Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Köşə
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Yerli
  • Azərbaycanlı veqan feminist aktivist Xanım Babazadə 1 aydan çoxdur ki, İstanbulda saxlanılır
  • Yerli

Azərbaycanlı veqan feminist aktivist Xanım Babazadə 1 aydan çoxdur ki, İstanbulda saxlanılır

Qıy Vaar! Sentyabr 30, 2025
Sosial media

İstanbul Universitetinin magistratura pilləsində təhsil alan Xanım Babazadə tələbə yoldaşları ilə birgə universitetinin yeməkxana qiymətlərinin 50% artmasına etiraz etmişdi. O, əsasən, heyvan haqları aktivizmi ilə məşğul olsa da feminist və LGBTQ+ mövzulu aksiyalarda da iştirak edirdi. Vəkilləri fəalın xarici terrorçulara şamil edilən G89 inzibati məsuliyyət kodu üzrə saxlanıldığını deyir.

Bildirilir ki, miqrasiya xidmətinin əməkdaşları 21 avqustda Xanımı saxlamaq üçün onun işlədiyi veqan kafeyə gəliblər. Daha sonra onu polis idarəsinə apararaq zorla könüllü deportasiya ərizəsi imzalatmağa çalışıblar. Lakin Xanım bundan imtina edib. O, hazırda İstanbul Çatalca Geri Göndərmə Mərkəzində (miqrasiya mərkəzi) saxlanılır.

Onun həbsi ilə bağlı yayılan məlumatlara görə, fəal saxlandığı müddət ərzində pis rəftara məruz qalıb. Babazadənin saxlanma şəraiti qeyri-insani olub, ona qarşı həm fiziki, həm də psixoloji təzyiqlər göstərilib. Fəal uzun müddət izolyasiya şəraitində saxlanılıb və telefonla ünsiyyət hüququ məhdudlaşdırılıb. Həmçinin, vəkili ilə görüşməyinə maneələr yaradılıb

Qollarına qandal vurma, çılpaq formada müayinədən keçirilmə, veqan yeməklə təmin etməyərək 24 saat ac qalmasına yol açma kimi digər pis rəftar hallarının da yaşandığı bildirilir. Hətta su istədiyi üçün polis əməkdaşı tərəfindən onun üzünə yumruq atılıb.

OC Media yazır ki, Babazadə vəkillərinə deportasiya mərkəzinə gələndən az sonra kəşfiyyat orqanlarının əməkdaşlarının ona yaxınlaşaraq azadlığa buraxılması müqabilində xəbərçi kimi onlarla əməkdaşlıq etməyi təklif etdiyini deyib. O, bundan imtina etdikdə növbəti dəfə fiziki zorakılığa və psixoloji təzyiqə məruz qalıb. Xanım deyir ki, ilk dəfə deyildi ki, belə bir təklif edirdilər.

Bu vəziyyət insan hüquqları təşkilatlarının və ictimaiyyətin kəskin reaksiyasına səbəb olub. Sosial şəbəkələrdə #NanayaÖzgürlük haştaqı ilə onun azadlığa buraxılması üçün kampaniya başladılıb. Tələbələr kampaniyanı və aksiyaları təşkilatlanmış formada idarə etmək üçün “Nanaya Özgürlük İnsiyatifi” adlı platforma yaradıblar. Türkiyənin müxtəlif şəhərlərində günlərdir ki, etiraz aksiyası keçirərək Xanımın sərbəst buraxılmasını tələb edirlər.

Məsələ Türkiyə Böyük Millət Məclisində də gündəmə gətirilib. EMEP millət vəkili İskender Bayhan, parlamentdə çıxış edərək Babazadənin dərhal sərbəst buraxılmasını, ona qarşı tətbiq olunan rəftarın isə araşdırılmasını tələb edib. Millət vəkili Babazadənin hüquqlarının pozulduğunu və deportasiya riski ilə üzləşdiyini vurğulayıb.

Eyni zamanda Türkiyənin ən çox tirajlı mediaları Xanım haqqında xəbərlər hazırlamağa davam edirlər. Yaxın günlərdə isə DEM partidən olan millət vəkili Özgül Saki miqrasiya mərkəzinə gedərək Xanımı ziyarət edib.

Hazırda fəalın vəkilləri və insan haqları müdafiəçiləri onun deportasiya olunmaması və sərbəst buraxılması üçün hüquqi prosedurları davam etdirirlər.

Paylaş

Continue Reading

Previous: Rusiyada qadın 5 il əvvəl paylaşdığı lezbiyan şəkilə görə cərimələnib
Next: Bakıda daha bir trans qadın küçədə hücuma məruz qaldı

Related Stories

Bakıda daha bir trans qadın küçədə hücuma məruz qaldı
  • Yerli

Bakıda daha bir trans qadın küçədə hücuma məruz qaldı

Oktyabr 1, 2025
Tahir Kərimli yenə LGBTQ+lərə nifrət qusdu
  • Yerli

Tahir Kərimli yenə LGBTQ+lərə nifrət qusdu

Sentyabr 29, 2025
Hüquqşünas: “Transgenderlər də daxil olmaqla bütün sosial qruplara qarşı ayrı-seçkiliyə yol verilməməlidir”
  • Yerli

Hüquqşünas: “Transgenderlər də daxil olmaqla bütün sosial qruplara qarşı ayrı-seçkiliyə yol verilməməlidir”

Sentyabr 27, 2025

Son Postlar

  • TikTok-da təhlükəli “Szon Patrol” trendi: uşaqlar hədəfə çevrilir
  • Bakıda daha bir trans qadın küçədə hücuma məruz qaldı
  • Azərbaycanlı veqan feminist aktivist Xanım Babazadə 1 aydan çoxdur ki, İstanbulda saxlanılır
  • Rusiyada qadın 5 il əvvəl paylaşdığı lezbiyan şəkilə görə cərimələnib
  • Slovakiyada konstitusiya dəyişikliyi: Yalnız iki cins tanınacaq

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.