Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Bloqlar
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Xarici
  • Əkrəm İmamoğlu və həbsinə etiraz edən LGBTİ+ fəalı hədəfdə
  • Xarici

Əkrəm İmamoğlu və həbsinə etiraz edən LGBTİ+ fəalı hədəfdə

Qıy Vaar! Avqust 19, 2025

Türkiyənin Avropa Şurası Gənclik Nümayəndəsi Enes Hocaoğulları parlamentdə etdiyi çıxışında ölkədəki qanunsuzluqlardan, insan haqlarının pozulmasından və avtoritar idarəçilikdən danışdığı üçün hədəfə alınaraq Türkiyəyə geri qayıdarkən həbs edilmişdi. O, həbsinə səbəb olan çıxışında bələdiyyə başçısı Əkrəm İmamoğlunun ədalətsiz şəkildə həbs edildiyini də vurğulamışdı.

Əkrəm İmamoğlu sosial media hesanında Enes Hacıoğullarının həbsini pisləyən post paylaşıb və Enesin sərbəst buraxılmasını tələb edib. 

Bunun ardından hakimiyyət yönlü media kimi tanınan Yeni AKİT “Əkrəmin Homo Sevgisi” başlığı ilə xəbər dərc edib. Xəbərdə həm Enes, həm də Əkrəm İmamoğlu hədəf alınıb. Məqalədə iddia olunur ki, İmamoğlu seçki kampaniyasında özünü müsəlman kimi təqdim edərək səs qazanıb, lakin seçildikdən sonra LGBTİ+ hüquqlarını dəstəklədiyini göstərib.

Xəbərin başlığı və məzmunu ictimaiyyət tərəfindən açıq şəkildə çirkin və nifrət nitqi nümunəsi kimi qiymətləndirilib. Hakimiyyətyönlü medianın bu yanaşması, AKP hakimiyyətinin bərabərlik və insan haqları prinsiplərinə hörmətsizliyini bir daha nümayiş etdirir. Ən narahatedici məqam isə odur ki, hələ də cəmiyyətdə siyasətçini gözdən salmaq üçün onun LGBTQ+ hüquqlarını dəstəklədiyini iddia etməyin təsirli olacağı düşünülür.

Paylaş

Continue Reading

Previous: “Minlərlə oyunlar böyük platformalar tərəfindən senzura altında – LGBTQ+ oyunları da bunların içindədir.”
Next: Dəstək yoxsa köstək? Çəhrayı kapitalizm və Queerbaiting

Related Stories

Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik
  • Xarici

Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik

Sentyabr 8, 2025
Qazaxıstanda LGBTİ məzmunlarının yayımı qadağan oluna bilər
  • Xarici

Qazaxıstanda LGBTİ məzmunlarının yayımı qadağan oluna bilər

Sentyabr 6, 2025
İndoneziyada LGBTQ+ məzmununun mediada qadağan olunması müzakirə edilir
  • Xarici

İndoneziyada LGBTQ+ məzmununun mediada qadağan olunması müzakirə edilir

Sentyabr 2, 2025

Son Postlar

  • Aktyor Kamran Ağabalayev: “Xaricdə geylər fond yaradır, bizdəkilər fahişəlik edib pul qazanır”
  • Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik
  • Azərbaycanlı trans fəal Kişinyov aeroportunda saxlanılaraq transfob rəftara məruz qalıb
  • Azərbaycandan olan iki film Londonda Kuir Film Festivalında nümayiş olunacaq
  • Qazaxıstanda LGBTİ məzmunlarının yayımı qadağan oluna bilər

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.