Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Yerli
  • Avrapada azərbaycanlılar homofob hücum edib – İDDİA
  • Yerli

Avrapada azərbaycanlılar homofob hücum edib – İDDİA

Qıy Vaar! Fevral 26, 2025

Slovakiyanın paytaxtı olan Bratislava şəhərində 25 fevral tarixində aldığımız məlumata görə, bir qrup azərbaycanlı başqa bir azərbaycanlı kuirə qısnama edib. Qıy Vaar! -a danışan anonim şəxs deyir ki, 25 fevral avropa vaxtı ilə saat 13:00 da iş yerinin qarşısındakı olan dayanacaqda 3 nəfər azərbaycanlı kişinin başqa bir azərbaycanlı kuirə qısnama etdiyini eşidib.

“Dayanacaqda idim və yanımdakılar mənim onları başa düşdüyümü bilmirdilər.  Təxmini yaşları 37-45 arası olan 3 azərbaycanlı kişi başqa bir azərbaycanlı kuirin arxasınca düşüb, onun ev ünvanına qədər, gəzdiyi yerə qədər dostlarına, hətta getdiyi gey kluba kimi ünvanlarını öyrəndiklərini və onu məsxərəyə qoyduqlarını dedilər. Bu şəxslər mənim də azərbaycanlı olduğumu və orientasiyamı bilmədən yanımda dayanaraq bunu fəxrlə dilə gətirdilər.”

İddiaçı deyir ki, onlar haqqında Anar* (şərti ad) adlı şəxsi qısnamış və məcburi seksə vadar etməyə çalışdıqlarını deyiblər. Onlar. Bizə danışan icma üzvünün dediyinə görə, həmin 3 nəfər Anarın marjinal görünməsindən danışıblar və onu təhqir edərək “heyif, tutub g*tünü dağıda bilmədik” sözlərini deyərək cinsi qısnama etmək haqda danışıblar.

Öyrəndiyimiz qədəri ilə Anar adlı queer yaşayış yerini tərk etmək məcburiyyətində qalıb. Bunu hətta həmin 3 azərbaycanlı özü dilə gətirərək “qandonu canından bezdirdik, qaçdı getdi” deyiblər. Qıy Vaar! Üçün danışan anonim icma üzvü deyir ki, bu avropadakı azərbaycanlılar tərəfindən eşitdiyi ilk homofob hücum halı deyil. Hazırda isə komandamız hüquqi dəstək göstərmək və Anarın vəziyyətini bilmək üçün onu axtarır.

Həmin şəxsi tanıyır ola bilərsiniz, yaxud da zərərçəkən özü birbaşa bu hadisəni görürsə, komandamızla əlaqə keçməyini xahiş edirik. Biz zorakı şəxslərin qanunla cəzalandırılmasını tələb edirik.

* Təhlükəsizlik üçün zərərçəkənin adı dəyişdirilib.

Paylaş

Continue Reading

Previous: Fevral ayı: azyaşlı intahar edib, dünyada LGBTİ+lərin vəziyyəti, Rəşid Mahmudovdan homofob çıxış
Next: İspaniya məclisindən trans qadın Carla Antonelli: “biz cəmiyyətin kənarına qayıtmayacağıq!”

Related Stories

Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı
  • Yerli

Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı

İyun 25, 2025
Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?
  • Yerli

Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?

İyun 20, 2025
Fransada ilk LGBTQ+ yaşlılar evi bu payız Lionda açılır
  • Yerli

Fransada ilk LGBTQ+ yaşlılar evi bu payız Lionda açılır

İyun 18, 2025

Son Postlar

  • Qürur ayı: tarix, mübarizə və gələcəyə ümid
  • Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”
  • Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı
  • Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər
  • İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.