
Azərbaycanda polis LGBTQ+ icma üzvlərini hədəf alaraq saxta hesablarla tanışlıq saytlarında fəaliyyət göstərir.
Polis əməkdaşları tanışlıq platformalarında saxta profillərlə queer vətəndaşlarla seksual xarakterli danışıqlar aparıb. Daha sonra WhatsApp üzərindən söhbətə davam etmək üçün onların telefon nömrələrini alaraq kimliklərini müəyyən ediblər.
Zərərçəkmişlər bildirir ki, polis onları müxtəlif bəhanələrlə bölməyə çağırıb, şantaj edib və külli miqdarda pul tələb edib. Pul verilmədiyi təqdirdə, 48 saat ərzində bölmədə saxlanmaq, ailələrinə cinsi yönəlimləri barədə məlumat vermək və intim şəkillərini yaymaqla hədələyiblər. Bir zərərçəkmişin sözlərinə görə, polis ondan bu yolla 500 manat alıb.
Tövsiyə edirik:
Tanışlıq saytlarından istifadə edərkən ehtiyatlı olun.
Polis zəngi gələndə səbəbini bilmədən bölməyə getməyin.
Polis bölməsinə getmək məcburiyyətində qalsanız, tək getməyin.
Əgər siz də bu cür şantajla üzləşibsinizsə hekayənizi bizimlə paylaşmaq üçün əlaqə saxlaya bilərsiniz.
Bəzən satirik, bəzən üsyankardır. 2021-ci ildən bəri LGBTQ-feminist gündəminin ardı ilə gedir.