Avropada reproduktiv hüquqlar və tibbi xidmətlərə bərabər çıxış üçün yaradılmış My Voice My Choice təşəbbüsü 1 milyondan çox imza toplayaraq təhlükəsiz abort məsələni Avropa İttifaqının gündəminə çıxarıb. Komissiya aborta çatımlılığı olmayan qadınların Avropa ölkələrində təhlükəsiz xidmət ala bilməsi üçün hüquqi və maliyyə mexanizmlərinin mümkün olduğunu bildirib. Plan üzrə nəqliyyat və qalmaq xərcləri yeni fond yaradılmadan, mövcud vasitələrlə qarşılana bilər.
Aktivistlər əlavə maliyyə ayrılmamasını çatışmazlıq saysalar da, aborta çıxışın ilk dəfə Avropa İttifaqı səviyyəsində tanınmasının müzakirə olunmasını mühüm siyasi addım kimi qiymətləndirirlər. Təşəbbüs 19 Aİ ölkəsindən dəstək toplayıb.

