlıq illərindən başlayaraq musiqi dünyasına qədəm qoyduğu dövr, peşəkar musiqi təhsili, ilk uğurları, dünya miqyasında qazandığı şöhrət, saysız mükafatlar və əlbəttə ki, kuir icmasına etdiyi dəstək və ilhamverici xeyriyyə işləri barədə danışılır.

Eyni zamanda bu video sənətdə kuir görünürlüyünə və Elton Conun bu sahədə oynadığı rola da toxunur. Gülməli anlar, maraqlı faktlar və musiqi dolu nostalgiya sizi gözləyir.

Paylaş