

Bu il Almaniyada LGBTQ+ icması Berlin Qürur Yürüşündə parlament binasında göyqurşağı bayrağının qaldırılmamasına, Almaniyada və dünyada yüksələn LGBTQ+fobiyanın yaratdığı təhlükələrə qarşı yeriyiblər.
Azərbaycanlı fəallar da yürüşdə iştirak ediblər. Onlar jurnalist və LGBTQ+ fəalı Əvəz Hafizlinin adını daşıyan plakatlar qaldırıblar. Əvəz, medianın nifrət dili ilə mübarizə aparır, diskriminasiyaya məruz qalan LGBTQ+lərin səsini ictimaiyyətə çatdırıldı. 2022-ci ilin fevralında, evinin qarşısında qohumu tərəfindən homofob nifrət zəminində qətlə yetirildi. Hadisədən əvvəl o, dəfələrlə hüquq-mühafizə orqanlarına təhdidlər aldığını bildirsə də, tədbir görülmədi.


