

Ağcabədidə 13 yaşlı qızın 24 yaşlı kişidən uşaq dünyaya gətirməsi gənclərin kəskin etirazına səbəb olub. Hadisəyə biganə qalmayan bir qrup gənc məsələni gündəmdə saxlamaq və mediada aktiv şəkildə işıqlandırılmasını təmin etmək məqsədilə dəstək kanalı yaradıb.
Onlar hadisəyə diqqət çəkmək üçün Bakı şəhərinin müxtəlif yerlərində “Onlar susur, sən susma!” yazılı posterlər yapışdıraraq insanları etiraz etməyə çağırıblar. Lakin bu aksiyalar zamanı bəzi gənclər polis tərəfindən nəzarətə götürülüb. Hadisə iştirakçılarından biri baş verənlər haqqında bunları deyib:
“Bu gün posterləri divara yapışdırarkən bir polis əməkdaşı yaxınlaşdı və bunun qanunsuz olduğunu bildirdi. O, məsələyə qarşı hər hansı bir tədbirin görülməsinin mümkünsüz olduğunu deyərək, plakatları çıxarmağımızı tələb etdi.”
Gənclər etirazlarını daha da gücləndirmək üçün petisiya hazırlayıb və artıq yüzlərlə insan imza ataraq ədalət tələb edib. Hadisə sosial mediada geniş yayılaraq viral olduqdan sonra daha bir etirazçı polis bölməsinə çağırılıb. Bu haqda saxlanılan şəxslərin dostları xəbər verib.
Qıy Vaar!, 2021-ci ildən bəri LGBTQ+ və feminist gündəmini izləyərək, bu mövzular ətrafında ictimai müzakirələri genişləndirmək və susdurulan səsləri ön plana çıxarmaq üçün fəaliyyət göstəririk. Cəmiyyətin LGBTQ+lərə tanıdığı məhdud rollardan çıxaraq, LGBTQ+ hekayələrimizi danışmaq üçün qurduğumuz bu məkan “sənə danışmaq üçün platforma vermək istəyirik” ideyası ilə alternativ media yaradır. Kuirsənsə və ayrı-seçkiliklə üzləşmisənsə, bizə yaz.