Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Yerli
  • Azərbaycanda Qadın qətlləri və femisidi araşdırmaq nə qədər asandır?: Qadın Qətlləri platforması ilə danışdıq
  • Yerli

Azərbaycanda Qadın qətlləri və femisidi araşdırmaq nə qədər asandır?: Qadın Qətlləri platforması ilə danışdıq

Qıy Vaar! Mart 26, 2025

Azərbaycanda qadınlara qarşı zorakılıq və femisid mövzularında araşdırma aparmaq qəlizdir. Ölkədə bu sahədə mövcud olan rəsmi məlumatların məhdudluğu belə hadisələrin izlənməsi və təhlilini çətinləşdirir. Dövlət qurumları tərəfindən femisid və məişət zorakılığına dair mütəmadi olaraq məlumat toplanmır və əksər hallarda açıqlanan məlumatların dəqiqliyi insanlarda sual doğurur. 

Digər tərəfdən, zorakılığa məruz qalan qadınların şikayət etməsi çox nadir hallarda baş verir. Bu vəziyyət, cəmiyyətdə mövcud olan sosial təzyiqlər, qurbanların günahlandırılması və zorakılıq edən şəxsin intiqam almasından qorxmaq kimi amillərdən irəli gəlir. Eyni zamanda, Azərbaycanda femisid və məişət zorakılığı qanunvericilikdə konkret şəkildə müəyyən edilmədiyi üçün bu hadisələrin hüquqi olaraq qeydiyyata alınması da çətindir.

Lakin hər çətinliyə rəğmən qadın qətllərinin statistikasını hazırlamaq üçün çalışanlar var. Məsələn qadinqetlleri.com platformasının təsisçisi və Maddə 25 gender əsaslı aylıq bülletenin həmmüəlifi Nərgiz Muxtarova onlardan biridir.

Qıy Vaar! üçün danışan Nərgiz statistikaları hazırlayarkən ən çətin məqamın şəffaf mənbəyə çatmaq olduğunu deyir: “Rəsmi qurumlar çox zaman statistik məlumatları şəffaf şəkildə paylaşmır və məlumatlara çıxış məhdudlaşdırılır. Bu səbəbdən yalnız media üzərindən əldə edilən məlumatlara əsaslanırıq ki, bu da femisidin miqyasını dəqiq müəyyən etməyə mane olur.”

Nərgiz deyir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi illər əvvəl ortaq bir məlumat bazası yaradılacağını bildirsə də, bu günə qədər bu istiqamətdə heç bir yenilik yoxdur. Həmçinin, mediada yayımlanan intihar xəbərlərinin femisid olub-olmaması da müəyyənləşdirilə bilmir.

“Bəzən bu xəbərlər sensasiya məqsədilə işıqlandırılır, digər hallarda isə gizlədilir. Femisid statistikalarının toplanması vacibdir, çünki bu məlumatlar hadisələrin miqyasını və risk faktorlarını müəyyənləşdirməyə kömək edir. Lakin bu sahədəki əsas problemlərdən biri resurs çatışmazlığıdır. Çox vaxt bu sahədə fəaliyyət göstərənlər fərdi təşəbbüslərlə işlərini davam etdirirlər, bu da işin davamlılığını çətinləşdirir.”

“Bundan əlavə, cəmiyyətin bir qismi bu məsələləri “şəxsi məsələ” kimi görərək ictimailəşdirilməsinə qarşı çıxır. Məsələn, bir dəfə Qubada baş verən qətl hadisəsi ilə bağlı məlumat paylaşdıqda, həmin şəxsin həmyerlisi olduğunu bildirən biri bizə dəfələrlə hədə-qorxu mesajları göndərmişdi və xəbəri silməyimizi tələb edirdi” deyə o bildirib.

Statistikaya görə dünya üzrə partnyoru və ya ailə üzvü tərəfindən il ərzində təxminən 50 min qadın öldürülür. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yayımladığı statistikaya əsasən, 2023-cü ildə 296, 2022-ci ildə 309 qadın qətlə yetirilib.

Hökümət tərəfindən verilən dəstək məhdud olduğundan, qeyri-hökumət təşkilatları əhəmiyyətli bir rola sahib olsa da, resurs tapmaqda əngəllərlə qarşılaşırlar. Hökümət yönümlü olmayan qeyri-hökumət təşkilatların bu resursa çıxışı daha da çətinləşir. Avropa İnsan Hüquqları, Uşaq Hüquqları və CEDAW kimi beynəlxalq konvensiyaların tətbiqi isə ölkə daxilində hələ tam həyata keçirilməyib.

Paylaş

Continue Reading

Previous: Litvalı feministin Gürcüstana girişi qadağan edilib
Next: Ağcabədidə 13 yaşlı qız uşaq dünyaya gətirib, məhkəmə kişini şərti azadlığa buraxıb

Related Stories

Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı
  • Yerli

Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı

İyun 25, 2025
Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?
  • Yerli

Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?

İyun 20, 2025
Fransada ilk LGBTQ+ yaşlılar evi bu payız Lionda açılır
  • Yerli

Fransada ilk LGBTQ+ yaşlılar evi bu payız Lionda açılır

İyun 18, 2025

Son Postlar

  • Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”
  • Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı
  • Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər
  • İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub
  • Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.