
Avropa İttifaqı Ali Məhkəməsi noyabrın 25-i qərar verərək, Aİ ölkələrində qanuni nikaha daxil olmuş eynicinsli cütlüklərin evliliklərinin digər üzv ölkələrdə tanınmasının lazım olduğunu bildirib. Qərar Polşada yaşayan və Almaniyada evlənmiş iki polşalı vətəndaşın məhkəməyə müraciətindən sonra qəbul olunub. Daha əvvəl Polşa hökuməti bu evliliyi milli qanunla tanımadığı üçün qeydiyyatdan imtina etmişdi.
Məhkəmə qərarında qeyd edib ki, Avropa İttifaqı vətəndaşlarının başqa bir üzv ölkəyə sərbəst hərəkət və orada ailə həyatını qurmaq hüququ, həmçinin geri qayıtdıqda həmin evlilik statusunun tanınması hüququ var.
Bu qərar Polşanın milli qanununda eynicinsli evliliklərin qanuniləşdirməsini tələb etmir. Lakin bu qərara görə digər Avropa İttifaqı ölkələrində qanuni nikah bağlamış həmcins cütlüklərə qarşı diskriminativ yanaşma və əlavə məhdudiyyətlər tətbiq edilə bilməz.
Məsələ ilə bağlı Warsaw Kolleqasının üzvü və vəkil Paweł Knut Reuters‑ə bildirib ki, bu qərar “eynicinsli cütlüklərin hüquqlarının bərabər şəkildə tanınması mübarizəsində yeni başlanğıcdır”.
