Dünya Atletizm Federasiyası trans qadın və interseks idmançılara qarşı yeni test rejimi tətbiq edəcək

Dünya Atletizm Federasiyası trans qadın və interseks idmançılara qarşı yeni test rejimi tətbiq edəcək
Getty Images

World Athletics (yüngül atletika üzrə dünya idarəedici qurumu) sentyabrın 1-dən etibarən yeni qaydaların qüvvəyə minəcəyini elan edib. Bu haqda Outsports saytı məlumat verir. Qaydalara əsasən, qadın kateqoriyasında iştirak etmək istəyən bütün idmançılar bir dəfəlik SRY geni üzrə bioloji testdən keçməli olacaqlar. Bu test Y xromosomunun olub-olmadığını müəyyən etmək üçündür.

Təşkilatın rəhbəri Sebastian Koe: “Bizim üçün qadın idmanının bütövlüyünü qorumaq və təşviq etmək əsas prinsipdir. Elit səviyyədə qadınlar kateqoriyasında yarışmaq üçün bioloji qadın olmaq tələb olunur.” – deyib.

Bu testlər milli federasiyalar tərəfindən aparılacaq və sentyabrın 13-də Yaponiyada başlayacaq Dünya Çempionatına qədər başa çatacaq. Beləliklə, trans qadınların yarışlardan kənarlaşdırılması prosesi yeni mərhələyə keçmiş olacaq.

2023-cü ildə World Athletics artıq trans qadınların yarışlara qatılmasını qadağan etmişdi. İndi isə bu qərar interseks və DSD (cinsin inkişafında fərqlilik) olan sisgender qadınları da əhatə edə bilər. Qurum deyib ki, gələcəkdə trans və DSD idmançılarla bağlı qaydaları birləşdirmək və bu dəyişikliklərdən təsirlənəcək şəxslərin hüquqlarını nəzərə almaq istəyirlər.

Lakin bu addım Avropa İnsan Hüquqları Məhkəməsinin 10 iyul tarixli qərarı ilə ziddiyyət təşkil edir. Məsələn, dava əvvəl məhkəmə Cənubi Afrikalı olimpiya çempionu Kaster Semenyanın İsveçrə Ali Məhkəməsində DSD qaydalarına qarşı apardığı mübarizədə ədalətli məhkəmə hüququnun pozulduğunu tanıyıb. Semenya illərlə interseks idmançıların zorla tibbi müdaxiləyə məcbur edilməsinə qarşı şikayət vermişdi.

Paylaş