
Bu dəfə müzakirə olunan mövzu çəhrayı kapitalizm və kuir beytinq (kuir baiting) praktikalarıdır. Son illərdə bir çox beynəlxalq brend və şirkətlərin LGBTQ+ simvollarından əsasən Qürur ayı ərəfəsində istifadə etməsi diqqət çəkir. Lakin bu dəstəyin çox vaxt yalnız vizual səviyyədə qaldığı, ictimai təzyiq və ya siyasi risklər qarşısında asanlıqla geri çəkildiyi görülür.
Azərbaycandakı vəziyyətdən də danışsaq, burada açıq LGBTQ+ yönümlü kampaniyaların yerinə dolayı işarələr, estetik elementlər və vizual effektlərdən istifadə edildiyi görərik. Bu isə real mövqedən çox diqqət çəkməyə hesablanmış performativ addımdır.