Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Yerli
  • Azərbaycanda ailənə gey olduğunu demək: ailə təzyiqləri və sosial risklər nələrdir?
  • Yerli

Azərbaycanda ailənə gey olduğunu demək: ailə təzyiqləri və sosial risklər nələrdir?

Qıy Vaar! Mart 30, 2025

Cəmiyyətin konservativliyi kuirlərin özlərini gizlətmədən ifadə etməsini (kaminq-aut) çətinləşdirir. Ailə çərçivəsində “namus” anlayışı vacib rol oynayır və LGBTQ+ şəxslər tez-tez utanc obyekti kimi görülür. Görünməzlik, iqtisadi asılılıq və zəif sosial dəstək sistemi LGBTQ+ icmasını daha da riskli vəzıyyətdə qoyur.

Qıy Vaar! platformasına danışan 19 yaşlı gənc bildirir ki, o, oriyentasiyasını anladıqdan sonra ailəsinə bu haqda danışmağı düşünüb. O, açılmaq istəyinin səbəbini belə izah edir: “Bunu gizlətmək məni yalançı kimi hiss etdirirdi və narahat edirdi. 18 yaşımda azad olduğumu düşünüb bunu demək qərarına gəldim.”

O, kaminqaut anını belə təsvir edir: “Doğum günümdə, ailə üzvləri və qonaqların çox olduğu bir məkanın ortasında dedim. Bəlkə də düzgün zaman deyildi. Əvvəlcə heç kim inanmadı, bəlkə də inanmaq istəmədilər. Amma ciddiliyi gördükdə, anamın üzündəki məyusluğu hiss etdim. Həmin gün evdən atıldım.”

Gənc, ailəsinin zorakı reaksiyalarından danışır: “Fiziki və şifahi zorakılıq mənəvi təzyiqlə əvəzləndi. Məni falçıya, mollaya aparmaq istədilər. Telefonumu əlimdən almağa çalışdılar, universitetdən çıxarmaq istədilər, amma yaşım buna imkan vermirdi. Məni İrana, Rusiyaya göndərməyi planlaşdırırdılar ki, izolyasiya etsinlər.”

O, psixoloji təzyiqlərin təsirindən belə bəhs etdi: “Ailəm geyimlərimi yandırırdı. Bu, onlara qarşı müqavimətimi qırmaq üçün idi. Bütün bu proses məni gücləndirdi, amma çox ağır oldu.”

Hazırda ailəsi ilə birlikdə yaşamağa davam edir. “Onlar məni hələ də qəbul etməyiblər, amma nə sən mənə toxun, nə də mən sənə münasibətindəyik. Onlar düşünür ki, nə vaxtsa dəyişəcəyəm.”

O, digər kuirlərə bəzi tövsiyələr verir: “Mənə dəstək olan insanlar axtarmaq ən vacib addım oldu. Ailədən müsbət gözlənti azaldılmalıdır. Maddi azad olmadan açılmaq risklidir. Hansı metodla açılmaq lazım olduğunu düşünmək vacibdir.”

Beynəlxalq təşkilatlar Azərbaycanda LGBTQ+ hüquqları barədə nə deyir?

ILGA-Europe və COC tərəfindən hazırlanmış “Məcburi köçkünlük: Azərbaycanda LGBT insanları” hesabatı ölkədəki vəziyyəti təhlil edir. Hesabatda qeyd olunur ki, LGBTQ+ icması sosial təcrid, zorakılıq və hüquq pozuntuları ilə üzləşir. Həmçinin, Azərbaycan son 2 ildə ILGA-Europe-un Rainbow Map hesabatında sonuncu yerləri tutur, bu da hüquqi tənzimləmələrin zəifliyini göstərir.

2017-ci ildə ILGA-Europe Azərbaycanda LGBTQ+ fərdlərinə qarşı zorakılıq halları barədə bəyanat yayaraq hökumətdən icmanın təhlukəsizliyini təmin etməyi tələb edib. Azərbaycan Avropa İnsan Haqları Konvensiyasını imzalayan ölkə kimi bütün vətəndaşların hüquqlarını qorumaq öhdəliyi daşıyır, lakin praktiki addımlar hələ də kifayət qədər atılmır.

Bu şəraitdə Azərbaycanda LGBTQ+ şəxslər kaminq-aut prosesini diqqətlə planlaşdırmalı, maddi və emosional dayanıqlıqlarını nəzərə almalıdırlar. Dəstək mexanizmləri qurmaq, güvənli insanlar tapmaq və hüquqi biliklərə malik olmaq həyati əhəmiyyət daşıyır. 


Qıy Vaar!, 2021-ci ildən bəri LGBTQ+ və feminist gündəmini izləyərək, bu mövzular ətrafında ictimai müzakirələri genişləndirmək və susdurulan səsləri ön plana çıxarmaq üçün fəaliyyət göstəririk. Cəmiyyətin LGBTQ+lərə tanıdığı məhdud rollardan çıxaraq, LGBTQ+ hekayələrimizi danışmaq üçün qurduğumuz bu məkan “sənə danışmaq üçün platforma vermək istəyirik” ideyası ilə alternativ media yaradır. Kuirsənsə və ayrı-seçkiliklə üzləşmisənsə, bizə yaz.

Paylaş

Continue Reading

Previous: GÜNDƏM: Türkiyədə LGBTQ+ aktivistləri saxlanıldı, ABŞ-də trans qadın öldürüldü, Trampın anti-trans qanunu keçmədi
Next: Bakıda trans qadın restorandan qovuldu – ayrı-seçkilik iddiası

Related Stories

Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı
  • Yerli

Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı

İyun 25, 2025
Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?
  • Yerli

Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?

İyun 20, 2025
Fransada ilk LGBTQ+ yaşlılar evi bu payız Lionda açılır
  • Yerli

Fransada ilk LGBTQ+ yaşlılar evi bu payız Lionda açılır

İyun 18, 2025

Son Postlar

  • Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”
  • Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı
  • Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər
  • İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub
  • Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.