

8 Mart günü Azərbaycanda həbs edilmiş qadın jurnalistlərə dəstək üçün plakat qaldıran fəal Rauf Heydərov 30 sutkalıq inzibati həbsə məhkum olunub. Bu barədə feminist fəal Sənubər Heydərova məlumat yayıb.
Raufun vəkili Zibeydə Sadıqova deyir ki, fəal İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq və polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq maddələrilə ittiham olunub. Rauf Heydərov martın 8-i Natavan heykəli önündə həbsdə olan qadın jurnalistlərin fotolarının əks olunduğu plakatla şəkil çəkdirmək istəyib, lakin mülki geyimli polislər tərəfindən saxlanılıb. O, eyni gündə sərbəst buraxılıb.
Lakin bir sonra – 9 mart isə Rauf Cəfər Cabbarlı heykəli önündə plakatla şəkil çəkdirib və “Facebook” səhifəsində paylaşaraq: “Hökümət üçün qorxulu saatlar.. Sadəcə varlığımız bu ölkəyə, bu mübarizəyə yetir. Həmişə var olun”– yazıb. Elə bu paylaşımdan sonra, günorta saatlarından etibarən onun əlaqə yaratmaq mümkün olmayıb.
Bəzən satirik, bəzən üsyankardır. 2021-ci ildən bəri LGBTQ-feminist gündəminin ardı ilə gedir.